Prezident İlham Əliyev “Microsoft”
şirkətinin ümumdünya dövlət
qurumları ilə əlaqələr üzrə korporativ vitse-prezidenti ilə
görüşüb
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev yanvarın 18-də Davosda “Microsoft”
şirkətinin ümumdünya dövlət qurumları ilə
əlaqələr üzrə korporativ vitse-prezidenti xanım
Toni Tauns-Vitley ilə görüşüb.
Görüşdə Azərbaycanda inkişafın yeni mərhələsində həyata keçirilən iqtisadi islahatlardan danışıldı, informasiya-kommunikasiya texnologiyalarının tərəqqisinin prioritet sahələrdən biri olduğu bildirildi. Milli iqtisadiyyatın modernləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarından istifadənin əhəmiyyətli olduğu qeyd edildi.
Söhbət zamanı Azərbaycan ilə “Microsoft” şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı.
AZƏRTAC
Azərbaycan
2017.-19 yanvar.- S.2.