Azərbaycan qlobal əhəmiyyət daşıyan layihələrə imza atır

 

Davos İqtisadi Forumundakı müzakirələr bunu bir daha təsdiqləyir

 

İsveçrədə dünyanın aparıcı siyasətçilərinin, adamlarının, top-menecer və ekspertlərinin iştirakı ilə 47-ci Davos İqtisadi Forumu (DİF) keçirildi. “Bacarıqlı və məsuliyyətli liderlik” şüarı altında keçirilən foruma Azərbaycan Prezidenti İlham Əliyev də dəvət edilmişdi. Dövlət başçısı kimi ilk dəfə 2007-ci ilin yanvarında Davos Forumunda iştirak edən Prezident İlham Əliyev 2017-ci ildə 11-ci dəfə bu mötəbər toplantıda oldu.

Qeyd edək ki, ötən il Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab forumda onuncu dəfə iştirak etdiyinə görə Davos fəxri üzvlər klubunun nişanını Azərbaycan Prezidentinə təqdim etmişdi.

 

Davos Forumu - ölkənin potensialının təqdim edilməsi üçün vacib platforma

 

1971-ci ildə isveçrəli professor Klaus Şvabın təşəbbüsü ilə yaradılan Davos İqtisadi Forumunun hər il keçirilməsində əsas məqsəd dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri, elm adamları, nüfuzlu siyasətçilər, iqtisadçılar, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir. 1979-cu ildən etibarən DİF-nin mütəxəssisləri tərəfindən “dövlətlərin qlobal rəqabətə davamlılığı” adlı məruzə hazırlanılır. Bu məruzələrdə dünyanın 100-dən çox dövləti iki əsas göstərici əsasında - potensial inkişaf və rəqabətə davamlılıq indeksi üzrə qiymətləndirilir.

Bu, yeganə forumdur ki, həm rəsmiləri, dünya liderlərini, həm də adamlarını, vətəndaş cəmiyyəti nümayəndələrini bir araya toplamaq imkanına malikdir. Bu baxımdan Davos Forumu müzakirələr, müxtəlif ölkələrdən investisiyaların cəlb edilməsi üçün və ölkənin özünün potensialının təqdim edilməsi baxımından olduqca vacib platformadır.

Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumunda nüfuzlu prezidentlərdən biridir. Dövlət başçısı ən vacib müzakirələrdə hər zaman məruzəçi kimi çıxış edir. Onun dünyada gedən siyasiiqtisadi proseslərə münasibəti böyük marağa səbəb olur. Bu sahədə Azərbaycan təcrübəsi, müasir Azərbaycan iqtisadiyyatı modelinin əldə etdiyi nailiyyətlər dünyanın diqqət mərkəzindədir. Azərbaycan bu mötəbər forumda yaxından iştirak edərək təcrübə, imkanlar mübadiləsini ortaya qoymaqla dünyadakı mövcud problemlərin aradan qaldırılmasına töhfəsini verir.

 

Prezident Davosda dövlət və hökumət başçıları, beynəlxalq şirkətlərin rəhbərləri ilə 20 görüş keçirdi

 

Davos İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 16-da İsveçrə Konfederasiyasına işgüzar səfər edən Prezident İlham Əliyev Davosda müxtəlif ölkələrin dövlət və hökumət başçıları, iri şirkətlərin rəhbərləri, beynəlxalq təşkilatların səlahiyyətli nümayəndələri ilə görüşərək danışıqlar aparıb. İsveçrə Konfederasiyasının Prezidenti xanım Doris Löythard, Ukrayna Prezidenti Petro Poroşenko, Norveç Krallığının xarici işlər naziri Borge Brende, Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Al Falih, Lüksemburqun Baş naziri, dövlət naziri Ksavyer Bettel, İraq Kürdüstan Regional Hökumətinin başçısı Məsud Bərzani, Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti, Böyük Britaniyanın BP şirkətinin baş icraçı direktoru Robert Dadli, “Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre, Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç, “Microsoft” şirkətinin ümumdünya dövlət qurumları ilə əlaqələr üzrə korporativ vitse-prezidenti xanım Toni Tauns-Vitley, “Palantir Technologies” şirkətinin baş icraçı direktoru və təsisçisi Aleks Karp, CISCO şirkətinin icraçı sədri Con Çambers, “LafargeHolcim” şirkətlər qrupunun rəhbəri Erik Olsen, Birləşmiş Ərəb Əmirliklərinin “VPS Healthcare” şirkətinin direktoru Şamşir Vayalil, “Suez Group” şirkətinin baş icraçı direktoru Jan Lui Şasod, “Procter and Gamble Europe” şirkətinin prezidenti Geri Edrü Kumbe, “McKinsey” şirkətinin qlobal idarəedici tərəfdaşı Dominik Barton ilə keçirilən görüşlərdə Azərbaycanda tranzit potensialının reallaşdırılması, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji sahəsində qlobal əhəmiyyətli layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Dövlət başçısı ölkəmizdə kənd təsərrüfatı, nəqliyyat, infrastruktur və digər sahələrdə layihələrin həyata keçirilməsi ilə bağlı əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb. Eyni zamanda Azərbaycanda inkişafın yeni mərhələsində həyata keçirilən iqtisadi islahatlardan danışaraq, informasiya-kommunikasiya texnologiyalarının tərəqqisinin prioritet sahələrdən biri olduğunu bildirib.

Dövlət başçısının forum çərçivəsində keçirdiyi çoxsaylı görüşlər əməkdaşlığın inkişafına, ölkəmizə investisiya axınının artmasına, Azərbaycan məhsullarının xarici bazarlara çıxarılmasına böyük zəmin yaradır.

 

Dünyanın beyin mərkəzlərinin Azərbaycana marağı daha da artır

 

Davos İqtisadi Forumunun başlıca məqsədi qlobal vəziyyətin iqtisadi inkişafsosial tərəqqi məsələlərinin həllində dünya birliyinə kömək etmək yolu ilə yaxşılaşdırılmasıdır. Buna görə də forum qlobal inkişafın mühüm problemlərini müzakirə və həll etmək üçün dünya birliyinin işgüzar, siyasi, intellektual və digər liderləri arasında tərəfdaşlığın inkişafına yardımçı olur. Bu forum əlaqələrin daha optimal şəkildə qurulması, hər kəsə xeyir verəcək layihələrin ortaya çıxması və müqavilələrin bağlanması ilə şərtlənir.

Azərbaycan hər il bu forumda dövlət başçısı səviyyəsində təmsil olunur. Ölkəmiz forumda vacib tərəfdaş kimi tanınır. Dövriyyəsi milyardlarla dollar olan böyük şirkətlərin rəhbərləri Azərbaycana maraq göstərir, iqtisadi cəhətdən inkişaf edən dövlətlərin liderləri Azərbaycanın dövlət başçısı ilə görüşür, bu zaman mühüm layihələr müzakirə edilir. Davos Forumunda Azərbaycanın hər il dövlət başçısı səviyyəsində təmsil olunması ölkəmizin dünya birliyinə inteqrasiyasını daha da möhkəmləndirir, iqtisadi əlaqələri davamlı və etibarlı edir.

İqtisadi-sosial inkişafının yeni mərhələsini, postneft dövrünü yaşayan Azərbaycan dövlətinin Davos Forumunda təmsil olunması yeni əlaqələrin qurulması, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı Strateji Yol Xəritəsinin reallaşması yönündə maraqlı görüşlər keçirilməsi, təkliflərin verilməsi baxımından çox önəmlidir. Yəni Azərbaycanın iqtisadi sahədə uğurlarının dünyaya təqdim olunmasında bu forum mühüm vasitədir. Dövlət başçısının həm ikitərəfli görüşlərdə, həm də interaktiv iclaslardakı çıxışları dünyanın Azərbaycana olan marağını daha da artırır, özünün inkişaf modelinə, iqtisadi göstəricilərinə və iqtisadiyyatının unikallığına görə dünya iqtisadçılarının, beyin mərkəzlərinin, eləcə də iqtisadi reytinq göstəricilərini müəyyənləşdirən beynəlxalq qurumların diqqətini cəlb edir. Bunu ötən il ölkə iqtisadiyyatına qoyulan 8 milyard dollarlıq xarici sərmayə bir daha təsdiqləyir. Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı qeyd etmişdir ki, bu gün bütün dünyada iqtisadi böhran, maliyyə çətinlikləri müşahidə olunduğu zamanda xaricdən investisiya gətirmək çox çətin məsələdir. Ancaq Azərbaycan dövləti bunu təmin edib və ölkə iqtisadiyyatına 8 milyard dollar xarici sərmayə qoyulub.

Bu gün Azərbaycan həm də qlobal əhəmiyyət daşıyan layihələrə imza atmaqdadır. Son illər ölkə həyatının bütün sahələrində reallaşdırılan məqsədyönlü tədbirlər öz uğurlu nəticələrini verir.

Prezident İlham Əliyevin Davos İqtisadi Forumunun rəsmi saytında yer alan “Azərbaycanın 2017-ci il üçün iqtisadi prioritetləri” sərlövhəli məqaləsində də qeyd edilir ki, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji sahəsində qlobal əhəmiyyətli layihələrin icrası ölkəmizin imkanlarını artırmaqla yanaşı, regional və beynəlxalq əməkdaşlığın inkişafı işinə də xidmət edir. Bu baxımdan Azərbaycanın təşəbbüsü və liderliyi ilə icra olunan “Cənub qaz dəhlizi” layihəsi Azərbaycan qazını Avropa bazarlarına çatdırmaqla Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə də öz dəyərli töhfəsini verəcək. Layihə çərçivəsində “Şahdəniz-2” qaz-kondensat yatağının işlənməsi üzrə işlərin 87 faizi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlərin 72 faizi, Transanadolu Boru Kəmərinin (TANAP) inşası üzrə işlərin 60 faizi, Transadriatik Boru Kəmərinin (TAP) inşası üzrə işlərin 30 faizi icra edilib.

Azərbaycan həm də tranzit potensialının reallaşdırılması istiqamətində də mühüm layihələrin icrasına başlayıb. Bu il Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatmalıdır. Bu layihənin icrası Çindən Avropaya yüklərin çatdırılma müddətinin 25-30 gündən 12-15 günə endirilməsinə imkan verəcək. “Şimal-Cənub nəqliyyat dəhlizi” çərçivəsində isə ötən il Azərbaycan ərazisində bütün tikinti işləri başa çatdırılıb. Beləliklə, Azərbaycan çox mühüm nəqliyyat qovşağına çevrilməkdədir.

Bütün bunlar Azərbaycanın tərəfdaşlarının həmin layihələrdən bəhrələnmələri üçün hərtərəfli imkanlar yaradıb və bu da onu göstərir ki, Azərbaycan dünya dövlətləri üçün vacib və əhəmiyyətli ölkədir.

 

Dünya iqtisadiyyatının yeni modeli - müasir İpək yolu

 

Yanvarın 19-da Davos İqtisadi Forumunun “İpək yolunun səmərəsi” adlı interaktiv iclasında çıxış edən Prezident İlham Əliyev müasir İpək yoluna yatırılan siyasiinfrastruktur investisiyaların AsiyaAvropada iqtisadi artıma və ahəngdarlığa hansı formada təsirindən danışarkən qeyd edib ki, bu layihənin müvəffəqiyyət qazanması üçün ilk növbədə regionda etibarlı siyasi münasibətlər qurulmalıdır.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan İpək yolunun bizə aid olan seqmentinin yenidən qurulmasına birbaşa investisiya yatırıb və eyni zamanda regional əməkdaşlığa gətirib çıxaran təşəbbüslərə start verərək siyasi cəhətdən də bu layihəyə dəstək olub:Regional əməkdaşlıqdan danışdıqda bu, çox geniş əməkdaşlıqdır. Çünki bu əməkdaşlıq siyasi, iqtisadi, mədəni və digər sektorları əhatə edir. Buna görə də bizim niyyətimiz həmişə ölkələrə, insanlara fayda verəcək, regionda planlaşdırıla bilən, sabitliyi artıran və regionumuzda yaşayan bütün insanlar üçün bərabər imkanlar yaradan layihələrə başlamaqonlarda iştirak etmək olmuşdur. Buna görə də Azərbaycan İpək yolunun bizə aid olan seqmentinin yenidən qurulmasında həmişə fəal rol oynamışdır. Ümid edirik ki, cari ildə Gürcüstanda və Türkiyədəki tərəfdaşlarımızla birlikdə biz bu üç ölkədə Bakı, TbilisiQars arasında İpək yolunun çox önəmli bir bağlantısını tamamlayacağıq və bu da bizə qarşıdan gələn uzun illər ərzində bu layihədən faydalanmaq imkanı verəcək” deyən dövlət başçısı vurğulayıb ki, ölkəmiz AvropaAsiya arasında yerləşir, bu coğrafi yerləşmə, Azərbaycanın tarixi irsisiyasi gündəliyi həmin layihəni ərsəyə gətirmək üçün ölkəmizə çox köməklik edir: “Əlbəttə ki, biz bu layihəyə aid istənilən təşəbbüslərə dəstək verəcəyik. Biz bu istiqamətə daha çox yükdaşımaları cəlb etmək üçün tərəfdaş ölkələrlə ikitərəfli formatda işləyirik. Təkcə birbaşa İpək yolu üzərində yerləşən ölkələr yox, həm də bu yolun yaxınlığında yerləşən ölkələr bu imkandan faydalana bilər”.

Azərbaycan dəniz limanı infrastrukturuna da sərmayə yatırır. Hazırda Azərbaycan ildə 25 milyon tondan çox yük qəbul edəcək Xəzər regionunda ən böyük dəniz limanını tikir. Bu layihənin davamlı inkişafını təmin etmək üçün kifayət qədər nəqliyyat infrastrukturu, limanlar, gəmilər və tankerlər mövcud olmalıdır.

 

Azərbaycan strateji baxışını və şəffaf iqtisadi diplomatiyasını ortaya qoyur

 

Müasir İpək yolunun reallaşmasında iqtisadi diplomatiyanın roluna gəldikdə isə, dövlət başçısı qeyd edib ki, Azərbaycan artıq hazırlıq işlərinə başlayıb. Bugünkü vəziyyət ölkəmizin doğru addım atdığını göstərir: “Çünki indi biz bu çatışmayan seqmentin tamamlanmasına çox yaxınıq. Eyni zamanda bu, ÇininBir kəmər - bir yol” baxışı ilə də üst-üstə düşür. Bizim Çin ilə əlaqələrimiz var və artıq İpək yolu test rejimində fəaliyyət göstərir. Keçən il ilk konteyner test qatarı Çindən yola düşərək Mərkəzi Asiyadan, Xəzər regionundan, Azərbaycan, GürcüstanAvropadan keçərək gəlmişdir. Biz bu yolun təchizatçılar üçün necə cəlbedici olması üzərində çalışırıq. Eyni zamanda bu layihə təkcə investisiyalar və nəqliyyat infrastrukturundan ibarət deyil, - baxmayaraq ki, bunlar çox önəmlidir, - bu layihə həm də qarşılıqlı bağlılıq yaradır. Qarşılıqlı bağlılıq isə dostluğu gücləndirir”.

Müasir İpək yolu bu coğrafi mövqedə yerləşən bütün ölkələrin bir-biri ilə yaxşı işçi münasibətlər yaratmasını və bağlılığını daha da gücləndirəcək. Bu, müxtəlif ölkələr - müxtəlif siyasi gündəliyi, mədəniyyəti, dini, tarixi olan ölkələr arasında çox nadir olan əməkdaşlıq formasını təmin edəcək. Bu, dünyanın yeni bir modeli hesab olunur.

Ekspertlər hesab edirlər ki, dünyanın aparıcı adamları ilə birbaşa ünsiyyət, onlarda ölkə iqtisadiyyatına investisiya etimadının daha da artırılmasına çalışmaq və bunu müasir yanaşmalarla nümayiş etdirmək vacib bir imkandır və bu imkanı Azərbaycan Prezidenti öz görüşləri, çıxışları ilə uğurlu şəkildə dəyərləndirir. Dünyada iqtisadi inkişaf tempinin zəiflədiyi, qeyri-müəyyənliklərin artdığı bir zamanda Azərbaycanın tam şəffaf və strateji baxışlarının ortaya qoyulması, sabitlik və inkişafın proqnozlaşdırılması forumda ölkəmizə marağı daha da artırır.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2017.- 25 yanvar.- S.1, 3.