Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsinin əməkdaşlarına fəxri adların
verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Gömrük orqanlarında səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar dövlət qulluqçusu”
Mehdiyev Səfər Məmməd oğlu
“Əməkdar hüquqşünas”
Ələsgərli Fikrət Vahid oğlu
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 yanvar
2017-ci il
Azərbaycan.- 2017.- 28 yanvar.- S. 2.