"ASAN qatar" yola düşür...
Dəmir yol şəbəkəsinə malik
bütün rayonların
sakinlərinə səyyar
“ASAN xidmət”göstəriləcək
“ASAN xidmət”
Azərbaycanda aparılan
ciddi islahatların təzahürüdür”. Prezident İlham
Əliyevin bu sözləri artıq real
təsdiqini tapıb.
Bu gün milyonların
rəğbətini qazanmış
“ASAN xidmət” həqiqətən
də dövlət xidmətlərinin vətəndaşlar
üçün daha rahat, yeni və
innovativ üsullarla əlçatanlığını təmin etməkdədir.
Burada əsas məqsəd təkcə paytaxt sakinlərinin deyil, region əhalisinin də bu imkanlardan yararlanmasına şərait
yaratmaq və onların məmnunluğuna
nail olmaqdır.
Düzdür, artıq bir neçə rayonda “ASAN xidmət” mərkəzləri
fəaliyyət göstərir. Lakin hələlik
belə mərkəzlərin
sayı yetərli olmadığından ayrı-ayrı
vaxtlarda bölgələrə
səyyar “ASAN xidmət”lər
təşkil edilir.
Bunun üçün Azərbaycan
Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agnetliyi tərəfindən
10 ədəd xüsusi
avtobus ayrılıb.
2013-cü ilin iyunundan bəri bu avtobuslar vasitəsilə
915 minə yaxın vətəndaşa səyyar
xidmət göstərilib.
Vaqonda möcüzə
İndi isə səyyar “ASAN xidmət” sahəsinə yeni və daha
innovativ bir konsepsiya əlavə olunur. Belə ki, Prezident İlham Əliyevin tapşırığı
əsasında “ASAN xidmət”
mərkəzlərinin olmadığı
regionlarda vətəndaşların
dövlət xidmətləri
ilə təmin edilməsi üçün
müasir texniki avadanlıqla təchiz olunmuş səyyar “ASAN qatar” konsepsiyası reallaşdırılıb. “ASAN
xidmət” sferasında
qeyri-adi layihələrdən
olan səyyar “ASAN qatar” fevralın 1-dən etibarən fəaliyyətə
başlayacaq. Bakı
vaqon deposunda xüsusi hazırlanmış
və müasir avadanlıqlarla təchiz edilmiş bu qatar hər
dəfə bir bölgəyə səfər
etməklə insanları
müjdələyəcək.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən il dekabrın 28-də səyyar “ASAN qatar”la tanış olarkən görülən işləri,
mövcud şəraiti
yüksək qiymətləndirmiş
və səyyar “ASAN qatar” xidmətinin fəaliyyətə başlamasını
bildirən düyməni
basmışdır.
“ASAN qatar” yola düşməmiş
biz də vaqonlarda yaradılan şəraitlə
tanış olmaq imkanı qazandıq. Bakı Dəmir Yolu
Vağzalında gözləmə
mövqeyində olan qatarın al-əlvanlığı
hələ uzaqdan diqqət çəkirdi.
Bələdçilərin müşayiəti ilə vaqonların birindən içəri keçdik. Ənənəvi vaqonlardan fərqli
olaraq burada aydın işıqlandırma
vardı. Vaqonları gəzdikcə
isə qatarda olduğuna inanmaq istəmirsən. “Bura qatar, yoxsa
“ASAN xidmət” mərkəzidir?”-deyə düşünürsən.
Döşəmə, divar və
tavanlar xüsusi zövqlə işlənilib.
Burada ölkəmizdə dəmir
yolu nəqliyyatının
inkişafında böyük
xidmətləri olan ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısının, həmçinin
“ASAN xidmət” mərkəzlərinin
açılışlarında iştirakının əks
olunduğu fotoguşə
də yaradılıb.
100 FM tezliyindən yayımlanan “ASAN radio”nun həzin musiqi sədaları və maarifləndirici məlumatları
isə vaqonları daha da canlandırır.
Xidmət sahələrindən başqa,
səyyar “ASAN qatar”da gözləmə zalı,
laboratoriya, əməkdaşların
istirahət kupeləri,
mətbəx, aptek və tibb mərkəzi
də yer alıb. Burada vətəndaşlar müvafiq qiymətlərə
müxtəlif çek-ap
müayinələrdən keçə
və analizlər də verə biləcəklər. Həmçinin elektron şikayət və məlumat köşkləri, eləcə
də özünəxidmət
və ərizə doldurma masaları da vətəndaşların
xidmətində olacaq.
4 dövlət orqanı tərəfindən 9 növ xidmət
Səyyar “ASAN qatar” vasitəsilə ölkəmizdə geniş dəmir yolu şəbəkəsindən, mövcud infrastrukturdan, kommunikasiya xətləri və ən müasir texnologiyalardan istifadə edərək yerlərdə vətəndaşlara yeni konsepsiya ilə xidmət göstərilməsi nəzərdə tutulur. Səyyar “ASAN qatar” vasitəsilə 4 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 9 növ xidmət göstəriləcək. Bunlar Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı; Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi; Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi; Sürücülük vəsiqələrinin dəyişdirilməsi; Əmək pensiyalarının təyin edilməsi; Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi; Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi; Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi; tibb xidmətləri; Azərbaycan Dəmir Yolları QSC - bilet satışının həyata keçirilməsi və sairədən ibarətdir. Qatarda 3 növ funksional yardımçı xidmətlər - foto və tibb xidməti, o cümlədən “Azərpoçt” MMC tərəfindən göstərilən bank xidmətləri təşkil edilib. Burada ilk dəfə olaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin xidmətləri üçün ayrıca pəncərə yaradılıb. “ASAN qatar”da 25 əməkdaş, 6 könüllü işləyəcək.
“ASAN qatar”ın ilk səfəri
Qazaxadır
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agnetliyinin İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov bizimlə söhbətində bildirdi ki, fevral ayının 1-dən etibarən Səyyar “ASAN qatar” vasitəsilə ilk olaraq Qazax rayonunda sakinlərə 15 gün müddətində xidmət göstəriləcək. Növbəti səfərin Tovuz rayonuna olacağı nəzərdə tutulub. Rayonlara hərəkət trayektoriyası ilə bağlı cədvəl artıq hazırdır. Bu cədvələ uyğun olaraq səyyar “ASAN qatar” mövcud dəmir yolu şəbəkəsi olan rayonlarda fəaliyyət göstərəcək. Qatar növbəli qaydada ölkədə bütün istiqamətlərdə hərəkət edərək əvvəlcədən təyin olunan yerdə dayanacaq və əhaliyə xidmət edəcək.
Beləliklə, ölkəmizin hər bölgəsində - şimal, cənub, şərq və qərb istiqamətlərində dəmir yolu şəbəkəsinin olduğunu nəzərə alaraq, deyə bilərik ki, bütün bölgələrimizin sakinləri səyyar “ASAN qatar”ın xidmətlərindən yararlana biləcəklər.
Elgün MƏNSİMOV,
Azərbaycan.- 2017.- 28 yanvar.- S. 2.