Azərbaycan Respublikasının
“Əmək” ordeninin statutu
Azərbaycan Respublikasının
2016-cı il 29 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir
Maddə 1. Təltif
edilən şəxslər
1.1. Azərbaycan Respublikasının “Əmək”
ordeni ilə Azərbaycan Respublikasının
vətəndaşları, əcnəbilər
və vətəndaşlığı
olmayan şəxslər
istənilən fəaliyyət
sahəsində Azərbaycan
Respublikasının inkişafına
və rifahının
təmin olunmasına yönəlmiş müstəsna
əmək nailiyyətlərinə
görə, o cümlədən:
1.1.1. sənaye, kənd təsərrüfatı,
tikinti, nəqliyyat, ticarət, sənətkarlıq,
xidmət və digər sahədə uzunmüddətli məhsuldar
əməyə, elm, təhsil,
səhiyyə, mədəniyyət,
bədən tərbiyəsi,
idman və digər sahələrdə
fərqlənən əmək
nailiyyətlərinə;
1.1.2. kənd
təsərrüfatı məhsullarının
istehsalında (emalında)
kənd təsərrüfatının
inkişafına təsir
edən yüksək göstəricilərə;
1.1.3. istehsalatda
əməyin məhsuldarlığına
və məhsulun (əmtəənin) keyfiyyətinin
yaxşılaşmasına, ölkə iqtisadiyyatının
rəqabət qabiliyyətinin
artmasına təsir edən yüksək göstəricilərə;
1.1.4. yüksək
keyfiyyətli məhsul
istehsalına (hazırlanmasına,
yetişdirilməsinə), yeni
texnikanın, texnologiyanın,
qabaqcıl təcrübənin,
ixtiranın və səmərələşdirici təklifin istehsalatda davamlı, nəticəli tətbiqinə görə
təltif edilirlər.
1.2. Azərbaycan
Respublikasının “Əmək”
ordeninin üç dərəcəsi vardır.
1.3. Azərbaycan
Respublikasının 1-ci dərəcəli
“Əmək” ordeni ən yüksək dərəcəlidir.
1.4. Azərbaycan
Respublikasının “Əmək”
ordeninin dərəcələri
ardıcıllıqla verilir.
Maddə 2. Təltif
edən orqan
Azərbaycan Respublikasının “Əmək”
ordeni ilə bu statutun 1-ci maddəsində göstərilən
şəxslər müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
Azərbaycan
Respublikasının “Əmək” ordeni döşün sol tərəfinə,
Azərbaycan Respublikasının digər orden
və medalları olduqda, “Vətənə
xidmətə görə” ordenindən sonra
taxılır.
Azərbaycan.-
2017.-27 yanvar.- S.2.