Avstraliya İttifaqının
General-Qubernatoru Zati-aliləri
cənab Piter Kosqrova
Hörmətli cənab
General-Qubernator,
Ölkənizin milli bayramı – Avstraliya günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik
edirəm.
Son illərdə
Azərbaycan-Avstraliya əlaqələrinin
genişlənməsi məmnunluq
doğurur. Dost ölkələrimiz
arasındakı əməkdaşlıq
həm ikitərəfli
qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində
müvəffəqiyyətlə davam etməkdədir.
Əminəm ki, ölkələrimiz və xalqlarımız arasında daim möhkəmlənən dostluq
əlaqələri, səmərəli
əməkdaşlığımız bundan sonra da
ikitərəfli münasibətlərimizin
inkişafına xidmət
edəcəkdir.
Belə bir əlamətdar gündə
Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Avstraliya
xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 23 yanvar 2017-ci il.
Azərbaycan.-
2017.- 26 yanvar.- S. 2.