Dayanıqlı iqtisadi inkişaf keyfiyyətcə yeni
mərhələyə qədəm qoyub
Ötən il Azərbaycanda iqtisadi islahatların əsas strateji
hədəflərinə uyğun mühüm layihələr həyata keçirilib
Son dövrlərdə istər regionda, istərsə də qlobal iqtisadiyyatda gedən proseslər, mürəkkəb xarici iqtisadi mühit ölkənin makroiqtisadi və maliyyə sabitliyinə öz təsirini göstərməkdədir. Lakin Azərbaycan hökuməti dünya enerji bazarındakı qeyri-sabitlik və digər neqativ proseslərin ölkə iqtisadiyyatına təsirlərinin minimuma endirilməsi istiqamətində mühüm işlər görür.
Yeni dövr üçün
iqtisadi islahatların əsas strateji hədəfləri
Milli iqtisadiyyatın əsas inkişaf istiqamətlərini, iqtisadi təhlükəsizliyini təmin edən Azərbaycan artıq dünya iqtisadi düzənində özünəməxsus mövqeyini müəyyənləşdirib. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən davamlı islahatlar nəticəsində bu gün Azərbaycan dünya iqtisadiyyatında yeni çağırışlara cavab verir. Bu onu göstərir ki, iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir.
Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev qarşıdakı dövr üçün də mühüm vəzifələr müəyyənləşdirdi. Makroiqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması, valyuta ehtiyatlarının qorunması, bank sektorunun sağlamlaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması, “Cənub qaz dəhlizi” layihəsinin icrası, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsinin tikintisinin bu il başa çatdırılması, bölgələrdə sənaye zonalarının təşkilinin davam etdirilməsi bu vəzifələr sırasındadır. Eyni zamanda ölkə rəhbəri tərəfindən kənd yollarının tikintisi, pambıqçılıq, baramaçılıq, tütünçülük, üzümçülük, çayçılıq kimi ənənəvi sahələrin inkişafı, yeni ixrac bazarlarının araşdırılması və ixracın şaxələndirilməsi, emal müəssisələrinin yerli məhsul əsasında fəaliyyət göstərməsi, sosial infrastruktur layihələrinin, ekoloji tədbirlərin və turizmin inkişafı istiqamətində işlərin davam etdirilməsi ilə bağlı tapşırıqlar verilib. Bütün bunlar isə dövlət başçısının göstərişinə əsasən ciddi təhlillər üzərində qurulan, ölkədəki mövcud iqtisadi vəziyyət, həm də qlobal və regional trendlər nəzərə alınmaqla hazırlanan Strateji Yol Xəritəsində öz əksini tapıb.
Keçən il ölkədə
410 sənaye müəssisəsi açılıb, 180-dən
çox ölkə ilə ticarət həyata
keçirilib
İqtisadiyyat Nazirliyinin ötən ildəki fəaliyyəti ilə bağlı kollegiya iclasında nazir Şahin Mustafayev keçən il ölkə iqtisadiyyatında həyata keçirilən proseslər, yeniliklər və qarşıda duran vəzifələrlə bağlı geniş məlumat verib. Statistik məlumatlara nəzər yetirsək görərik ki, siyasi sabitlik, əvvəlki illərdə görülmüş işlər, yaradılmış potensial, həyata keçirilən islahatlar nəticəsində dünya iqtisadiyyatında baş verən hadisələr fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlılığı təmin edilib və qeyri-neft sənayesində məhsul istehsalı 5, kənd təsərrüfatı 2,6 faiz artıb. Ölkə iqtisadiyyatına 11,7 milyard ABŞ dolları həcmində investisiya yatırılıb ki, bunun da 8 milyardı xarici, 3,7 milyard dolları isə daxili sərmayədir. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən isə 2016-cı ildə Azərbaycan 180-dən çox ölkə ilə ticarət həyata keçirib.
Dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, ötən il qeyri-neft sənayesində müasir müəssisələrin yaradılmasının dəstəklənməsi davam etdirilib, 410 sənaye müəssisəsi açılıb, bir sıra sənaye obyektlərinin tikintisinə başlanılıb, sənaye parklarının və zonalarının təşkili işləri davam etdirilib. Sumqayıt Kimya Sənaye Parkının (SKSP) ərazisində infrastruktur işlərinin birinci mərhələsi tamamlanıb. Əczaçılıq sənayesində yerli istehsalın təşkil edilməsi məqsədilə yaradılmış Pirallahı Sənaye Parkında iki dərman istehsalı zavodunun təməli qoyulub. Ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədilə “Azərxalça” ASC tərəfindən 10 rayonda xalça istehsal sahələrinin tikintisinə başlanılıb və artıq Füzuli rayonunun Horadiz qəsəbəsində bir xalça emalatxanası fəaliyyətə başlayıb, daha 9 rayonda isə tikinti işləri bu il ərzində başa çatdırılacaq.
20 rayonda 32 iri fermer təsərrüfatı yaradılıb,
21 rayonda isə 26 aqroparkın yaradılması
təşviq olunur
Böyük ixrac potensialına və ölkəyə valyuta gətirmək imkanına malik olan ənənəvi sahələrin inkişaf etdirilməsi, pambıq sahələrinin genişləndirilməsi, baramaçılıq, üzümçülük, tütünçülük, zeytunçuluq, fındıqçılıq, çayçılıq və digər sahələrin inkişafı məqsədilə qarşıya mühüm vəzifələr qoyulub. Dövlət başçısının müvafiq sərəncamları ilə ölkəmizdə barama, pambıq və tütün istehsalçılarına subsidiya verilməsi qərara alınıb. Ötən il pambıqçılıqla məşğul olan 260-dək fermerə 3,2 milyon manat, tütünçülük sahəsi üzrə isə 30-a yaxın fermerə 220 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 1000-dən çox yeni iş yeri yaradılıb.
Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılması da davam etdirilir. Əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, respublikanın 20 rayonunda 44 min hektaradək sahədə 22 sahibkarlıq subyekti tərəfindən müasir suvarma sistemlərinin tətbiqi ilə 32 iri fermer təsərrüfatı yaradılıb. Ümumi dəyəri 193 milyon manat olan bu təsərrüfatların yaradılmasına 70,5 milyon manat güzəştli kredit verilib.
Mövcud aqroparkların infrastrukturunun təkmilləşdirilməsi, istehsalın genişləndirilməsi, qabaqcıl texnologiyalara əsaslanan emal sahələrinin qurulması, eyni zamanda, yeni aqroparkların yaradılması istiqamətində işlər davam etdirilir.
Dövlət başçısının tapşırığına uyğun olaraq, Xaçmaz və Şəmkir rayonlarında aqroparklar yaradılır. Xaçmaz rayonunda yerləşən Yalama Aqroparkında birinci mərhələ üzrə işlər başa çatdırılıb və 2016-cı ilin sentyabrında Prezident
İlham Əliyevin iştirakı ilə açılışı olub. Aqroparkda payızlıq qarğıdalı üzrə rekord səviyyədə məhsuldarlıq - hər hektardan 156 sentner yüksək keyfiyyətli dənlik qarğıdalı istehsal olunub.
Şəmkir Aqroparkında
tutumu 21,2 min ton olan logistika mərkəzinin tikintisi davam etdirilir. Hazırda ölkənin 21 rayonunda
124 min hektaradək ərazidə
daha 26 aqroparkın yaradılması təşviq
olunur. Bu aqroparklarda müxtəlif istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması
nəzərdə tutulur.
Bu tədbirlər regionlarda ixracyönümlü
və rəqabətədavamlı
məhsul istehsalının
artmasına, sahibkarlığın
inkişafına, əhalinin
məşğulluq səviyyəsinin
yüksəlməsinə əhəmiyyətli
töhfə verəcək.
2016-cı ildə 2477 sahibkara 190 milyon manata yaxın
kredit verilib
Ölkədə özəl sektorun uzunmüddətli və əlverişli şərtlərlə
maliyyə resurslarına
çıxışının təmin olunması üçün Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən
2016-cı ildə 2477 sahibkara
190 milyon manata yaxın kredit verilib. Verilən vəsaitin
63,1 faizi qaytarılan vəsaitlər
hesabına həyata keçirilib. Güzəştli
kreditlərdən istifadə
etməklə sahibkarların
investisiya layihələrinin
reallaşdırılması 8100-dən çox yeni iş yerinin açılmasına imkan
yaradır. İndiyədək
isə 32,7 minə yaxın sahibkarın ümumi investisiya dəyəri 4 milyard manat olan
investisiya layihələrinin
maliyyələşdirilməsinə 2 milyard manatadək güzəştli kredit verilib. 2017-ci ildə
yalnız geri qaytarılan vəsaitlər
hesabına 150 milyon manatadək güzəştli
kreditin verilməsi nəzərdə tutulur.
İndiyədək sahibkarlara investisiya
dəyəri 1 milyard manatdan çox olan layihələr üzrə 91 investisiya təşviqi sənədi
və bu investisiya təşviqi sənədləri əsasında
262 təsdiqedici sənəd
verilib.
İxracın stimullaşdırılmasında xüsusi əhəmiyyət
kəsb edən ixrac təşviqi mexanizmi artıq tətbiq olunur. İndiyədək
bu mexanizm çərçivəsində şərab, pambıq ipliyindən məmulatlar, konservlər, sular, şirələr, fındıq
və digər məhsullar üzrə Rusiya, ABŞ, Çin, Almaniya, Türkiyə,
Belarus və s. ölkələrə
ixrac müqabilində
270 min manata yaxın vəsait sahibkarlara geri ödənilib.
Dövlət başçısının
tapşırığına uyğun olaraq, bu il həmçinin sosial layihələrin icrasına
xüsusi diqqət yetiriləcək, səhiyyə
obyektlərinin, uşaq
bağçalarının tikintisi, eləcə də qəzalı vəziyyətdə olan məktəblərin əsaslı
təmiri və ya tamamilə yenidənqurulması işləri
davam etdiriləcək,
modul tipli məktəblər inşa
olunacaq.
Nazirlər Kabinetinin
iclasında ölkə
iqtisadiyyatının yeni
istiqamətlərini müəyyənləşdirən
dövlət başçısı
vurğulayıb ki, bu il Azərbaycanda makroiqtisadi sabitlik təmin edilməli, inflyasiya birrəqəmli olmalıdır:
“Hesab edirəm ki, biz buna nail olacağıq. Makroiqtisadi sabitlik hər
bir ölkənin iqtisadi dayanıqlılığı
üçün əsas
şərtlərdən biridir.
Ölkəmiz 2017-ci ildə uğurla
inkişaf edəcək.
Bütün sosial proqramlar
icra ediləcək və iqtisadi inkişafla bağlı çox önəmli addımlar atılacaq”.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.-
2017.- 28 yanvar.- S. 1, 3.