“Məcburi köçkünlər
və onlara bərabər tutulan
şəxslər üçün yemək
xərci müavinəti, habelə kommunal
və digər xidmətlər üzrə dövlət
büdcəsindən ödənişlər əvəzinə
vahid aylıq müavinətin ödənilməsi
Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin
QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, “Məcburi köçkünlər və
onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının
2.1-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. “Məcburi köçkünlər və
onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə
dövlət büdcəsindən
ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”
təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məskunlaşmamış
qaçqın və məcburi köçkünlərə
güzəştlərin müavinətlə
əvəz olunması
ilə əlaqədar
onların ödənilməsi
Qaydasının təsdiq
edilməsi barədə”
2002-ci il 22 yanvar tarixli 15 nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2002, № 1, maddə 93; 2003, № 6, maddə 348, 2004, № 9, maddə
750; 2005, № 4, maddə 376; 2006, № 9, maddə 812; 2009, № 9, maddə
757, 2014, № 6, maddə 747; 2016, № 4, maddə 789, № 7, maddə
1360) və
“Elektrik enerjisindən
istifadəyə görə
bir sıra birinci dərəcəli istehlakçıların, məskunlaşmamış
qaçqın və məcburi köçkünlərin
istehlak etdikləri elektrik enerjisi dəyərinin ödənilməsinin
tənzimlənməsi barədə”
2003-cü il 10 iyun tarixli 80 nömrəli qərarının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2003, № 6, maddə
348; 2006, № 1, maddə 59, № 7, maddə 647; 2009, № 10, maddə
846; 2014, № 1, maddə 69, № 2, maddə
201, 2016, № 5, maddə 955) 3-cü hissəsi
ləğv edilsin.
3. Bu qərar
2017-ci il 1 yanvar tarixindən qüvvəyə minir.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Bakı şəhəri, 24 yanvar
2017-ci il
Azərbaycan.-
2017.- 25 yanvar.- S.2.