“Şimal-Cənub nəqliyyat dəhlizi” Azərbaycana və bütün dünyaya lazımdır

 

Prezident İlham Əliyev: “İndi biz bu böyük layihənin işə düşməsi ilə bağlı əlavə təşəbbüslər irəli sürmüşük ki, bu prosesi sürətləndirək”

 

“Şimal-Cənub nəqliyyat dəhlizi”nin işə salınması ilə Azərbaycanın tranzit ölkə kimi statusu daha da möhkəmlənəcək. Keçən il bu layihə çərçivəsində həyata keçirilən tədbirlər xüsusilə yaddaqalandır. Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev həm giriş, həm də yekun nitqində bu nəqliyyat dəhlizinin reallaşdırılması ilə bağlı məsələlərdən geniş bəhs etmişdir.

Dövlət başçısı ötən il görülmüş işlər barədə demişdir: “Şimal-Cənub dəhlizi”nin yaradılması istiqamətində çox ciddi addımlar atılmışdır.  Keçən ilin yaz aylarında mən göstəriş vermişdim ki, bu ilin sonunadək bizim dəmir yolumuz İran sərhədinə qədər çatdırılmalıdır və artıq biz buna nail olduq. Təqribən 7-8 ay ərzində çatışmayan o hissəni inşa etdikondan əlavə, Astaraçay üzərində körpünübiz tikdik və istifadəyə verdik. Yəni Azərbaycan “Şimal-Cənub dəhlizi” ilə bağlı öz üzərinə düşən vəzifəni cəmi 8 ay ərzində yerinə yetirdi”.

Xatırladaq ki, “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında” saziş Rusiya, İranHindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində imzalanıb və 2002-ci il mayın 21-də qüvvəyə minib. Sonralar bu sazişə Belarus, Bolqarıstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Ukraynabir sıra digər ölkələr də qoşulub və beləliklə, layihə tərəfdaşlarının sayı xeyli artıb. 2005-ci il sentyabrın 20-də qüvvəyə minmiş qanunla bu sazişə Azərbaycan da qoşulub.

Keçən il Astaraçay üzərində Azərbaycanla İranın dəmir yollarını birləşdirməyə imkan verən dəmir yolu körpüsünün, Astara stansiyasından sərhədədək dəmir yolunun tikintisinin təməlinin qoyulması və inşaat işlərinin qısa zaman ərzində başa çatdırılması həqiqətən önəmli hadisələr idi. Bu körpünün və dəmir yolu xəttinin çəkilməsi “Şimal-Cənub nəqliyyat dəhlizi”  layihəsinin reallaşması tarixində uğurlu addım sayılır. Bu, Azərbaycanın “Asiya-Avropa körpüsü”nə çevrilməsi istiqamətində mühüm irəliləyişdir.

“Şimal-Cənub nəqliyyat dəhlizi”, ümumiyyətlə, regionun təhlükəsizliyinin və iqtisadi maraqlarının təmin olunması baxımından böyük əhəmiyyət daşıyır. Nazirlər Kabinetinin sözügedən iclasında deyildiyi kimi: “Bu, həm bizə, həm qonşu ölkələrə, bütün dünyaya lazımdır. Bu layihənin icrası nəticəsində Hindistandan, Pakistandan gələn yüklər Azərbaycan ərazisindən İrana, Rusiyaya, Şimali Avropaya və əks istiqamətə gedəcəkdir. Bu, böyük nəqliyyat hərəkatına gətirib çıxaracaq. Milyonlarla ton yük ərazimizdən keçəcək və minlərlə yeri yaradılacaq. Biz bu layihənin icrası ilə, eyni zamanda Naxçıvanı da dəmir yolu blokadasından çıxaracağıq. Naxçıvan İran ərazisindən dəmir yolu vasitəsilə Azərbaycanla birləşəcək. Yəni bu, tarixi layihədir və biz bunu qonşu, dost ölkələrlə birlikdə icra edirik”.

 Dəhlizin aktuallığı keçən ilin avqust ayında Azərbaycan, İranRusiya dövlət başçılarının Bakıda keçirilən üçtərəfli Zirvə görüşündə də dönə-dönə vurğulanmışdır. Dövlət başçıları bəyanat və çıxışlarında “Şimal-Cənub dəhlizi”nin gerçəkləşdirilməsi məsələlərinə geniş yer vermişlər.

Zirvə görüşündə Azərbaycan, İranRusiya prezidentlərinin qəbul etdikləri bəyannamədə tərəflər “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi” üzrə sərnişin və yüklərin daşınmasının  həyata keçirilməsində mövcud imkanların genişləndirilməsi məqsədilə nəqliyyat-kommunikasiya infrastrukturlarının inkişafı üçün səmərəli tədbirlər görəcəklərini bildirmişdilər. Sənəddə, həmçinin bəyan edilirdi ki, tərəflər dəhlizin inkişafı və səmərəliliyinin  artırılması çərçivəsində dəmir yollarının birləşdirilməsi üzrə yeni layihələrin qarşılıqlı fayda əsasında həyata keçirilməsinə bundan sonra da töhfə verəcəklər.

Nəqliyyat sektorunda əməkdaşlığın həqiqətən də böyük perspektivləri var. Azərbaycan dünyada yeganə ölkədir ki, həm İran, həm  Rusiya ilə sərhədləri mövcuddur. Hazırda Rusiya ilə Azərbaycan arasında dəmir yolu əlaqəsi var. İndi isə İran sərhədinədək uzanan dəmir yolu, eləcə də təzə tikilmiş körpü dəyərli infrastruktur layihələri kimi “Şimal-Cənub nəqliyyat dəhlizi”nin ayrılmaz tərkib hissələrini təşkil edir.

Nazirlər Kabinetinin iclasında qeyd edildiyi kimi, Azərbaycan sözünə əməl etmiş, dəmir yolu xəttini uzatmış, körpü tikmiş və əlavə tədbirlər də görmüşdür. Dövlət başçısı həmin iclasda bəyan etmişdir: “Bu il bu layihənin maliyyələşməsində də iştirak etməyə hazırıq və bunu bildirmişik. İndi danışıqlar gedir ki, hansı formada Azərbaycan öz maliyyə resurslarını bu layihənin tam icrası üçün səfərbər edə bilər”. 

Başqa sözlə, indi Azərbaycan “Şimal-Cənub nəqliyyat dəhlizi” layihəsinin işə düşməsi ilə bağlı əlavə təşəbbüslər irəli sürüb ki, bu proses sürətlənsin. Çünki    “Şimal-Cənub nəqliyyat dəhlizi” strateji əhəmiyyət daşıyan transmilli bir layihədir. Gələcəkdə bu dəhlizdən həm Azərbaycan, həm də bir çox digər ölkələr istifadə edəcəklər. Dəhlizin çox böyük iqtisadi səmərəsi də olacaq. Digər tərəfdən, bu yol tranzit yüklərin daşınması üçün vaxt baxımından da çox əlverişlidir.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2017.-27 yanvar.- S.6.