Şəhidlər xiyabanı - and yerimiz

 

Bu müqəddəs məkana insanlar ilboyu ziyarətə gəlirlər

 

Köhnə Dağüstü parkın yerində öz əzəməti ilə ucalan memorial abidə bu il (əslində, hər gün bu müqəddəs and yeri ziyarətçilərini qarşılayır) uşaqlı-böyüklü hər kəsin baş əydiyi məbədə çevrilib.

Səhidlər xiyabanının al-qırmızı qərənfillərə bürünməsi məhz qəhrəmanlıq tarixinin şərəfinədir. Xiyabanın girişinə  açıq tünd qırmızı  qərənfillərdən döşənmiş xalının da rəmzi mənası var.

Xüsusi zövqlə hazırlanmış bu kompozisiya xiyabana ilk qədəm basanlara xalqımızın milli-mənəvi mədəni sərvətlərindən biri, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olan xalçaçılıq sənətinə verilən dəyəri təcəssüm etdirir. Xalının üzərinətoxunmuşbir cüt qərənfil  isə əlbəttə, 20 Yanvarın rəmzidir...

Güllərin arası ilə hər metrdən bir xüsusi şamların qoyulması burada ümumi fona özgə bir rəng əlavə edir.  Maraqlıdır ki, qərənfillərin bir müddət solmaması da düşünülüb. Xüsusi materialdan hazırlanan oturacaqlara bərkidilən qərənfillər bu qablardan nəm çəkdikləri üçün bir neçə gün öz təravətini saxlaya bilir. Divarlara səkilərə bərkidilən təbii güllər isə xüsusi qaydalarla kompozisiyalaşdırılıb.

Xiyabanın ərazisində təmizlik abadlıq göz oxşayır. Elə girişdən bura ayaq basanların diqqətini öncə səliqə,  abadlıq qayğı çəkir. Bu işləri yerinə yetirən, xiyabana  ziyarətçilərin daha çox axışdığı günlərdə xüsusi xidmət göstərənlərlə etdiyimiz söhbətdən məlum oldu ki, onlar bütün işləri təmənnasız görürlər. Aralarında müəllim var, mühəndis , rəssam, heykəltəraş da. Bakı Şəhər İcra Hakimiyyətinin kommunal-məişət məsələləri üzrə xidmət departamentinin əməkdaşlarının iştirakı ilə xiyabanı bəzəyənlərin əməyi, sözün əsl mənasında, yüksək qiymətə  layiqdir.

Qərənfil libaslı bu müqəddəs məkanda 158 nəfər dəfn edilib ki, onlardan dördü naməlumdur. Xiyabanda, eyni zamanda 256 Qarabağ şəhidi uyuyur.

1992-ci il yanvarın 25-26-da baş verən məlumDaşaltı əməliyyatı”nda şəhid olan 70 döyüşçümüzün şərəfinə burada abidə qoyulub.

20 Yanvarın anım günü ərəfəsində ayrı-ayrı əmək kollektivləri xiyabana gəlir, ziyarət edirlər. Şəhidlər xiyabanına gələnlərin arasında ağsaqqal, ağbirçək var, uşaq da, əlil ...

Ziyarətə adəti üzrə ilk olaraq bağça, məktəb gənclər təşkilatlarından gəlirlər. Ənənə bu il davam edir. Şəhidlər xiyabanının girişində ən çox qarşılaşdığımız da bağça uşaqları məktəblilər oldu. Yaşlarının az olmasına baxmayaraq, Şəhidlər xiyabanı haqqında zəngin təəssürata malik olan bu balacalar sabahın yetkin gəncləri təsiri bağışlayırlar.

Bakı şəhərinin Binəqədi rayonundakıMagikasuşaq bağçasının, “Kreativ  tədris mərkəzinin,  248 297, Səbail rayonunun 51 78, Yasamal rayonunun 308, Nizami rayonunun 328, Nərimanovdakı 304 nömrəli tam orta məktəblərin  müəllim şagird kollektivləri, eləcə valideynlər  xiyabanı ziyarət etməyi özlərinə borc biliblər.

Ziyarətçilər arasında xiyabanın yaşıdları da az deyil: 27 yaş gəncliyin odlu-alovlu, hisslərin duyğuların baş alıb getdiyi dövrdür. yaxşı ki, bu yaşda olanlarda vətənpərvərlik daha çox hiss olunur.  Onları bu müqəddəs məkana gətirən  bir gecədə torpaq üzərinə qanları iləAzadlıqyazan şəhidlərin məzarlarını ziyarət etmək amallarına sadiq qalacaqlarını dönə-dönə təsdiqləməkdir.

Ulu öndər  Heydər Əliyevin təşəbbüsü, diqqət qayğısı ilə ucaldılan Şəhidlər Abidə Kompleksi  xiyabanın rəsmi simvoludur. Bu abidə kompleksi xiyabanın ümumi kompozisiyasının kulminasiyası sayılır. Müstəqillik illərində gözəlləşən, yeniləşən, məşhurlaşan, iyirmi birinci yüzilliyin ən inkişaf etmiş paytaxtı kimi tanınan, son illər bir çox beynəlxalq tədbirlərin keçirildiyi, multikulturalizm məkanı, tolerantlıq nümunəsi olan Bakı buradan bir az da geniş  görünür.

Şəhidlər xiyabanında diqqətçəkən abidələrdən biri 1918-ci ildə Bakını işğaldan azad etmək üçün gəlib burada şəhid olan türk əsgərlərinə ucaldılan anıtdır. Azərbaycan Türkiyə bayraqları daim burada qoşa dalğalanır.

Xiyabanda Azərbaycanın igid, cəsur oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun da büstü qoyulub.

Şəhidlər xiyabanında ziyarətçilərin ilk qarşılaşdıqları məzar İlham Fərizəninkidir. Bu iki Azərbaycan gənci həm milli mücadilə, həm sevgi, sədaqət rəmzidir! 20 Yanvar gecəsi İlham sovet  ordusu pərdəsi altında Bakını işğal etməyə gələn erməni silahlı quldur dəstələrinin odsaçan gülləsinə tuş gəlib şəhid olduqdan sonra həyat yoldaşı Fərizə bu ayrılığa dözə bilməyib İlhamsız yaşamaqdansa ölmək yaxşıdır”,- deyərək intihar edib. Leyli Məcnun, Fərhad Şirin, Tahir Zöhrə kimi sevilən daim yad edilən İlhamla Fərizə haqqında dastan isə artıq məktəblilərin dilinin əzbəridir. Məhz buna görə İlhamla Fərizənin toy tarixi - 30 iyun AzərbaycandaSevgililər günükimi qeyd edilir.

Müqəddəs and yerinə çevrilən Şəhidlər xiyabanını 27 ildir ki, nəinki Azərbaycan vətəndaşları, ümumiyyətlə, xaricdən gələn rəsmi dövlət adamları, paytaxtın əcnəbi qonaqları, yaxın-uzaq ellərdə yaşayan soydaşlarımız da ziyarət edir, Vətənin azadlığı müstəqilliyi uğrunda canından keçənləri doğmaları kimi yad edir, ruhlarına dualar oxuyurlar. Yeni ailə quran gənclərimizin and yerinə çevrilib bu müqəddəs məkan.

Şəhidlər xiyabanı qərənfil libasına bürünərək növbəti anım gününə hazırlaşıb, ziyarətçilərini gözləyir.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2017.-19 yanvar.- S.3.