Regionlarda fəaliyyətə başlayan yeni müəssisələr qeyri-neft sektorunun inkişafını sürətləndirir

 

Məlum olduğu kimi, Azərbaycan iqtisadiyyatının hərtərəfli inkişafı üçün yeni strateji siyasət həyata keçirilir. Həmin məqsədlə ötən ilin sonunda dövlət başçısının fərmanı ilə 11 sektor üzrə strateji yol xəritələri təsdiq olunub.

Bu sənədlərədək isə qəbul olunmuş regional inkişaf dövlət proqramlarının icrası çərçivəsində bölgələrdə iri sosial-iqtisadiinfrastruktur layihələri həyata keçirilib. Bununla regionlarda onlarca kiçik, ortaböyük müəssisə fəaliyyətə başlayıb.

İqtisadi çətinliklərə baxmayaraq, ötən ilregionlarda bir sıra müəssisələr istifadəyə verilib. Onlar iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir. Prezident İlham Əliyev bölgələrə səfərləri zamanı onların açılışında iştirak edib. Bu fakt dövlət başçısının regionların sosial-iqtisadi inkişafına diqqətinin bariz nümunəsidir.

Prezident keçən il Xaçmazda “Yalama” Südçülük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin açılışında da iştirak etmişdir. Müəssisənin yaradılmasında məqsəd qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı qarşıya qoyulan məqsədə çatmaqdır. 523 hektar ərazidə salınan aqroparkın yaradılmasına birinci mərhələdə 20 milyon manat investisiya qoyulub.  Layihənin ilkin mərhələsinə uyğun olaraq, 1000 baş sağmal olmaqla 3000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, müasir suvarma sistemi ilə 385 hektar sahədə iri taxılçılıq təsərrüfatı, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılıb. Zavodun davamlı və fasiləsiz xammala olan tələbatının ödənilməsi üçün tutumu 4,5 min ton olan anbarsaatda 30 ton taxıl qurudan qurğu quraşdırılıb.

Təsərrüfata “Aqrolizinq” ASC vasitəsilə “Simmental” cinsindən olan 1103 baş cins heyvan gətirilib və onlardan 601 baş bala alınıb. Hazırda burada yüksək yağlıqlı və keyfiyyətli süd istehsal olunur. Müasir texnologiyalardan istifadə, cins heyvanların yemlənməsi və bəslənməsi, kənd təsərrüfatı texnikalarından istifadə qaydalarının daha dərindən mənimsənilməsi və dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi məqsədilə müəssisədə çalışan mütəxəssislərin bir qrupu Avropa ölkələrində xüsusi kurs keçib.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Quba-Xaçmaz iqtisadi rayonunda indiyədək 2260-dək sahibkara 163,5 milyon, o cümlədən yeni texnologiyalara əsaslanan 13 logistik mərkəz və 2 taxıl anbarı, 1 quşçuluq, 2 istixana, 7 intensiv bağçılıq və 4 üzümçülük təsərrüfatı, 3 meyvə-tərəvəz emalı, 2 çörək və 2 tara zavodu, eləcə də 7 digər istehsalemal müəssisəsi olmaqla ümumilikdə 43 müəssisənin yaradılmasına 107 milyon, 1980-dək sahibkara isə 19 milyon manatdan çox güzəştli kreditlər verilib. İqtisadi rayon üzrə verilmiş güzəştli kreditlər hesabına 11 mindən çox yeni yeri yaradılıb. Xaçmaz rayonu üzrə isə 790 sahibkara 50,6 milyon manat güzəştli kreditlər verilibbunun hesabına 3300-dən çox yeni yeri açılıb.

Bölgələrdə təkcə aqromüəssisələr yox, eyni zamanda müxtəlif təyinatlı sənaye müəssisələri açılır. Ötən il İsmayıllıda istifadəyə verilən “İSMA BİKES” Velosiped Zavodu buna misaldır. Rayon mərkəzindən 6 kilometr məsafədə yerləşən Diyallı kəndi ərazisində inşa olunmuş bu istehsal müəssisəsinin layihəsi Bolqarıstanın Sofiya Velosiped Zavodu ilə əməkdaşlıq şəraitində həyata keçirilib. Müəssisə Bolqarıstan, Danimarka, Niderland, Çin və Türkiyə istehsalı olan avadanlıqlarla təchiz edilib. Zavodun istehsal gücü ildə 20-30 min velosipeddir. Müəssisədə 5 növ velosipedin istehsalı nəzərdə tutulub.

İlkin mərhələdə 60 işçinin çalışdığı müəssisə fəaliyyətini genişləndirdikcə burada işçilərin sayı da artacaq. Qeyd edək ki, Qafqazda yeganə velosiped istehsalçısı olan zavodun ərazisində müasir velotrek meydançası da yaradılıb. 3 hektar sahəsi olan velotrekdə idman yarışlarının keçirilməsi nəzərdə tutulur.

Ötən il bu rayonda istifadəyə verilən obyektlərdən biri də “İsmayıllı-2” İkinci Su Elektrik Stansiyasıdır. Ümumi layihə gücü 1,6 meqavat olan stansiyanın əsas komponentləri suqəbuledici, hər birinin uzunluğu 2115 metr, diametri 800 mm olan üç boru, stansiyanın binası, nəzarət, mühafizə, idarəetmə və uçot sistemləri, ümumi layihə gücü 1,6 meqavat olan 3 hidroturbin və 3 hidrogenerator, 10 və 0,4 kilovoltluq yarımstansiya və elektrik verilişi xətlərindən ibarətdir. “İsmayıllı-1” Su Elektrik Stansiyasının aşağı byefindən çıxan təmizlənmiş su “İsmayıllı-2” Su Elektrik Stansiyasına daxil olur. Beləliklə, “İsmayıllı” Su Elektrik Stansiyası ümumi gücü 3,2 meqavat olan su elektrik stansiyaları silsiləsini təşkil edir. Rayonun Sumağallı kəndi yaxınlığında inşa edilən derivasiya tipli su elektrik stansiyası ildə 8 milyon kilovat-saat ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal etmək imkanına malikdir.

Gələcəkdə rayonda üçüncü su elektrik stansiyasının da tikintisinə başlanması nəzərdə tutulub. 10 meqavatlıq yeni stansiya əvvəlkilərdən daha böyük olacaq. Bu layihə həyata keçirildikdən sonra rayonun tələbatı ödənilməklə yanaşı, Qəbələ və Şamaxı rayonlarına da enerji ötürüləcək.

Sözsüz ki, yeni müəssisələrin açılışı yeni yerləri deməkdir. Bu baxımdan bölgələrdə istifadəyə verilən müəssisələr əhalinin sosial rifahının yaxşılaşmasına da böyük töhfə verir.

 

Rüstəm KAMAL,

 

Azərbaycan.- 2017.- 26 yanvar.- S.4.