Pakistanın “Election Times” qəzeti: “Qara Yanvar: Şəhidlik Günü”
Pakistanın “Election Times” qəzetində “Qara Yanvar: Şəhidlik Günü” adlı məqalə dərc edilib.
Məqalənin müəllifi 20 Yanvar hadisələrinin region üçün
ciddi geosiyasi, sosial-iqtisadi önəminin
olduğunu və
SSRİ-nin süqutunu
tezləşdirdiyini qeyd
edir. Dinc əhalinin atəşə
tutulduğu, tankların
qabağına çıxan
hər şeyi əzib keçdiyi bildirilir. Bu qanlı
və dəhşətli
hadisə nəticəsində
aralarında qadın və uşaqların, həmçinin digər millətlərin də nümayəndələrinin olduğu,
140-dan çox insanın
qətlə yetirildiyi,
700-dən artıq insanın
yaralandığı vurğulanır.
Məqalədə Sovet İttifaqının son dövrlərində
Ermənistanda və Azərbaycanın Dağlıq
Qarabağ bölgəsində
ermənilər tərəfindən
azərbaycanlılara qarşı
iğtişaşların törədildiyi
və yüz minlərlə insanın öz doğma yurdlarını tərk etmək məcburiyyətində
qaldığı, keçmiş
SSRİ-nin rəhbəri
Mixail Qorbaçov rejiminin isə buna qarşı heç bir tədbir görmədiyi və nəticədə Azərbaycan əhalisinin müxtəlif şəhərlərdə
etiraz aksiyalarına başladığı qeyd
olunur.
Yazıda 20 Yanvar tarixinin həm dəhşətli cinayət, eyni zamanda, qəhrəmanlıq
günü, insanların
müstəqillik uğrunda
etdikləri fədakarlıqlarla
xatırlandığı nəzərə
çatdırılır. Azərbaycanın müstəqillik əldə
etməsində 20 Yanvar
şəhidlərinin müstəsna
rolunun olduğu vurğulanır. Həmçinin
Qara Yanvarın azərbaycanlılar üçün
unudulmaz gün olduğu, hər il yüz
minlərlə insanın
Şəhidlər xiyabanını
ziyarət etdiyi bildirilir.
Müəllif ümummilli lider Heydər Əliyevin baş vermiş hadisələrə Moskvada
öz qəti etirazını bildirdiyini və Azərbaycan xalqının azadlıq hərəkatının liderinə
çevrildiyini vurğulayır. Eyni zamanda,
20 Yanvar hadisələrinin
Sovet İttifaqının
süqutunu sürətləndirdiyi,
müstəqillik hərəkatını
gücləndirdiyi nəzərə
çatdırılır.
Məqalədə qanlı
hadisələrdən sonra
on minlərlə kişi
və qadın, müsəlman, xristian və yəhudinin həmin gecənin qurbanlarını dəfn etmək üçün küçələrə çıxdığı
və bundan sonra Azərbaycanda 40 günlük matəm elan olunduğu diqqətə çatdırılır.
Müəllif 20 Yanvar hadisələrinin Azərbaycan tarixində dönüş nöqtəsi
olduğunu bildirir, təzyiqlərə və
çətinliklərə baxmayaraq Azərbaycan xalqının əzmlə
mübarizə apardığını
və nəticədə
1991-ci ildə öz müstəqilliyinə qovuşduğunu
vurğulayır.
Onu da qeyd edək
ki, 20 Yanvar mövzusuna Pakistanın digər KİV-ləri də yer verib. Faciə ilə
bağlı “Lead Pakistan”, “Pakistan in the
World” qəzet və saytlarında müxtəlif
məqalələr dərc
edilib.
AZƏRTAC
Azərbaycan.- 2017.- 20 yanvar.- S. 7.