İlham Əliyevin
“ASAN” inqilabı
Artıq vətəndaşlar
kommunal xidmətlərlə
bağlı istənilən
məsələni bir
ünvanda - “ASAN kommunal”
mərkəzində həll
edəcəklər
Azərbaycan brendi sayılan “ASAN xidmət” öz fəaliyyətini davamlı
olaraq genişləndirir. Xidmət mərkəzlərinin
sayı artıq 11-ə
çatıb. Son illər
ərzində bu mərkəzlərə ümumilikdə
13 milyon müraciətin
olması və vətəndaşların bəyənmə
əmsalının təxminən
100 faizə yaxınlaşması
ictimai xidmətlər,
ümumiyyətlə, ictimai
münasibətlər sahəsində
əsaslı inqilab deməkdir.
Modern bina, yüksək keyfiyyət və mükəmməl şərait
Bir müddət əvvəl
“ASAN kommunal” mərkəzinin
fəaliyyətə başlaması
“ASAN xidmət”in çoxfunksiyalı
və sosialyönümlü
layihə olduğunu bir daha təsdiqlədi. Artıq vətəndaşlar
kommunal xidmətlərlə
bağlı istənilən
müraciəti də
bir mərkəzə ünvanlayacaqlar. “ASAN kommunal” mərkəzində
insanların bütün
növ müraciətlərinə
operativ baxılacaq və müvafiq tədbirlər görüləcək.
Hələlik pilot layihə
kimi fəaliyyət göstərən 1 saylı
“ASAN kommunal” mərkəzi
yaxın vaxtlarda fəaliyyətini daha da genişləndirəcək.
Mərkəz Bakı şəhəri,
Həsən Əliyev
34 ünvanında yerləşən
möhtəşəm və
müasir görünüşü
ilə diqqət çəkən binada yerləşir. Beş mərtəbədən
ibarət binanın hələlik iki mərtəbəsi xidmət
üçün ayrılıb.
Yaxın
gələcəkdə “ASAN kommunal” öz fəaliyyətini genişləndirdikdə
binanın digər mərtəbələrindən də istifadə ediləcək.
Ötən il dekabrın 28-də
Prezident İlham Əliyevin iştirakı ilə 1 saylı “ASAN kommunal” mərkəzinin təntənəli açılış
mərasimi keçirildi.
Dövlət başçısı
bina ilə tanışlıqdan sonra
“ASAN xidmət”in fəaliyyətini
çox yüksək
qiymətləndirdi: “ASAN xidmət”
öz fəaliyyətini
genişləndirir. “ASAN xidmət”, o cümlədən
“ASAN kommunal” mərkəzlərində
ən yüksək xidmət göstərilir və göstəriləcək.
Bina da çox yaraşıqlıdır,
çox gözəldir.
Həm burada işləyənlər,
həm də vətəndaşlar üçün
yaxşı şərait
yaradılıb. Bu, ölkəmizin müasirliyini,
inkişafını göstərir,
bizim siyasətimizi əks etdirir... 2016-cı ilin sonunda bu
yeni mərkəzi ziyarət edərkən bir daha görürəm
ki, bizim təşəbbüslərimiz bu gün reallığa
çevrilir, siyasətimiz
konkret işlərdə
özünü göstərir.
Bu, belə də
olmalıdır. Düzgün göstərişlər verilib,
ancaq gərək yerlərdə də onlar icra edilsin.
Mən bu mərkəzlərin -
11 mərkəzin, bu,
12-cisidir, - hamısının açılışında olmuşam.
Mən bu açılışlara
gəlməyimlə bu
hərəkata bir daha öz dəstəyimi
göstərirəm və
sizin fəaliyyətinizə
yüksək qiymətimi
ifadə edirəm”.
Prezident İlham Əliyev sözügedən mərasimdə
“ASAN xidmət”lə bağlı
builki yenilikləri də anons etdi. Bildirdi ki,
11 mərkəzdən altısı
bölgələrdə yerləşir.
Bu il Quba
və Mingəçevir
şəhərlərində iki yeni mərkəz
açılacaq. Eyni zamanda,
digər iki şəhərdə - Şəkidə
və İmişlidə
növbəti mərkəzlərin
tikintisi başlanacaq.
Təkcə bu fakt onu
göstərir ki “ASAN
xidmət”in coğrafi
əhatəsi sürətlə
genişlənir və
funksiyaları artır. Təbii ki,
“ASAN kommunal” layihəsi
də həmin funksiyaların tərkib hissəsidir. Bu xidmət
sahəsi vətəndaşlarımız
üçün yeni olduğundan qərara gəldik ki, mərkəzin xidmətləri
ilə yaxından tanış olaq və oxucuları
bəzi vacib mətləblərdən agah
edək.
Dövlət ödənişləri
sektorunun ilk mobil tətbiqi
Ümumi sahəsi
2800 kvadratmetr olan mərkəzdə 3 qurum -
“Azərişıq” və
“Azərsu” açıq
səhmdar cəmiyyətləri,
həmçinin “Azəriqaz”
İstehsalat Birliyi tərəfindən vətəndaşlara
45 növ xidmət göstərilir. Burada eyni zamanda,
bank və sığorta
xidmətləri də
təşkil edilib.
Foyedə Prezident İlham Əliyevin “ASAN xidmət” binalarının
açılışı, həmçinin “Azərişıq”,
“Azərsu”, “Azəriqaz”
qurumlarının müxtəlif
tədbirləri zamanı
çəkilən fotolarından
ibarət stendi xüsusi diqqət çəkir.
Burada 85 əməkdaş və 20
könüllü çalışır. Müasir
İKT avadanlığı ilə təchiz olunan binada istirahət
və stress əleyhinə
otaqlar, kafe, ana-uşaq otağı, uşaq əyləncə mərkəzi fəaliyyət
göstərir. Mərkəzdə
növbə sisteminin tənzimlənməsi üçün
xüsusi monitorlar, daim internetə açıq özünəxidmət
kompüterləri, rüsumlar,
xidmətlər haqqında
məlumatları və
ərizə nümunələrinin
doldurulmasını əks
etdirən “elektron məlumat köşkü”,
“ASAN ödəniş” terminalları
və “108 Çağrı
mərkəzi”nə zəng
köşkü quraşdırılıb.
Mərkəzin xüsusi arxitekturalı
binasında havalandırma
və işıqlandırma
sistemi çox yüksək səviyyədə
təchiz edilib.
Xidmət sahələrində müxtəlif
gül dibçəklərinin,
rəsm və dekorların quraşdırılması
isə binanın interyerinə əlavə gözəllik bəxş
edir. Binada 40 avtomobil üçün
yeraltı dayanacaq da var.
Mərkəzdə həmçinin “ASAN ödəniş”
sisteminin mobil tətbiqi sistemi yaradılıb. Bu sistemlə
istifadəçilər abonent
kodlarını, bank hesablarını,
protokol nömrələrini
və digər ödəniş təyinatlarını
tətbiqin yaddaşında
saxlaya və bir toxunuşla ödəniş edə bilərlər. Mobil tətbiqdə nəzərdə
tutulmuş avtomatlaşdırılmış
ödənişlərin vaxtı
gəldiyində ödənişləri
istifadəçilərin əvəzinə
icra edərək, bu barədə istifadəçini məlumatlandıracaq.
Bu, mobil əməliyyat
sisteminin Azərbaycan dilində yazılmış
dövlət ödənişləri
sektorunun ilk mobil tətbiqidir.
Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin
sədr müavini Ülvi Mehdiyevin sözlərinə görə,
pilot layihə çərçivəsində
1 saylı “ASAN kommunal”
mərkəzinin xidmətlərindən
ilkin mərhələdə
Bakı şəhərinin
Nəsimi, Nərimanov
və Binəqədi rayonlarında qeydiyyatda olan sakinlər yararlana bilərlər. Onun sözlərinə görə, Prezident İlham Əliyevin ötən ilin mayında imzaladığı
fərmanla “ASAN kommunal”
mərkəzlərinin yaradılması
Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinə
tapşırılmışdı. Qısa müddətdə “ASAN kommunal”
xidmətinin yaradılması
üçün aidiyyəti
qurumlarla bir yerdə tədbirlər görüldü.
Vətəndaşlara hansı xidmətlər göstərilir
“ASAN kommunal” ilk pilot layihə olaraq 1 saylı “ASAN xidmət” mərkəzinin tərkibində fəaliyyətə başlayıb. Bundan sonra Bakı Dəmir Yol Vağzalında və Xətai rayonunun Ukrayna dairəsi ərazisində “ASAN kommunal” mərkəzləri işə başlayacaq. Növbəti illərdə bu xidmət regionlarda da fəaliyyət göstərəcək. İl ərzində bütün Bakı sakinləri “ASAN kommunal” xidmətdən yararlana biləcəklər. Göstəriləcək əsas xidmətlər isə məişət abonentlərinin elektrik, su, qaz şəbəkəsinə qoşulması ilə əlaqədar müqavilələrin bağlanması, texniki şərtlərin verilməsi, elektrik, su və qaz sayğaclarının quraşdırılması, dəyişdirilməsi, sayğaclar üçün smart kartların verilməsi, bərpası və yenilənməsi, abonentlərin şəxsi məlumatlarında dəyişikliklərin edilməsi, qüsurlu ödənişin bərpa edilməsi, abonentin ödəniş tarixcəsinin verilməsi və sairədir.
Gələcəkdə istilik təchizatı, rabitə-telefon xidmətləri, poçt, kabel televiziyaları, internet xidmətləri və kommunal sahədə fəaliyyət göstərən digər dövlət və özəl qurumların xidmətlərinin də “ASAN kommunal” mərkəzlərdə təşkil edilməsi nəzərdə tutulub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov bildirdi ki, 1 saylı “ASAN kommunal” mərkəzi 15 yanvar 2017-ci il tarixindən etibarən vətəndaşlara xidmət göstərir. Fəaliyyətdə olduğu ilk bir həftə ərzində mərkəz ümumilikdə 1069 vətəndaşın müraciətini qeydə alıb. 632 nəfərə “Azəriqaz”da, 227 nəfərə “Azərişıq”da, 142 nəfərə isə “Azərsu”da birbaşa xidmət göstərilib. Ən çox müraciət olunan xidmətlər qüsurlu ödənişlərin bərpası, enerji təchizatı şəbəkəsinə qoşulma, “Azərsu” abonentlərinin şəxsi məlumatlarında dəyişikliklərin edilməsi və digər məsələlərdir.
Qeyd edək ki, 1 saylı “ASAN kommunal” mərkəzi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Azərişıq” ASC və “Azərsu” ASC-nin vəsaiti hesabına yaradılıb. Mərkəzin yaradılması Azərbaycanda dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə görülən əhəmiyyətli işlərin ardıcıl xarakter aldığını bir daha nümayiş etdirir. Belə layihələrin icrası dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanı formalaşdırır.
Elgün MƏNSİMOV,
Azərbaycan.- 2017.- 25 yanvar.- S. 1, 5.