Heydər Əliyevin düşməndən geri aldığı kəndə İlham Əliyev qayıdışı təmin etdi

 

Böyük Qayıdış”a start verildi

 

Çox şükür, nəhayət, bu günü gördük!

Jurnalist üçün düşməndən geri alınmış kəndə həmvətənlərinin geriyə qayıdışından yazmaqdan böyük peşə sevinci olarmı?

Təsəvvürə gətirmək mümkün deyil!

Axı bu günü qədər gözləmişik: həsrətlə, ağrı-acılarla, ümid ümidsizliklə, hətta bəzən qəzəblə!

Amma həmişə inanmışıq ki, ulu öndər Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edəcək!

Bu gün əminik ki, Heydər Əliyevin başa çatdıra bilmədiyi işləri Prezident İlham Əliyev uğurla davam etdirərək gözlənilən istənilən nəticəyə nail olacaq!

Xalq heç zaman inamında sevgisində səhv etmir!

Cənab İlham Əliyevin 24 yanvar 2017-ci ildə imzaladığı sərəncamda deyilir: “Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da tarixən burada yaşamış dinc əhalinin öz doğma yurduna qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır”.

Bu məqsədlə dövlət başçısı Prezidentin Ehtiyat Fondundan ilkin olaraq dörd milyon manat ayırmış, zəruri tapşırıq göstərişlərini vermişdir!

Bu həm Böyük Qayıdış”a start verilməsi deməkdir!

Gözün aydın, Vətən, ən böyük istəyin gerçəkləşir!

Gözün aydın, məcburi köçkün qardaşım bacım, həsrətinə son qoyulmasına başlanır!

Gözün aydın, Azərbaycan, gücün nüfuzun öz bəhrəsini verir!

 

Münaqişənin gedişində yeni mərhələ

 

Əslində buQayıdış”ın başlanğıcıQurtuluş”da qoyulub!

Həm gördük ki, həqiqi rəhbərindən ayrı düşən xalqın başına hansı müsibətlər gəlir ( ya gətirilir)!

Xalqın arzu tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyev uğursuzluqlar silsiləsinə son qoydu. Öz zəkası, nüfuzu, iradə qətiyyəti ilə xalqı səfərbərliyə almağı, hadisələrin inkişafını düzgün məcraya yönəltməyi bacardı!

Hətta müharibənin gedişində dəyişikliyə nail oldu. Onun rəhbərliyi ilə 1994-cü ilin yanvarında Füzuli rayonunda ilk uğurlu hərbi əməliyyat keçirildi. Nəticədə Horadiz qəsəbəsi 22 kənd işğaldan azad edildi!

Bu dönüşü görən düşmən atəşkəs müqaviləsini imzalamağa məcbur oldu!

Azad olunan kəndlər sırasında Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi vardı!

Doğrudur, həmin dövrdə insanların kəndə qayıdışı, təhlükəsiz yaşayışının təmini mümkün deyildi. Strateji yüksəkliklər düşmən əlində qaldığından yaşayış məntəqəsi daim atəş altında idi. Ermənilər isə dinc sakinləri, xüsusən qadınları uşaqları güllə hədəfi seçməkdənzövqaldıqlarından insanların təhlükəsiz yaşaması qeyri-mümkün idi. Yalnız bircə ailə bütün qorxu təhlükələrə üstün gələrək Cocuq Mərcanlını tərk etmirdi.

Tezliklə onların qonşularının həmkəndlilərinin sayı artacaqdır!

Kəndin kəndlilərin təhlükəsizliyini normal yaşayışını isə Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı cənab İlham Əliyev etdi!

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin maraqlarını qətiyyət prinsipiallıqla qoruyaraq dövlət başçısının diplomatiya ordu quruculuğu, Azərbaycanın iqtisadi qüdrətinin siyasi nüfuzunun durmadan yüksəldilməsi sahəsində gördüyü işlər uğurlu nəticələrini verir.

İlham Əliyev münaqişənin gedişində yeni mərhələnin başlanmasına - məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasına nail oldu!

 

Düşmən qazdığı quyuya düşdü

 

Ötən ilin aprel ayının lap əvvəllərində Ermənistanın işğalçı ordusu növbəti dəfə atəşkəsi pozaraq Azərbaycan tərəfini təxribata çəkməyə, “öz gücünügöstərməyə can atdı. Təmas xəttindəki döyüş bölgəsinə yaxınlıqdakı kəndlər top, mina, tank qradatəşinə tutularaq mülki əhaliyə ciddi ziyan vuruldu. Nəticədə 100-dən çox ev tamamilə dağıdıldı, 500-dən artıq evə isə ziyan dəydi.

Düşmən qazdığı quyuya düşdü.

Azərbaycan Ordusu əks-həmlə ilə Ermənistan ordusuna elə bir toy tutdu ki, səsi indi qulaqlarından çəkilməyib. Serj Sarkisyanın lovğalıqla təriflədiyidağılmaz istehkamlaralınmaz səngərlərqısa müddətdə darmadağın edildi!

Güclü erməni ordusu”nun mifdən başqa bir şey olmadığı, Azərbaycan əsgəri qarşısında bir saat belə duruş gətirə bilmədiyi əyani şəkildə göründü!

Nəinki işğal edilmiş yeddi rayondan Dağlıq Qarabağdan, hətta Ermənistandan da köç başladı: işğal ərazilərində yaşayanlar qorxularından, Ermənistandakılar isə övladlarını orduda xidmətdən yayındırmaq üçün qaçırdılar!

Gedənlər heç geri dönmək niyyətində deyillər. Çünki yaxşı bilirlər ki, indi yaşadıqları torpaqların sahibi var əsl sahiblər qayıdacaqlar!

artıq qayıdırlar!

Prezident İlham Əliyevin 24 yanvar tarixli sərəncamı isə həmin qayıdışın başlanğıcı, ilkidir!

 

Biz öz torpaqlarımıza qayıdırıq

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının ötən əsrin doxsanıncı illərinin əvvəllərində qəbul etdiyi dörd məlum qətnamə əsasında həll edilməlidir!

Lakin dünyanın ən nüfuzlu qurumu həmin qətnamələri yerinə yetirib, öz nüfuzunun qayğısına qalıb!

Dağlıq Qarabağ problemi ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə nizamlanmalıdır!

Həmsədr dövlətlər (ABŞ, Rusiya Fransa) nəinki münaqişəni çözüblər, əksinə, hərəsi bir formada işğalçı Ermənistana yardım göstərib yenə dəstəkləməkdədir!

Azərbaycan isə münaqişənin sülh yolu ilə, BMT Təhlükəsizlik Şurasının yuxarıda xatırladılan qətnamələri, habelə beynəlxalq hüququn norma prinsipləri əsasında həllinə tərəfdardır.

Münaqişəni dövlətin bir nömrəli problemi elan edən cənab İlham Əliyev onun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır dayanmadan siyasi, iqtisadi, diplomatiya sayəsində prinsipial qətiyyətli fəaliyyət göstərir. Eyni zamanda ordu quruculuğu məsələlərinə xüsusi diqqət qayğı göstərir. Məhz bunun nəticəsidir ki, Azərbaycan Ordusu qısa müddətdə dünyanın ən güclü orduları səviyyəsinə yüksəlmişdir!

Dördgünlük aprel döyüşləri zamanı bunu təkcə düşmən tərəfi deyil, bütün dünya gördü bildi!

O cümlədən Ermənistanın havadarları da aprel zəfərinin şahidi oldular!

İşğaldan yenicə azad edilmiş Lələtəpə yüksəkliyinə gedən Ali Baş Komandan cənab İlham Əliyev oradan bütün dünyaya öz mesajını verdi: “Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik edəcəyik. Bu, bizim əzəli torpağımızdır, tarixi torpağımızdır biz bu gün hələ işğal altında olan bütün torpaqlarımıza qayıdacağıq”.

Sözünün sahibi olan Ali Baş Komandan artıq dediklərini həyata keçirir.

Biz öz torpaqlarımıza qayıdırıq!

 

Qayıdışın mübarək, Azərbaycan!

 

Qayıdış Azərbaycan xalqına sevinc fərəh, Ermənistanın kriminal rəhbərliyinə isə fəlakət bəxş edəcəkdir!

Artıq ağıllanmağa başlayan erməni xalqı bu müharibənin onlara yalnız ölüm, fəlakət, yoxsulluq köləlik gətirdiyini anlayır!

müstəqil Ermənistan var, ölkəyə uzun illər fayda gətirən transmilli layihələr, millətin xoş gələcəyi...

ArtıqQarabağ kartıilə Ermənistan rəhbərliyinə gələnQarabağ klanı”nın üzü hamıya bəllidir. Bunu ötən ilin noyabrında Bakıya gələn, Xocalı soyqırımı abidəsini ziyarət edərək Azərbaycan xalqından üzr istəyən erməni ictimai-siyasi xadimləri - Vaha Avetyan, Vaan Martirosyan, Suzanna Caqinyan digərləri etiraf etdilər!

Bəli, İlham Əliyevin yeritdiyi müdrik uzaqgörən siyasət Ermənistanı da, onun ağılsız rəhbərliyini rəzil duruma salıb! Doğrudur, hələ ki erməni xalqı kriminal rəhbərliyi hakimiyyət kürsüsündən süpürüb ata bilməyib! Serj Sarkisyanın bütün yalan vədləri isə puça çıxıb, özü nüfuzdan düşüb!

İndi Ermənistan onun marionet rəhbərliyi məhvolma ilə sülh arasındadır!

Azərbaycan Prezidentinin başladığıBöyük Qayıdış”ın başlanğıcı isə bu prosesi daha da sürətləndirəcəkdir!

Bəli, məcburi köçkünlərin ən böyük arzusu reallığa çevrilir!

Bu, bütövlükdə Azərbaycan xalqının arzusudur!

Bu, müstəqil Azərbaycanın tarixi nailiyyətidir!

Bu, rəhbəri sərkərdəsi cənab İlham Əliyev olan Azərbaycanın siyasi, iqtisadi, ordu quruculuğu diplomatiya sahəsindəki uğurlarının məntiqi yekunudur!

Qayıdışın mübarək, Azərbaycan!

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2017.-27 yanvar.- S.1.