Azərbaycan Respublikasının
“Əmək” ordeninin təsviri
Azərbaycan Respublikasının
2016-cı il 29 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir
Maddə 1. Ordenin
ümumi təsviri
1.1. Azərbaycan
Respublikasının “Əmək”
ordeni (bundan sonra - orden) daxili diametrinin içərisində hər
bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduz
yerləşən bütöv
ayparadan ibarətdir.
1.2. Ordenin
1-ci dərəcəsi qızıldan,
2-ci dərəcəsi gümüşdən,
3-cü dərəcəsi bürüncdəndir.
Maddə 2. Ordenin
ön tərəfi
2.1. Ayparanın xarici diametri 38 mm, daxili diametri 30 mm-dir. Ayparanın aşağı
hissəsinin mərkəzində
dairə boyunca
“ƏMƏK” sözü yazılmışdır.
“ƏMƏK” sözü basma üsulu ilə ayparanın daxilində həkk olunmuşdur.
2.2. Hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduzun
üzərində milli
ornamentləri əks etdirən naxışlar həkk olunmuşdur. Səkkizguşəli ulduzun üzərində
həkk olunmuş naxışlar relyeflidir.
Səkkizguşəli ulduzun üz
səthi qabarıqdır.
2.3. Ordenin qalınlığı 4 mm-dir.
Maddə 3. Ordenin
arxa tərəfi
Ordenin arxa tərəfi hamar səthlidir, səkkizguşəli ulduzun
mərkəzində ordenin
seriyası və nömrəsi həkk olunmuşdur.
Maddə 4. Ordenin
elementləri
4.1. Orden paltarın yaxasına bərkidilmək üçün
elementi olan, üst və alt hissəsi 30 mm x 3,5 mm ölçüdə
metal lövhədən, orta
hissəsi 25 mm x 45 mm ölçüdə
xara lentdən ibarət düzbucaqlı lövhəyə iki halqa və ilgək
vasitəsilə birləşdirilir.
Xara lent Azərbaycan Respublikasının Dövlət
bayrağının rənglərinə
uyğun mavi, qırmızı və yaşıl rəngli bərabər şaquli zolağa bölünmüşdür.
4.2. Ordenə paltarın
yaxasına bərkidilmək üçün
elementi olan, eyni xara lentdən üz çəkilmiş 25 mm
x 9 mm
ölçüdə qəlib əlavə edilir.
Qəlibin üzərinə hər bir
guşəsi alov simvolunu
əks etdirən səkkizguşəli ulduz
şəklində kiçik metal lövhə bərkidilir.
Azərbaycan.-
2017.-27 yanvar.- S.2.