Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində mövcud əməkdaşlığın əhəmiyyəti vurğulandı

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində mövcud əməkdaşlıqdan məmnunluq ifadə olundu. “Cənub Qaz Dəhlizi”, TANAP və TAP layihələri, həmçinin İon-Adriatik boru kəməri ilə bağlı mövcud planlar müzakirə edildi. Gələn ay Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti görüşünün keçiriləcəyi bildirildi. TAP, TANAP və “Şahdəniz” layihələrinin maliyyələşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

AZƏRTAC

 

Azərbaycan 2017.-19 yanvar.- S.1.