Yeni iqtisadi islahatlar kursu dayanıqlı inkişafın təminatçısıdır

 

Sahibkarlığın inkişafını təmin edən mütərəqqi vergi strategiyası islahatların səmərəli nəticələrinə etibarlı zəmin yaradır

 

Ölkə iqtisadiyyatının inkişaf tempinə uyğun olaraq son illərdə vergi sisteminin təkmilləşdirilməsi, vergi ödəyicilərinə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, inzibatçılığın müasir tələblər səviyyəsində qurulması və digər istiqamətlərdə mühüm nailiyyətlər əldə edilib. Bütün bunların nəticəsi olaraq vergi ödəyicilərinə göstərilən xidmətlərin çeşidi və keyfiyyəti yüksəlib, müasir informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətləri əsasında reallaşdırılmış elektron xidmətlər fizikihüquqi şəxslərin işini asanlaşdırıb, ölkədə biznes mühitinin liberallaşdırılmasına imkan yaranıb.

Son illər dünya maliyyə və enerji bazarlarında yaranmış iqtisadi böhranın təsirləri, dünya iqtisadiyyatının yeni tsiklə daxil olması qlobal iqtisadi artımın və tələbatın zəifləməsinə gətirib çıxarıb. İnkişaf etməkdə olan bir çox dövlətlərin iqtisadiyyatı ixrac gəlirlərinin əhəmiyyətli azalması, xarici borclar və öhdəliklər üzrə valyuta ödənişlərinin artması, tədiyyə balansında irihəcmli kəsirin yaranması kimi çətin problemlərlə üz-üzə qalıb. Yaranmış yeni situasiyada hər bir hökumət daxili istehsalı qorumağa, onun inkişafını dəstəkləməyə, alternativ ixracı artırmağa cəhd edir. Belə bir şəraitdə iqtisadiyyatın mühüm tənzimləmə mexanizmi olan vergi alətlərindən daha fəal istifadə zərurəti ortaya çıxır.

2017-ci il Azərbaycan sahibkarları üçün 2 mühüm yeniliklə başlayıb. Bunlardan birincisi vergi qanunvericiliyinin əsaslı şəkildə təkmilləşdirilməsi, digəri vergi borcları üzrə yığılmış faiz və maliyyə sanksiyalarına vergi amnistiyasının tətbiqidir.

 

Vergi Məcəlləsinə dəyişikliklər - özəl sektorun inkişafına təkan

 

Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanaraq 2017-ci ilin yanvar ayının 1-dən qüvvəyə minmişVergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun son illər ərzində vergi qanunvericiliyində həm həcm, həm də mahiyyət baxımından ən böyük dəyişikliklər hesab edilə bilər. Mahiyyət etibarilə vergi siyasətində ciddi dəyişikliklər olacağı hələ 2016-cı ilin ortalarında bəyan edilmişdi. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2016-cı il tarixli “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” sərəncamı vergi qanunvericiliyində və inzibatçılığında əsaslı dəyişikliklər olacağına, dövlətin yeni iqtisadi kursuna uyğun olaraq daha çox sahibkarlığın, xüsusilə də kiçikorta biznesin dəstəklənməsinə yönələcəyinə, vergi yükünün aşağı salınacağına, eyni zamanda vergitutma bazasının genişlənməsi istiqamətində vergi mexanizmlərinin tətbiq ediləcəyinə diqqət çəkirdi.

Vergi Məcəlləsinə və bir sıra digər qanunlara edilmiş son dəyişikliklər 2017-ci ildən vergi sahəsində münasibətlərin əsaslı şəkildə dəyişməsinə gətirib. Bu dəyişikliklər arasında əsasən aşağıdakıları qeyd etmək olar: biznes mühiti üçün şərtlər yumşaldılıb, vergi yükü bir sıra sahələrdə aşağı salınıb, vergi ödəyicilərinin hüquqları artırılıb. Vergi nəzarətinin tətbiq dairəsi genişləndirilib, vergi uçotu ilə bağlı şərtlər sərtləşdirilib, nağdsız əməliyyatların həcminin artırılması məqsədilə pul dövriyyəsinin tənzimlənməsinə, eləcə də bankların likvidliyinin və bilavasitə vergi mühitinin cəlbediciliyinin artırılmasına vergi alətləri vasitəsilə təsirlər müəyyən edilib.

Vergi dəyişiklikləri, ilk növbədə, ölkənin fəal fiskal siyasət həyata keçirməsinin göstəricisi olmaqla, eyni zamanda qeyri-neft sektorunun və sahibkarlıq subyektlərinin dəstəklənməsi vasitəsilə Azərbaycanı qlobal proseslərin təsirindən qorunmağa hesablanıb. Xüsusilə mühümdür ki, hökumətin aktiv vergi siyasəti milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin qəbulu ilə eyni zamanda həyata keçirilməyə başlanıb. Bu vergi siyasətinin hökumətin iqtisadi proseslərə çevik adaptasiyasının göstəricisidir və eyni zamanda postneft dövründə əsas büdcə yükünü neft gəlirlərinin üzərindən real sektora keçirməyə hesablanan prioritetləri özündə əks etdirir.

 

Vergi yükü aşağı salınır

 

Vergi Məcəlləsinə edilmiş 201 dəyişikliyin 8-i vergi yükünün azaldılması və ya vergi güzəştləri və vergidən azadolmalarla bağlıdır. Güzəştlərin bir hissəsi daxili istehsalsosial təminat sahəsində çalışan qurumlara verilib ki, bu da son nəticədə həmin sahələri əlavə fiskal yükdən azad etmək məqsədi daşıyır. Digər güzəştlər son bir ildə ağır maliyyə vəziyyəti ilə üzləşmiş bank sektorunun vergi yükünü qısmən yüngülləşdirmək, eyni zamanda bank əmanətlərinin gəlirliyinin artırılmasını təmin etmək məqsədi güdür.

Daha mühüm bir dəyişiklik uzun müddət pərakəndə ticarət sektorunun əsas problemlərindən biri olan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması ilə bağlıdır. Bu məsələ vergi orqanları ilə vergi ödəyiciləri arasında ciddi fikir ayrılıqlarına gətirsə də, hökumət sonda bu məsələdə də sahibkarların mənafeyinə doğru addım ataraq pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar tərəfindən Azərbaycanda istehsal edilmiş kənd təsərrüfatı məhsullarının satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanmasına razılaşıb. Bu həmin məhsulların pərakəndə satış qiymətində bahalaşmasının qarşısının alınmasına da təsir göstərir və nəticə etibarilə son istehlakçıya yönələrək sosial əhəmiyyət daşıyır.

 

Vergi uçotu şəffaflaşdırılır

 

Vergi Məcəlləsinə dəyişikliklərin 123-ü vergi inzibatçılığının, o cümlədən vergi uçotunun təkmilləşdirilməsi və şəffaflaşdırılması ilə bağlıdır. Mahiyyət etibarilə bu dəyişikliklər olduqca mühüm əhəmiyyət daşıyır. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, sahibkarlıq fəaliyyəti subyektləri arasında malların, işlərin və xidmətlərin təqdim edilməsi zamanı elektron qaimə-faktura tələb olunacaq. Bu dəyişikliyə səbəb mal, və xidmətlər üzrə əməliyyatların rəsmiləşdirilməsi sahəsində mövcud olan vergidən yayınma hallarının qarşısının alınması məqsədini daşıyır.

Sahibkarlıq fəaliyyəti subyektləri öz işləri ilə bağlı bütün əməliyyatlarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada qaimə-faktura, elektron qaimə-faktura və yae-VHF” ilə rəsmiləşdirməlidirlər. Təcrübədə bəzi sahibkarlıq subyektləri öz xərclərini həmin sənədlərlə deyil, qəbzlər və çeklərdən istifadə etməklə rəsmiləşdirirlər. Belə halların qarşısının alınması məqsədilə Vergi Məcəlləsinə gəlirdən çıxılan xərclər müəyyən edilərkən alınmış qəbzlərin və çeklərin nəzərə alınmamasına dair maddə də daxil edilib.

Elektron qaimə-fakturanın tətbiqi sahibkarların xərclərini təsdiqləyən sənədlər əldə etməsini asanlaşdıracaq, eyni zamanda vergi orqanları ilə yaranan mübahisələrin əsaslı şəkildə azalmasına və şəffaflığın təmin edilməsinə imkan verəcək. Proses müəyyən vaxt tələb edirbu səbəbdən dövriyyəsi 200.000 manatdan yuxarı olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün e-qaimə fakturanın tətbiqi 1 aprel 2017-ci ildən başlanacaq. Digər kiçik sahibkarlıq subyektləri üçün daha uzun müddət müəyyən edilibonlar 2018-ci ildən başlayaraq malların, işlərin və xidmətlərin alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara elektron qaimə-faktura təqdim etməlidirlər.

Qaydaların pozulması ciddi maliyyə sanksiyaları yarada bilər. Qanunverciliyə malların alışını təsdiq edən qaimə-faktura, elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdiyinə görə alınmış malların 10 faizi, ikinci dəfə yol verdiyinə görə 20 faizi, üçdaha çox dəfə yol verdiyinə görə 40 faizi miqdarında maliyyə sanksiyasının tətbiqini nəzərdə tutan maddə əlavə edilib.

Uçot sisteminin şəffaflaşdırılması ilə bağlı Vergi Məcəlləsinə daha bir dəyişiklik iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydalarının müəyyən edilməsi ilə bağlıdır. Nəzərdə tutulur ki, yeni qaydalar sənədləşdirmə işlərinin aparılması sahəsində boşluqları tamamilə aradan qaldıracaq və sahibkarlıq subyektlərinin xərclərini sənədləşdirməklə bağlı problemləri qalmayacaq. Hazırda Vergilər Nazirliyi bu qaydaların hazırlanması ilə məşğuldur.

 

Vergitutma bazasının genişləndirilməsi başlıca hədəflərdəndir

 

Məcəlləyə dəyişikliklərin mühüm bir qrupu vergitutma bazasının genişləndirilməsi ilə bağlıdır. İlk dəfə olaraq vergi qanunvericiliyində indiyədək vergi nəzarətinin aparılmadığı və ya daha zəif aparıldığı sahələr üzərində nəzarət mexanizmləri qurulub. Bunların sırasında güzəştli vergi tutulan ölkələrdə və ya ofşor zonalarda yaradılmış müəssisələrlə aparılan əməliyyatlara nəzarət mexanizmlərinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Bu əməliyyatların vergitutmaya cəlb edilməsi hazırda dünyada vergi sahəsində gedən əsas proseslərdən biridir. Belə aydın olur ki, Azərbaycan da dünya trendlərinə uzlaşmaq qərarına gəlib. Maliyyə məlumatlarının avtomatik mübadiləsinə dair OECD-nin müvafiq forumunun üzvü olan Azərbaycan belə əməliyyatlar üzrə məlumatları əldə etmək üçün texniki imkanlar əldə edib və beləliklə, həmin əməliyyatların nəzarətə alınmasına şərait yaranıb. Məcəlləyə edilmiş dəyişikliklərə görə, güzəştli vergi tutulan ölkələrdə qeydiyyatdan keçmiş subyektlərə rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşaya dolayısı ilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlirlərə aid ediləcək. Bu isə o deməkdir ki, həmin ödənişlərdən ödəmə mənbəyində əlavə 10 faiz dərəcə ilə vergi tutulacaqdır. Bundan başqa, rezident vergi ödəyicilərinin ölkə hüdudlarından kənarda, o cümlədən ofşorlarda təsis edilmiş vergi ödəyiciləri ilə apardıqları əməliyyatlara nəzarətin təmini məqsədilə belə gəlirlərə transfer qiymətlər tətbiq olunacaq.

Daha bir mühüm məsələ rəqəmsal iqtisadiyyat çərçivəsində aparılan əməliyyatların vergiyə cəlb olunmasıdır. Bu, beynəlxalq vergitutmada aparılan son yeniliklərdən biridirmilli qanunvericilikdə dəyişikliklərin mütərəqqi xarici təcrübəyə köklənməsinin göstəricisidir. Qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərə əsasən, elektron ticarət qaydasında qeyri-rezidentlərdən işlərin və xidmətlərin təqdim edilməsinə görə ƏDV alıcının olduğu yerdə tətbiq olunacaq. Elektron xidmətlər sahəsi ölkəmizdə yeni təşəkkül tapsa da, sürətlə artmaqda olan sektordurgüman ki, yaxın gələcəkdə əsaslı mənbə kimi çıxış etməyə başlayacaqdır.

Vergi Məcəlləsinə edilmiş növbəti mühüm yenilik kiçik sahibkarlıq subyektlərinə patent sisteminin tətbiqidir. Bu barədə müzakirələr uzun müddət aparılıb və nəhayət, patent sisteminə aid ediləcək fəaliyyət sahələri və sahibkarlıq subyektləri müəyyən edilib. Söhbət ölkəmizdə fərdi əməklə məşğul olan böyük kateqoriya vətəndaşlardan gedir. Belə adamların çoxu kiçik gəlirlərə malik şəxslərdir. Onların vergi uçotuna alınması, fəaliyyətləri üzərində nəzarətin qurulması həm həmin şəxslərin özü, həm də vergi orqanları üçün izafi inzibatçılıq xərcləri deməkdir. Bu baxımdam prosesi sadələşdirmək və əlavə xərcləri aradan qaldırmaq məqsədilə qanunvericiliyə sabit vergi anlayışı daxil edilib. Sabit vergi kiçik həcmdə gəlirlərə malik olan, fərdi foto, audio-video xidmətləri göstərən, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri ilə məşğul olan, fərdi yaşayış evlərində qulluqçuluq, sürücülük edən və s. analoji işlərlə məşğul olan şəxslərə tətbiq ediləcək. Bu cür fəaliyyətlə məşğul olan fiziki şəxslər vergi öhdəliklərini bəyannamə təqdim etmədən, kiçik sabit məbləğ ödəməklə həyata keçirəcəklər. Məcəlləyə həmin fəaliyyət növlərinin siyahısı və verginin dərəcələri də daxil edilib.

 

Nağdsız hesablaşmalar daha da genişləndirilir

 

Vergi Məcəlləsində dəyişikliklər və “Nağdsız hesablaşmalar haqqında” qanunun qəbulu sahibkarlar üçün yeni tələblər yaradıb. Ölkəmizdə nağd ödənişlərə məhdudiyyətlərin müəyyən edilməsi zərurəti çoxdan müzakirə edilsə də, bu il real çərçivələrə salındı. Bunlardan biri, ödəmələrin, xüsusilə müxtəlif vergi və rüsumların, dövlət və sosial ödəmələrinin, həmçinin ortairi vergi ödəyicilərində ödənilən əməkhaqlarının nağdsız qaydada həyata keçirilməsinə dair tələblərdir. Bundan başqa, ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən hesablaşmaların nağd qaydada aparılmasının ay ərzində 30 min manatadək, digər vergi ödəyiciləri tərəfindən isə ay ərzində 15 min manatadək məhdudlaşdırılmasıdır. Həmçinin banklardan nağd pul vəsaitlərinin çıxarılmasının məhdudlaşdırılması məqsədilə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə banklarpoçt rabitəsinin milli operatorları tərəfindən 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi tutulacaqdır. Burada xüsusilə vurğulamaq lazımdır ki, qanunda nağd pul vəsaitlərinin bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcə ilə sadələşdirilmiş verginin tutulması vətəndaşlara deyil, yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə tətbiq olunacaqdır.

Beləliklə, bu mühüm dəyişikliklər sahibkarlıq subyektlərini öz əməliyyatlarının böyük bir qismini nağdsız qaydada aparmasına məcburi tələblər qoyur. Bu isə şübhəsiz, dövriyyələrin şəffaflaşması və vergitutma bazasının genişləndirilməsi üçün olduqca mühümdür.

 

Vergi amnistiyası özəl sektorun mənafeyinə xidmət edir

 

Vergi qanunvericiliyinə edilmiş bu və digər dəyişikliklərin vergi amnistiyası ilə eyni vaxta təsadüf etməsi sahibkarların fiskal yükünün əhəmiyyətli şəkildə azalmasına, maliyyə vəsaitlərinin səfərbər edilməsinə və iqtisadi fəaliyyətin artmasına gətirəcək. Bu baxımdan, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun vergi ödəyicilərinin uzun illər yığılıb qalan böyük miqdarda faiz borclarının və bəzi maliyyə sanksiyalarının tam silinməsini, digər maliyyə sanksiyalarının isə müəyyən şərtlər daxilində silinməsini nəzərdə tutur. İndiyədək 70 minədək vergi ödəyicisinin 750 milyon manata yaxın vergi borcları silinib ki, bu da sahibkarlar üzərindən böyük fiskal ağırlığın qaldırılması, həmin vəsaitlərin iqtisadi dövriyyəyə daxil olması deməkdir və şübhəsiz, sahibkarların maliyyə durumunun sağlamlaşdırılmasına gətirəcəkdir.

Ümumilikdə vergi qanunvericiliyində aparılmış son dəyişikliklər, eləcə də vergi xidmətində son bir neçə ayda həyata keçirilmiş islahatlar bu sahədə ciddihiss olunacaq transformasiyaya gətirəcəkdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin yeni iqtisadi siyasətinə uyğun olaraq 2017-ci il ölkədə sahibkarlığın, kiçikorta biznesin sürətli inkişaf dövrünə çevrilməsi, qloballaşmanın gətirdiyi kənar təsirlərin Azərbaycanın iqtisadi inkişaf proseslərinə təsirinin tamamilə aradan qaldırılması, iqtisadiyyatın diversifikasiyası prosesinin dərinləşməsi ilə yadda qalacaq.

 

Şahsultan HƏSƏNOV,

Rusiya Federasiyasının Prezidenti yanında

İdarəçilik və Dövlət Qulluğu Akademiyasının magistri

 

Azərbaycan.- 2017.-27 yanvar.- S.5.