Azərbaycan-İran münasibətləri bölgə üçün böyük önəm daşıyır

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin bütün sahələrdə çox yaxşı inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bu əlaqələrin ölkələrimiz, xalqlarımız və eləcə də bölgə üçün böyük önəm daşıdığını bildirdison illər ərzində ikitərəfli əməkdaşlığımızın inkişafının məmnunluq doğurduğunu dedi. Qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına səfərinin və keçirəcəyi görüşlərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyini əminliklə qeyd etdi.

Ölkələrimiz arasında ikitərəfli əlaqələrin əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağ ölkəsində Ulu Öndərin böyük ehtiramla xatırlandığını dedi. İqtisadiyyat və Kənd təsərrüfatı nazirliklərinin dəvəti ilə ölkəmizə səfər etdiklərini deyən Qurbanəli Səadət Qarabağ İran İslam Respublikasının Qərbi Azərbaycan vilayəti ilə Azərbaycan Respublikası arasında kənd təsərrüfatı, ticarət, turizm və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu dedibu məqsədlə ölkəmizin müvafiq qurumları ilə görüşlər keçirəcəyini vurğuladı.

 

Azərbaycan.- 2017.- 26 yanvar.- S. 1.