Prezident İlham Əliyevin Davosda
Statoil şirkətinin baş
icraçı direktoru ilə görüşü olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Davosda “Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb.
“Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre Bakıda birinci Avropa Oyunlarının açılış mərasimində iştirakını məmnunluqla xatırlayaraq, bu mötəbər tədbirin uğurla keçirildiyini bildirdi. Eldar Saetre Azərbaycanın Avropa Oyunlarını keçirməklə bu yarışların standartlarını müəyyənləşdirdiyini vurğuladı.
Prezident İlham
Əliyev Azərbaycan ilə “Statoil”
şirkəti arasındakı əməkdaşlığın
böyük tarixi olduğunu dedi, əlaqələrimizin
uğurlu və davamlı xarakter
daşıdığını bildirdi.
Şirkətin fəaliyyətinin ikitərəfli əməkdaşlığın
inkişafına xidmət etdiyini
vurğuladı.
Söhbət zamanı “Azəri-Çıraq-Günəşli”,
o cümlədən “Qarabağ”, “Əşrəfi”, “Dan ulduzu”
və “Aypara” yataqları, həmçinin “Statoil” ilə SOCAR
arasında əməkdaşlıqla bağlı məsələlər
müzakirə olundu.
AZƏRTAC
Azərbaycan.-
2017.-19 yanvar.- S.2.