Əhməd Tahir: “Azərbaycanın yürütdüyü uğurlu siyasət onun İslam həmrəyliyi təşəbbüsü ilə çıxış etməsinə əsas verir

 

DialoqSiyasiMedia Araşdırmaları Mərkəzinin direktoru, tanınmış misirli politoloq Əhməd Tahir 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi İlielan edilməsi barədə Prezident İlham Əliyevin təşəbbüsünü vaxtında irəli sürülmüş çox əhəmiyyətli təşəbbüs adlandırıb.

Ə.Tahir AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, bu gün İslam dünyası təhdid və böhranlarla üzləşib. Bu cür halların qarşısını almaq üçün müsəlman ölkələri arasında birlik və həmrəylik olmalıdır. Misirli politoloq hesab edir ki, belə bir təşəbbüs özünün bütün tarixi ərzində sülhünsabitliyin dəstəklənməsinə, ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə yönələn müxtəlif yeni ideyaların və əhəmiyyətli təşəbbüslərin daim carçısı olan bir dövlət üçün tamamilə qanunauyğundur.

Ə.Tahir deyib: “Azərbaycan həmişə düşünülmüşölçülüb-biçilmiş çoxşaxəli siyasət yürüdür, ikitərəfli və çoxtərəfli münasibətlərin  möhkəmlənməsi üçün səylər göstərir, bütün aktual məsələlərdə İslam dünyasını dəstəkləyir, mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmlənməsində fəal rol oynayır. Qeyd edim ki, Azərbaycanda bir neçə beynəlxalq təşkilat, müxtəlif ölkələrin, o cümlədən müsəlman ölkələrinin diplomatik missiyaları fəaliyyət göstərir, müntəzəm olaraq beynəlxalq forumlar, qlobal miqyaslı konfranslar keçirilir. Azərbaycanın yürütdüyü uğurlu siyasət bu ölkənin belə sülhpərvər təşəbbüs irəli sürməsinə və onun uğurunu təmin etməsinə hər cür əsas verir. Şübhəsiz ki, bu təşəbbüs çox əhəmiyyətlidir və müsəlman ümmətinin sıx birləşməsinə, müsəlman ölkələri ilə qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, bir çox məsələlərdə onların mövqelərinin yaxınlaşmasına kömək edir”.

Hazırda dünyada İslam haqqında aqressiv din kimi yanlış təsəvvürün formalaşdığını təəssüflə qeyd edən misirli diplomat vurğulayıb: “Bu, həqiqətə ziddir. İslam sülh, tolerantlıq, qarşılıqlı hörmət və əməkdaşlıq dinidir. Odur ki, Azərbaycanın təşəbbüsü İslam dininin həqiqi dəyərlərinin dünya ictimaiyyətinə çatdırılmasında, müsəlman ölkələri ilə başqa ölkələr arasında münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır. Azərbaycan hamının sülh və əmin-amanlıq şəraitində vahidmehriban bir ailə kimi yaşadığı çoxmillətli və çoxkonfessiyalı ölkədir”.

Ə.Tahirin fikrincə, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsünə bütün müsəlman ölkələri ciddi yanaşmalı, onu dəstəkləməli və həyata keçirmək üçün birgə çalışmalıdırlar.

O, xüsusi qeyd edib ki, müsəlman ölkələri və İslam Əməkdaşlıq Təşkilatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətlə nizamlanması məsələsində Azərbaycanı birmənalı şəkildə dəstəkləyirlər. Ə.Tahir vurğulayıb ki, beynəlxalq birlik və BMT bu məsələdə Azərbaycanı real şəkildə dəstəkləməli və işğalçı qoşunların Azərbaycan ərazilərindən çıxarılması haqqında BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin Ermənistan tərəfindən icra olunmasını təmin etməlidirlər. O, ümidvar olduğunu bildirib ki, Prezident

İlham Əliyevin İslam həmrəyliyi barədə təşəbbüsü bu məsələnin həllinə və Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının 20 faizinin geri qaytarılmasına kömək edəcək.

 

Azərbaycan.- 2017.-28 yanvar.- S.5.