Macar jurnalisti “Qara Yanvarı” necə işıqlandırmışdı?
Peter Dunai
müasir macar jurnalistikasının tanınmış
simalarından biridir. Yaşı yetmişi
keçsə də, yaradıcı fəaliyyətini
davam etdirir. Siyasi-hərbi icmallar hazırlayan
analitik mərkəzin
rəhbəridir. Rusiyada, eləcə
də digər keçmiş sovet respublikalarında cərəyan
edən proseslərlə
yaxından maraqlanır.
Cənubi Qafqaz və
Mərkəzi Asiya bu maraq dairəsinin
fokusunda dayanır.
SSRİ-nin süqutu
ərəfəsində aparıcı
macar qəzetinin - “Nepsabadşaq”ın Moskva müxbiri vəzifəsində
çalışması onun
hazırlıqlı və
obyektiv bir “sovetoloq” kimi yetişməsinə təsirsiz
ötüşməyib.
Cənab Dunai ilə bir neçə ildir ki, əməkdaşlıq
edirik. Hələlik maliyyə çətinliyi
üzündən nəşrinə
nail ola bilmədiyimiz
“Budapeşt, 1956 - Bakı,
1990: Sovet imperiyası.
Sonun başlanğıcı və
başlanğıcın sonu”
adlı maraqlı sənədlər məcmuəsi
tərtib etmişik.
Xalqımız üçün faciə və qəhrəmanlıqla dolu
1990-cı ilin yanvar günlərində Peter Dunai
aparıcı macar qəzetinin xüsusi müxbiri kimi Moskvada çalışıb.
Sovet bürokratiyasının yaratdığı
maneələr ucbatından
dramatik hadisələrin
yaşandığı Bakıya
gələ bilməsə
də, cərəyan edən prosesləri, ordunun xalqa qarşı
törətdiyi cinayətləri
obyektivliklə işıqlandırmağa
çalışıb.
20 Yanvar faciəsinin növbəti
ildönümü ərəfəsində
Peter Dunai ilə görüşüb 1990-cı ilin yanvarında Moskvadan “Nepsabadşaq” qəzetinə göndərdiyi
məqalə və müxbir məktublarını
nəzərdən keçirməyi,
qələmə aldığı
yazıların məzmununu,
habelə bizim hər birimiz üçün son dərəcə
məsul, həyəcanlı
olan həmin günlərdən yaddaşında
qalanları həmvətənlərimizlə
bölüşməyi xahiş
etdim. Nəticədə “Azərbaycan” qəzetinin
oxucularına çatdırmaq
istədiyim yazı ərsəyə gəldi.
Vilayət QULİYEV,
Azərbaycan Respublikasının
Macarıstandakı səfiri
Azərbaycan.- 2017.- 20 yanvar.-
S. 5.