Hindistan Respublikasının
Prezidenti Zati-aliləri
cənab Pranab Mukherciyə
Hörmətli cənab
Prezident,
Ölkənizin milli bayramı – Respublika günü münasibətilə
Sizə və Sizin simanızda
bütün xalqınıza
ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan ilə Hindistanı dərin tarixi kökləri və xoş ənənələri
olan dostluq və əməkdaşlıq
münasibətləri birləşdirir. İnanıram ki, dostluq münasibətlərimizin
möhkəmləndirilməsi, qarşılıqlı faydalı
əməkdaşlığımızın
daha da genişləndirilməsi
yolunda birgə səylərimiz bundan sonra da xalqlarımızın
rifahına xidmət edəcəkdir.
Bu əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost Hindistan xalqına
sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 23 yanvar 2017-ci il.
Azərbaycan.-
2017.- 26 yanvar.- S. 2.