Bahar Muradova: Azərbaycan Prezidentinin “İslam Həmrəyliyi
İli” təşəbbüsü bütün bəşəriyyət üçün çox vacibdir
Azərbaycan uzun illər bütün konfessiyaların dinc, sülh şəraitində yaşadığı ölkədir. Burada hər bir din daşıyıcısı öz dini inanclarını azad, rahat şəkildə yerinə yetirə bilir. Ölkəmizdə heç kəs dini inancına görə sıxışdırılmır, təqib olunmur. Bu multikultural dəyərlərin təkcə Azərbaycan üçün yox, bütün dünya üçün nə qədər böyük əhəmiyyət daşıdığını beynəlxalq miqyasda gedən proseslər açıq-aydın göstərir.
Bu fikirləri Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmasını AZƏRTAC-a şərh edən Milli Məclis sədrinin müavini, parlamentin insan hüquqları komitəsinin sədri Bahar Muradova deyib.
Bahar Muradova bildirib ki, Azərbaycan əhalisinin 90 faizdən çoxu müsəlman olsa da, ölkəmizdə digər dinlərin nümayəndələrinə də bərabər şərait yaradılıb. Ona görə də Azərbaycanın İslam həmrəyliyi təşəbbüsünü irəli sürməyə daha çox haqqı çatır.
Vitse-spikerin sözlərinə görə, bu, həm də Azərbaycan dövlətinin İslamın əsl mahiyyəti, məqsədi və imkanlarının dövlət səviyyəsində doğru, düzgün dəyərləndirilməsini göstərir. Çünki tarixən görmüşük ki, İslamın zərərli istiqamətlərə gətirib çıxara bilən təzahürlərini rəhbər tutaraq dini fanatizmi, cəhaləti daha çox insanların beyninə yeritməyə, İslamın mahiyyətindən kənar formada təqdim etməyə cəhdlər olub. Müəyyən siyasi rejimlər isə məhz bu cəhətlərə üstünlük verərək onu siyasi məqsədləri, maraqları üçün istifadə etməyə çalışıblar. Ona görə də Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə İslamın əsl mahiyyətini və məqsədini ortaya qoymaqla onu beynəlxalq aləmdə qarşımıza çıxan çağırışları önləmək üçün bir imkan, vasitə, güc kimi görür. Dövlətimizin başçısı çıxışında da deyib ki, İslam ölkələrinin ən güclü ortaq dəyəri elə İslam dininin, İslam mədəniyyətinin özüdür. Bu, əlbəttə, müəyyən ölkələrdəki siyasi rejimlərə, siyasi quruluşlara uyğun olaraq fərqli təzahür edə bilər. Amma Azərbaycan dünyəvi dövlət olduğu üçün, burada din dövlətdən ayrı olduğu, insanların vicdan məsələsi kimi qəbul edildiyi üçün bu məsələlər demokratik dövlətlərin, dəyərlərin ruhuna uyğun şəkildə tənzimlənir və qanunlarımızda da məhz belə əksini tapır.
Bahar Muradova vurğulayıb ki,
bu baxımdan indiki həssas
dövrdə, İslam ölkələrinin
dağıntılara, fəlakətlərə, təhlükələrə
məruz qaldığı bir zamanda belə bir ideya ilə çıxış etmək çox önəmlidir. Bu, Azərbaycanın özünün bu dəyərlərə
istinad edərək əldə etdiyi üstünlükləri həm dünyaya təqdim etmək, həm
İslamın məhz bu səviyyədə
istifadəsinin demokratik cəmiyyətlər
qurulmasına maneə yox, əslində ona dəstək olduğunu
nəzərə çatdırmaqla İslam
həmrəyliyinə nail olmaq
təşəbbüsüdür və bu
təşəbbüs hər kəs tərəfindən
müsbət qarşılanır. Xüsusilə,
Azərbaycan cəmiyyəti bunu növbəti
dəfə Azərbaycan dövlətinin və onun
əldə etdiyi uğurların dünyaya təqdimatı, eyni
zamanda, bu təqdimatdan
mövcud vəziyyətin
sağlamlaşdırılması, İslam
həmrəyliyinin İslam ölkələrinin
həmrəyliyinə gətirib çıxarması, özü də bu həmrəyliyin
yalnız dini baxımdan deyil,
ən müxtəlif aspektlərdən qabardılmasına imkan verməsi kimi qiymətləndirir.
Prezident İlham
Əliyev çıxışında qeyd
etdiyi kimi, bu, təkcə dini deyil, iqtisadi, siyasi, mənəvi, beynəlxalq məsələdir,
ölkələrarası münasibətlərin
normallaşmasına gətirib çıxaran bir
imkandır. Ona görə də Prezidentin bu təşəbbüsü İslam
ölkələrinin, İslam dininin özünün
daxilində olan qarşıdurmaların aradan qaldırılması üçün
düşüncələrin, mövqelərin, “İslam həmrəyliyi nədir və necə
qəbul olunmalıdır” təsəvvürünün
formalaşmasına, “Biz nəyə görə İslam həmrəyliyi
təşəbbüsünü irəli sürürük,
hansı məqsədlər üçün
bunu istifadə edirik” kimi sualların aydınlaşmasına, İslam həmrəyliyinin təkcə İslam ölkələri deyil,
bütün dünya üçün, dinlərarası münasibətlərin
sağlamlaşmasına töhfə verə biləcək
bir imkan kimi dəyərləndirilməsinə edilən
çağırışdır. Bu, həm
də xristian dünyasına, digər dinlərə
bir çağırışdır. Eyni zamanda, İslamı hədə,
təhlükə, demokratik cəmiyyətə
yad ünsür kimi təqdim edən dairələrə bir çağırışdır. Bu gün dünya
elə bir mərhələyə gəlib
çıxıb ki, bizi
ayıran yanaşmaların nə qədər ağır nəticələrə
gətirib çıxardığını görürük.
Bu, hər kəsə, təhdid və təhlükədir.
Kimlərsə düşünürsə ki,
İslama yönəlik cəhdlər İslam dünyasını zəiflədəcək,
yanılır, bu, bütün
dünyanı zəiflədir. Ona görə
də İslam həmrəyliyinə nail olmaq, İslamla
həmrəy olmaq bütün
dünya dinlərinin, mədəniyyətlərinin,
sivilizasiyaların bir araya
gəlmək, harmoniya şəraitində
yaşamaq imkanlarının genişləndirilməsi
deməkdir. Bu baxımdan Prezident
İlham Əliyevin bu
təşəbbüsü təkcə Azərbaycan, İslam ölkələri üçün
deyil, bütövlükdə bəşəriyyət
üçün çox
vacibdir.
Azərbaycan.-
2017.- 22 yanvar.- S. 3.