Azərbaycan-Pakistan əməkdaşlığı ən
yüksək səviyyədədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Said Xan Mohmandın etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Said Xan Mohmand fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Said Xan Mohmand etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət
etdi.
Dövlətimizin başçısı
Pakistan Prezidenti Məmnun
Hüseynin və Baş nazir Məhəmməd Nəvaz
Şərifin Azərbaycana
uğurlu rəsmi səfərlərini və
bu səfərlər zamanı keçirdiyi görüşləri məmnunluqla
xatırlayaraq ölkələrimiz
arasında münasibətlərin
inkişaf etdiyini və əməkdaşlığımızın
ən yüksək səviyyədə olduğunu
vurğuladı. Azərbaycan
ilə Pakistan arasında
ikitərəfli əlaqələrin,
beynəlxalq təşkilatlar
çərçivəsində birgə fəaliyyətin,
qarşılıqlı dəstəyin
məmnunluq doğurduğunu
qeyd edən Prezident İlham Əliyev ölkəmizin
Pakistan ilə qardaşlıq
əlaqələrini bundan
sonra da inkişaf etdirməkdə
maraqlı olduğunu dedi.
Səfir Said Xan Mohmand Pakistan Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz
Şərifin ən xoş arzularını Prezident İlham Əliyevə çatdırdı. Said Xan Mohmand Pakistan xalqı tərəfindən
Azərbaycanın inkişafının
bir nümunə kimi qəbul olunduğunu bildirərək
bu inkişafda ulu öndər Heydər Əliyevin müstəsna rolunu qeyd etdi və
bu uğurlu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğuladı.
Səfir Said Xan Mohmand, həmçinin əminliyini ifadə etdi ki, əsası
ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan
və Prezident İlham Əliyevin daha da möhkəmləndirdiyi
ikitərəfli münasibətlərimiz
bundan sonra da inkişaf edəcək. Qarşılıqlı səfərlərə toxunan Said Xan Mohmand Pakistan Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin Azərbaycana səfərlərinin
ikitərəfli əlaqələrimizin
inkişafında xüsusi
rolunu qeyd etdi.
Səfir Prezident
İlham Əliyevin Pakistana səfərinin ölkəsində səbirsizliklə
gözlənildiyini dedi.
Prezident İlham
Əliyev Pakistan Prezidenti
Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Pakistan
Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş
etdi.
Görüşdə
ölkələrimiz arasında iqtisadi, sərmayə
qoyuluşu, idxal-ixrac
və digər sahələrdə əməkdaşlığın
perspektivləri ilə bağlı məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
Azərbaycan.-
2017.-27 yanvar.- S.1.