Qüdrətli dövlətin güclü
ordusu
Azərbaycanda hərbi quruculuq kompleks həyata keçirilir
Güclü ordu dövlətin və onun xalqının təhlükəsizliyinin əsas təməl prinsiplərindən biridir. Ona görə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daim artırılması torpaqlarımızın işğal altında qaldığı bir vaxtda qarşımızda dayanan ən əsas vəzifədir. Nizami Azərbaycan Ordusunun təməlinin qoyulduğu 1993-cü ilin payızından sonra bu istiqamətdə mühüm addımlar atılıb. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qısa vaxtda bütün qoşun növlərinin mövcud olduğu, müasir döyüş imkanlarına malik Azərbaycan Silahlı Qüvvələri formalaşdırılıb.
Ordumuzun arsenalı
ən modern silah və texnikalarla zənginləşir
Azərbaycan Prezidenti,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı
İlham Əliyevin fəaliyyətində ordu
quruculuğu məsələləri
daim prioritetdir. Bu istiqamətdə Heydər Əliyevin başladığı işləri
davam etdirən ölkə rəhbərinin
qarşıya qoyduğu
vəzifə Silahlı
Qüvvələrin döyüş
qabiliyyətinin ən
yüksək səviyyəyə
çatdırılmasıdır. Bu mənada güclü
iqtisadiyyata mütənasib
güclü ordu formulu ötən 13 ildə Prezident İlham Əliyevin fəaliyyətinin əsas
qayələrindən biri
kimi diqqəti cəlb edib. Reallıq ondan ibarətdir ki, respublikamızın artan maliyyə imkanları Silahlı Qüvvələrimizin müasir
standartlara cavab verən peşəkar orduya çevrilməsində
mühüm rol oynayıb.
Hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı
Qüvvələri öz
döyüş hazırlığına
görə MDB məkanında
ön sıralarda gedir. Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə
baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərini
ordumuzun keçirdiyi təntənəli hərbi
paradlarda da görüb. Ölkəmizin hərbi qüdrətinin nümayişi olan belə paradlarda xalqımız və beynəlxalq ictimaiyyət Azərbaycanın mükəmməl
hərbi gücə malik olduğuna şahidlik edib. Təsdiq olunub ki, Azərbaycan
Ordusu arsenalını
ən modern silah və digər hərbi texnika ilə zənginləşdirir.
Ən fərəhlisi odur ki, bu gün
dünyanın hərbi
baxımdan inkişaf etmiş dövlətlərinin
malik olduqları strateji silahlar Azərbaycanda var.
Qoşunların döyüş
qabiliyyətini yüksək
səviyyədə saxlamaq
məqsədilə hərbi
hissə və bölmələr ən müasir artilleriya qurğuları, reaktiv yaylım atəşi sistemləri, toplar, taktiki raket, zenit-raket kompleksləri, ağır odatan sistemləri, pilotsuz uçuş aparatları,
yeni növ döyüş sursatları,
müxtəlif təyinatlı
təmir və komanda müşahidə maşınları ilə
təmin edilib. Hərbi hissə və bölmələrə müasir
T-90S, BMP-3, BTR-82A zirehli-tank texnikaları, müxtəlif
təyinatlı təmir-təxliyə
maşınları və
tədris trenajorları
daxil olub.
Bunun nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələrinin adı
dünyanın güclü,
müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları sırasında
çəkilir. Bundan başqa, son illər
dövlət başçısı,
Ali Baş Komandanın
diqqəti sayəsində
ölkəmizdə yaradılan
müdafiə sənayesi
kompleksi Azərbaycanda
ən müasir hərbi texnikanın istehsalına geniş imkanlar yaradır. Təsadüfi deyil ki, indi ölkəmizin silah-sursatları bir çox parametrlərinə
görə dünyada
ilk yerlərdən birini
tutur.
Hərbçilərin mənzil-sosial
şəraiti diqqət
mərkəzindədir
Son illər
ordumuzda aparılan əsas islahatlardan biri də hərbi
şəhərciklərin, kazarmaların yenidən qurulması, hərbçilərin,
onların ailə üzvlərinin yaşayış
şəraitinin yaxşılaşdırılmasıdır. Azərbaycan
Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı
İlham Əliyevin göstərişinə əsasən,
bu məqsədlə
son illər 20-dən çox
yeni hərbi şəhərcik inşa
olunub. Xatırladaq ki, Prezident İlham
Əliyev son olaraq yanvarın 11-də Naxçıvan
Muxtar Respublikasına səfəri çərçivəsində
digər obyektlərlə
yanaşı, Əlahiddə
Ümumqoşun Ordusunun
“N” saylı hərbi hissəsindəki əsgər
yataqxanasının və
Əsgəri-Məişət Kompleksinin açılışında
da iştirak etmişdi.
Yanvarın 23-də Prezident İlham Əliyevin açılışında
iştirak etdiyi Müdafiə Nazirliyinin
“N” hərbi hissəsinin
yeni inşa edilmiş hərbi şəhərciyi Azərbaycan
Silahlı Qüvvələrinin
infrastrukturunun müasirləşdirilməsi
tədbirlərinin sürətlə
davam etdirildiyini göstərir. Şəhərcikdə zabit, gizir və çavuşlar üçün 9 yaşayış
binası inşa edilib. Onlardan 4-ü ailəli, 5-i isə subay hərbi qulluqçular üçündür. Ərazidə ümumilikdə 13 əsgər
yataqxanası tikilib.
Hərbi
şəhərcikdə inzibati,
xidməti və texniki binalar da inşa olunub.
Hərbçilər qarşısında
çıxış edən
Prezident İlham Əliyev Azərbaycanda ordu quruculuğuna çox böyük diqqət yetirildiyini deyib: “Şəhərciklə
tanış olarkən
görürəm ki, xidmət aparmaq, yaşamaq üçün
bütün şərait
var. Ən müasir standartlar tətbiq olunub, xidmət şəraiti ən yüksək səviyyədədir.
Hesab edirəm ki, bu hərbi şəhərcik
dünya miqyasında nümunəvi hərbi şəhərcikdir. Bu şəhərciyin inşa
edilməsi bir daha onu göstərir
ki, Azərbaycanda ordu quruculuğuna çox böyük diqqət yetirilir. Son
bir neçə il ərzində
iyirmidən çox hərbi şəhərcik
tikilib və əsaslı şəkildə
təmir edilib. Bu gün hərbi
hissələrimizin mütləq
əksəriyyəti demək
olar ki, bu səviyyədədir.
Ümid edirəm ki, növbəti bir-iki il ərzində yararsız vəziyyətdə
bir dənə də hərbi infrastruktur olmayacaq”.
Belə müasir şəhərciklərin
salınması hərbi
qulluqçuların mənzil-məişət
şəraitinin yaxşılaşdırılmasına
yönəlməklə yanaşı,
ordumuzun qüdrətinin
artmasına da mühüm təsir göstərir. Hərbi hissələrdə yaradılan şərait göstərir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə son illər maddi-texniki bazası daha da gücləndirilən
Azərbaycan Silahlı
Qüvvələri həm
də dünyanın ən təminatlı ordularından biridir.
Silahlı Qüvvələrə
nə qədər vəsait lazımdırsa,
ayrılacaq
Bu cür
hərbi şəhərciklərin
inşası ilk növbədə
onu sübut edir ki, Azərbaycanda
ordu quruculuğu sahəsində aparılan
islahatlar kompleks şəkildə həyata
keçirilir. Həm ordunun arsenalına
ən modern silahlar daxil edilir, həm
qoşun növlərinin
döyüş qabiliyyəti
artırılır, həm
də hərbçilərin
sosial şəraiti yüksəldilir. Təbii ki,
bütün bunlar Azərbaycanın işğalçı
Ermənistanla müqayisədə
əzici üstünlüyünü
daha da artırır.
Ermənistanın cinayətkar və
terrorçu hakimiyyəti
də bunu yaxşı anlayır və haqlı olaraq təlaş keçirir.
Azərbaycanın uğurlu hərbi islahatlarını isə Dağlıq Qarabağ danışıqlarındakı siyasi-diplomatik üstünlüyü
tamamlayır. Bu məsələdə
beynəlxalq hüquq Azərbaycanın tərəfindədir.
Beynəlxalq hüquq onu
tələb edir ki, Azərbaycanın ərazi bütövlüyü
qeyd-şərtsiz bərpa
edilməli, işğalçı
Ermənistanın hərbi
qüvvələri zəbt
olunmuş Dağlıq
Qarabağ və ətraf rayonlardan çıxmalıdırlar. Öz ata-baba yurdlarından məcburi köçkün
düşmüş soydaşlarımız
isə doğma torpaqlarına, o cümlədən
Dağlıq Qarabağa
qayıtmalıdırlar.
Azərbaycan hələlik sülh danışıqlarına sadiqdir. Amma səbrin də bir həddi var. Bu mənada Prezident İlham Əliyevin istər mülki vətəndaşlar, istərsə
də hərbçilərlə
keçirdiyi görüşlərində
Dağlıq Qarabağ
problemi ilə bağlı prinsipial mövqedən çıxış
etməsi və bu məqsədlə ordu quruculuğu ilə bağlı həyata keçirilən
konkret tədbirlərdən,
xüsusilə müvafiq
yöndə əldə
olunan uğurlardan danışması Azərbaycanın
ərazilərini işğaldan
azad etmək üçün kifayət
qədər güclü
potensiala malik olmasından xəbər verir. Hərbçilərlə
son görüşdə Prezident
İlham Əliyev
ordumuzun ehtiyaclarının
davamlı təmin olunacağını bəyan
edərək dedi: “Biz
hərbi gücümüzü
artırmışıq və
artıracağıq. Siyasi addımlar
atılacaq ki, beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı öz mövqeyini daha da geniş
ifadə etsin. Biz öz iqtisadi
gücümüzü artıracağıq
və bütün böhranlara baxmayaraq, ordumuza nə qədər vəsait lazımdırsa, o qədər
də təmin ediləcəkdir. Bu gün də bizim büdcə xərclərimizin strukturunda
hərbi xərclər
birinci yerdədir.
Bizim başqa ehtiyaclarımız
da var. Sosial məsələlərin həlli,
infrastruktur layihələrinin
icrası, digər vacib məsələlər
var. Onlar da öz həllini tapır. Amma ilk növbədə ordu quruculuğudur. İlk növbədə, ordumuzun
ehtiyacları təmin
edilməlidir və
biz gücləndikcə, əlbəttə
ki, münaqişənin
həllini yaxınlaşdıracağıq”.
Ötən ilin aprel ayında
cəbhə xəttində
düşmənin təxribatının
qarşısının alınması
zamanı ordumuzun keçirdiyi əməliyyatların
nəticələri Azərbaycan
Silahlı Qüvvələrinin
döyüş qabiliyyətinin
artırılması ilə
bağlı deyilənlərin
hərb meydanındakı
təsdiqi oldu. Prezident İlham
Əliyevin qeyd etdiyi kimi, aprel
döyüşləri göstərdi
ki, kimin ordusu yenilməzdir. Ordumuzun apreldə nümayiş etdirdiyi döyüş ruhu və qabiliyyəti
bu sahədə görülən tədbirlərin
nəticəsidir. Ən əsası,
bu kimi hərbi
uğurlar ondan xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyünün
bərpa ediləcəyi
tarix uzaqda deyil.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-
2017.- 29 yanvar.- S.1.