Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsinin əməkdaşlarına ali
xüsusi rütbələrin verilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əli oğlu Əliyevə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilsin.
2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilsin:
Salayev Baba Hacı-Baba oğlu - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi
Hüseynov İsmayıl Xəlil oğlu - Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 yanvar
2017-ci il
Azərbaycan.- 2017.- 28 yanvar.- S. 2.