Bu izdiham birlikdən, yenilməzlikdən yaranmışdı...

 

Kədər bölüşüləndə azalır. Əzizini itirən, dərdə düşən insanın kədərini, hüznünü bölmək, çətin anlarda onun yanında olmaq Azərbaycan mentalitetinə məxsus ən yüksək dəyərlərdəndir.

Qanlı 20 Yanvar gecəsində xalqımızın başına gətirilən fəlakət hər kəsin, hər bir Azərbaycan övladının idi.  Odur ki, hamı birləşmişdi, dərdini, qəmini birgə yaşayırdı. Qoca, cavan - hamı şəhidləri dəfn edən izdihama qoşulmuşdu. Analar, bacılar sağlığında heç vaxt üzünü görmədikləri şəhidlərə ağı deyirdilər. Kişilər heç vaxt tanımadıqları azadlıq fədailərinin cənazəsinə çiyin verirdilər...

Yox, bu təkcə kədər deyildi, xalqın birliyini, yenilməzliyini, gücünü nümayiş etdirən mübarizliyin təntənəsi idi.

 

Azərbaycan.- 2017.- 20 yanvar.- S. 4.