Böyük Vətən
müharibəsi iştirakçıları və əlilləri,
digər dövlətlərin ərazilərində gedən hərbi
əməliyyatlarda iştirak edənlər,
həlak olmuş hərbi
qulluqçuların ailələri üçün
güzəşt və təminatların
qarşılıqlı tanınması haqqında 1994-cü il
15 aprel tarixli Sazişə
əlavə və dəyişikliklər edilməsi barədə
Protokolun təsdiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Böyük Vətən müharibəsi iştirakçıları və əlilləri, digər dövlətlərin ərazilərində gedən hərbi əməliyyatlarda iştirak edənlər, həlak olmuş hərbi qulluqçuların ailələri üçün güzəşt və təminatların qarşılıqlı tanınması haqqında 1994-cü il 15 aprel tarixli Sazişə əlavə və dəyişikliklər edilməsi barədə 2015-ci il oktyabrın 30-da Düşənbə şəhərində imzalanmış Protokol təsdiq olunsun.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın 1-ci hissəsində göstərilən protokolun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 yanvar
2017-ci il
Azərbaycan.- 2017.-27 yanvar.- S.3.