Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq yüksək qiymətləndirilib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev yanvarın 18-də Davosda Səudiyyə
Ərəbistanı Krallığının energetika, sənaye
və təbii sərvətlər naziri Xalid Al Falih ilə
görüşüb.
Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında mövcud əməkdaşlığı yüksək qiymətləndirən nazir Xalid Al Falih gələcəkdə ikitərəfli münasibətlərin daha da genişləndiriləcəyinə ümidvar olduğunu vurğuladı. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu islahatların əhəmiyyətini qeyd etdi.
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanına səfərini məmnunluqla xatırladı, ölkələrimiz arasında qardaşlıq münasibətlərinin olduğunu dedi.
Söhbət zamanı Səudiyyə Ərəbistanı tərəfindən Azərbaycana investisiyaların yatırılması, Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycanın Energetika Nazirliyi arasında əməkdaşlıq, “Saudi Aramco” şirkəti ilə SOCAR-ın həm regionda, həm də digər ölkələrdə birgə layihələr həyata keçirmələri və digər məsələlər müzakirə edildi.
AZƏRTAC
Azərbaycan
2017.-19 yanvar.- S.1.