Azərbaycan beynəlxalq aləmdə etibarlı, ləyaqətli tərəfdaş kimi tanınır

 

Prezident İlham Əliyevin son bir ildəki fəaliyyəti xarici siyasətdə fəallığın, intensivliyin və səmərəliyin artması ilə də yadda qaldı. Azərbaycan bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik meyillərinə kifayət qədər rasional və təmkinli münasibət göstərdi. Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi xarici siyasətin prioritet istiqaməti oldu.

İqtisadi inkişaf və demokratikləşmə xəttini milli inkişafın dəyişməz formulu kimi önə çəkən dövlət başçısı İlham Əliyev respublikamızın qlobal siyasi arenada müsbət imiclə tanınması, regional və beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsi istiqamətində önəmli addımlar atıb. Səmərəli xarici siyasət xəttini inamla davam etdirən cənab İlham Əliyev “güclü dövlət - müstəqil siyasət” devizini praktik olaraq gerçəkləşdirib. Başqa sözlə, iqtisadi, siyasihüquqi islahatların uğurlu nəticələri ümumən xarici siyasət üçün də etibarlı zəminə çevrilib. Ötən müddətdə xarici siyasətdə öhdəliklərə sadiqlik, şəffaflıq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq kimi aparıcı istiqamətlər önə çəkilmiş, region dövlətləri ilə hərtərəfli əlaqələrin genişləndirilməsində mehriban qonşuluq prinsipləri təşviq edilmişdir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib: “Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirmişdir, ölkəmizdə təhlükəsizlik tədbirləri təmin edilmişdir, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşamışdır və yaşayır. Ölkəmizdə sabitliyin mənbəyi xalqımızın iradəsidir, xalqımızın seçimidir. Bu gün ölkəmiz dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdən biridir. Əlbəttə ki, gördüyümüz bütün bu işləri dünya kontekstindən ayırmaq mümkün deyil. Dünyada və bölgədə gedən təhlükəli proseslərə fikir verərkən bir daha görürük ki, Azərbaycan öz yoluna sadiqdir, müstəqillik, inkişaf yolu ilə gedirbiz çalışmışıq və çalışacağıq bundan sonra da ölkəmizi, xalqımızı mümkün olan risklərdən qoruyaq, öz müstəqil yolumuzu təmin edək. Artıq tarix və ətrafda baş verən hadisələr göstərir ki, bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bu, müstəqillik yoludur, sabitlik, inkişaf yoludur”.

Xarici siyasət strategiyası müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi müstəvisi üzərində qurulmuşdur. Prezident İlham Əliyev beynəlxalq hüquq prinsiplərini əsas tutaraq praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yürüdür. Ölkə diplomatiyası regional əməkdaşlıq, enerji təhlükəsizliyi, habelə beynəlxalq təşkilatlarda təmsilçilik kimi məsələlərdə milli maraqların prioritetliyini maksimum səviyyədə təmin edir. Təcrübə göstərir ki, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevikadekvat reaksiyası ilə seçilən, çoxqütblü əməkdaşlığa üstünlük verən ölkələr tez bir zamanda qarşıya qoyduqları bütün məqsədlərə yetişə bilirlər.

Uzun müddətdir ki, İraqSuriya kimi dövlətlər İŞİD terrorçu qruplaşmasının dağıdıcı fəaliyyəti nəticəsində böyük fəlakətlərə düçar olub. Hətta terrorçu qruplaşmalar bəşəriyyət üçün son dərəcə vacib olan tarixi abidələrə qarşı da vandallıq edirlər. Suriyadaİraqda İŞİD terrorçu qruplaşmasına qarşı son vaxtlar əməliyyatların genişlənməsi də ciddi nəticələr vermir. Dünyada iqtisadi böhrana, siyasisosial kataklizmlərə baxmayaraq, Azərbaycan bu coğrafiyanın sabitlik və təhlükəsizlik məkanı kimi qalmaqdadır. Müstəqil xarici siyasət yürüdən respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostratejigeoiqtisadi üstünlüklərindən maksimum faydalı şəkildə yararlanmağa, habelə beynəlxalq təşkilatlarda layiqli təmsilçiliyə çalışmışdır. Azərbaycan əlverişli nəqliyyat-kommunikasiya və tranzit imkanlarına, iqtisadi inkişaf dinamikasına, etnik-dini tolerantlığına görə Avrasiya qitəsinin ən cəlbedici məkanlarından birinə çevrilib.

Avropa Şurasının tamhüquqlu üzvü olan respublikamızın avrostrukturlara inteqrasiya prosesində BMT, ATƏT, Avropa Birliyi, NATO kimi təşkilatlarla sıx əməkdaşlığı hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dönməzliyinə etibarlı təminat kimi qiymətləndirilir. Azərbaycanın BMT-dən sonra dünya miqyasında ən çox ölkənin təmsil olunduğu nüfuzlu beynəlxalq təsisat - Qoşulmama Hərəkatı ilə əməkdaşlığı da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. 2016-cı il sentyabrın 13-18-də Venesuela Bolivar Respublikasının Marqarita adasında Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının “İnkişaf naminə sülh, suverenlik və həmrəylik” devizi altında XVII Sammiti keçirildi. Sammitin yekun sənədində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bənd də yer aldı. Yekun sənəddə dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə baxmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmaması, beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid altında qoymaqda davam etməsi ilə bağlı təəssüf ifadə etdilər. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipinin önəmini bir daha təsdiq edib, tərəfləri münaqişəni Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırdılar.

120 dövlətin üzv olduğu Qoşulmama Hərəkatının yekun sənədində Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi ölkə diplomatiyasının növbəti uğuru kimi qiymətləndirilə bilər. Bu, Ermənistanın beynəlxalq miqyasda aldığı daha bir zərbədir. Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, dünya siyasətini istiqamətləndirən böyük dövlət-lərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək dövlət başçısı İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi vurğulana bilər. Aparılan uğurlu diplomatiya nəticəsində artıq beynəlxalq təşkilatlar haqqın və ədalətin Azərbaycanın tərəfində olduğunu etiraf edir, Ermənistanı təcavüzkar dövlət kimi tanıyır. Yekun sənəddə üzv dövlətlər mədəniyyətlər, dinlər və sivilizasiyalararası dialoqun inkişafının vacibliyini vurğulayaraq BMT Sivilizasiyalar Alyansının 2016-cı il aprelin 26-27-də Bakıda keçirilmiş VII Qlobal Forumunubu Qlobal Forumda BMT-nin üzv dövlətləri, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti təsisatlarının fəal iştirakını xüsusilə qeyd ediblər. Xatırladaq ki, BMT ilə yanaşı, ATƏT-in, AŞ PA-nın, İƏT-in sənədlərində də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı birmənalı qeyd olunub.

XVII zirvə toplantısının mühüm nəticələrindən biri də Hərəkata üzv dövlətlərin yekdil razılığı ilə 2019-2022-ci illərdə sədrliyin Azərbaycana verilməsi və 2019-cu ildə XVIII zirvə toplantısının Azərbaycanda keçirilməsidir. Qısa müddət ərzində təsisata üzv olmağımıza baxmayaraq, üzv dövlətlər tərəfindən yekdilliklə ölkəmizin sədrliyinin dəstəklənməsi respublikamızın artan nüfuzunun göstəricisidir. Azərbaycan Respublikası Qoşulmama Hərəkatının prinsiplərinə sadiq olduğunu əməli işi ilə sübuta yetirib və əminliklə demək olar ki, bu quruma sədrliyi dövründə də hərəkatın təməlini təşkil edən məqsəd və məramların inkişafı naminə çalışacaq.

Müstəqil Azərbaycan aparıcı beynəlxalq təşkilatlar çərçivəsində özünün maraq və mənafeyini maksimum dərəcədə təmin edib. Bu gün Azərbaycanda heç bir kənar təsir və diktə altında hərəkət etməyən, xalqın maraqlarını, mənafeyini müdafiə edə bilən hakimiyyət mövcuddur. Məhz bu amil ölkəmizə qarşı yönəlmiş “ikili standartlar”ı neytrallaşdırır, Azərbaycanı beynəlxalq səviyyədə söz sahibinə çevirir. Uzun illər regionda siyasi orbitr rolunda çıxış etməyə iddialı olan bəzi dövlətlərin respublikamıza bərabərhüquqlu tərəfdaş kimi yanaşmaq məcburiyyətində qalması, rəsmi Bakı ilə təzyiq və təhdid dilində danışmağın mənasızlığını dərk etməsi bu gün Azərbaycanın diplomatiyasının ən mühüm uğurlarından biri kimi vurğulana bilər. İrili-xırdalı bir çox dövlətlərin respublikamızla hesablaşması, onun mənafeyini nəzərə alması ilk növbədə qətiyyətli, inamlı, praqmatik, dünya siyasi arxitekturasının reallıqlarına cavab verən xarici siyasətin nəticəsidir. Ölkə iqtidarının xalqın dəstəyinə arxalanması, hər bir məsələdə milli maraqları önə çəkməsi sayəsində Azərbaycanın xarici siyasəti dövlətin maraq və təhlükəsizliyinə qarşı yönələn istənilən təhdidə çevik müqaviməti təmin edir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib: “Azərbaycan uzun illər ərzində beynəlxalq aləmdə artıq çox etibarlı, ləyaqətli tərəfdaş kimi tanınır. Xüsusilə son illər ərzində dünyada böhranların, müharibələrin, qeyri-sabit vəziyyətin genişləndiyi bir şəraitdə bizim nümunəmiz əlbəttə ki, daha çox diqqət cəlb edir və bizə daha böyük rəğbətlə yanaşırlar.

Azərbaycan çox böyük müsbət beynəlxalq imicə malikdir. Beynəlxalq təşkilatlarda bizim sözümüz keçir və təsirimiz artır. Biz beynəlxalq əlaqələrimizi bu il də genişləndirəcəyik. Keçən il ölkəmizə 20-yə yaxın dövlət və hökumət başçısı rəsmi və işgüzar səfərlər etmişdir. Bu da bir göstəricidir. Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal işləmişik”.

Azərbaycan hazırda sülh və əməkdaşlıq paytaxtı kimi tanınır və belə bir müsbət imicin formalaşmasında cənab İlham Əliyevin təşəbbüsü ilə respublikamızda keçirilən beynəlxalq toplantıların əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Çevik və çoxtərəfli diplomatik fəaliyyətimizin, Azərbaycanın təşəbbüskarlığı və evsahibliyi ilə Bakıda keçirilən çoxsaylı mötəbər beynəlxalq tədbirlərin nəticəsidir ki, Bakı artıq regionundiplomatik paytaxtı”na çevrilib.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2017.-19 yanvar.- S.1.