Sumqayıtda gənc rəssamların sərgisi
açılıb
Sumqayıt Gənclər evində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, şəhər Gənclər və İdman Baş İdarəsinin, uşaq və yeniyetmələrin Yaradıcılıq Mərkəzinin, həmçinin şəhər Rəsm Qalereyasının təşkilati dəstəyi ilə “Müasirlikdə peyzaj təsvirləri” layihəsi çəçivəsində ilk sərgi açılıb.
Açılış mərasimində layihə rəhbəri İlahə Əlizadə və “Nigart” rəsm dərnəyinin nümayəndəsi Nigar Qurbanova çıxış edərək Gənclər Fondunun timsalında ölkəmizdə istedadlı, yaradıcı gənclərə göstərilən diqqət və qayğıdan danışıblar. Onlar gənc fırça ustalarına yaradıcılıqlarında Azərbaycan mədəniyyətini, milli-mənəvi dəyərlərimizi qorumağı və yaşatmağı tövsiyə ediblər. Sənətşünasların fikrincə, peyzaj janrının yeniyetmə və gənclər tərəfindən mənimsənilməsi, bu təsviri sənət növünün tədqiqi, öyrədilməsi, təbliği də vacibdir.
Bu ilk sərgidə “Müasirlikdə peyzaj təsvirləri” mövzusunda yeniyetmə və gənclərin əl işlərindən ibarət 30 rəsm əsəri nümayiş olunur.
Açılış mərasiminin sonunda gənc rəssamlara sertifikatlar, xatirə hədiyyələri təqdim edilib.
Akif ƏLİYEV,
Azərbaycan.-
2017.- 25 yanvar.- S.7.