“The Washington Times”
Ermənistanın Azərbaycana
təcavüzündən yazıb
ABŞ-da çıxan “The Washington Times” qəzetində avstraliyalı
siyasi şərhçi,
Yaxın Şərq, Avrasiya və postsovet respublikalarında baş verən hadisələrin təhlilində
ixtisaslaşan Castin Emlerin Cənubi Qafqazın geosiyasi reallıqları və
Donald Tramp administrasiyası tərəfindən regiondakı
vəziyyətə yeni
baxışın vacibliyi
barədə məqaləsi
dərc edilib.
Müəllif yazır ki, Azərbaycanın Dağlıq
Qarabağ regionuna görə Ermənistan ilə Azərbaycan arasında dondurulmuş münaqişə ətrafında
vəziyyət ABŞ-ın
xarici siyasəti üçün mühüm
elementlərdən biridir. Ekspert Ermənistanın Azərbaycana
təcavüzündən yazarkən
qeyd edir ki, Ermənistan Azərbaycanın beynəlxalq
səviyyədə tanınmış
ərazisinin 20 faizini işğal edib, etnik təmizləmə aparıb və bu ərazidəki Azərbaycan əhalisini qırıb. ATƏT-in Minsk qrupunun köməyi ilə bir neçə
dəfə razılaşma
əldə etmək cəhdi olub, amma uğursuzluqla nəticələnib. Bu yaxınlarda erməni əsgərləri Ermənistan-Azərbaycan
sərhədini keçərək,
Azərbaycanın mövqelərinə
hücum ediblər.
C.Emler yazır ki, Ermənistan mediası hücumun Azərbaycanın
xüsusi təyinatlı
dəstəsi tərəfindən
olduğunu əsaslandırmağa
çalışaraq, vəziyyəti
təhrif edib və öldürülmüş,
lakin yanında heç bir xüsusi təchizatı olmayan Azərbaycan əsgərinin fotosunu dərc edib.
Bu hadisə
Ermənistanın 2016-cı ilin aprelində təcavüzünün davamı
olub. Onda Azərbaycan ordusu
Ermənistan silahlı
qüvvələrinə müqavimət
göstərib, nəticədə
ərazisinin xeyli hissəsini, o cümlədən
strateji yüksəklikləri
azad edib.
AZƏRTAC
Azərbaycan.- 2017.-27 yanvar.- S.8.