Böyük qayıdışı
başladan Prezidentimiz,
var olun!
Vətəndaşlarımız dövlət başçısına
ünvanladıqları məktublarda
böyük sevinc, səmimi minnətdarlıq
və qürur ifadə edirlər
Azərbaycan Prezidentinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncamı
ölkə vətəndaşlarında,
ordumuzda böyük ruh yüksəkliyi yaradıb və bütün məcburi köçkünlərdə doğma
torpaqlarına qayıdacaqları
günün uzaqda olmadığı ilə bağlı inam hissini daha da
gücləndirib. Böyük qayıdışın başlanğıcı olan
bu sərəncam eyni zamanda xalqımız,
xüsusən də məcburi köçkünlər
üçün olduqca
xoş müjdədir.
Cocuq mərcanlılıların yurd
həsrətinə son qoyulub. Prezident İlham
Əliyevin imzaladığı
sərəncama əsasən
onların doğma yurd yerləri abadlaşdırılacaq, yaşayış
məntəqəsinin infrastrukturu
yaradılacaq və sakinlər dədə-baba
torpaqlarında rahat və təhlükəsiz
yaşayacaqlar. Bir
sözlə, Cocuq Mərcanlı kəndinin sakinləri 25 il
həsrətini çəkdikləri
möhtəşəm qayıdışın
ilk addımlarını atacaqlar.
Qeyd edək ki, sərəncama
uyğun olaraq Cocuq Mərcanlıda hələlik 50 fərdi yaşayış evi, məktəb binası tikiləcək və müvafiq infrastruktur yaradılacaq. Artıq 190 ailə
doğma yurda dönmək üçün
müraciət edib.
Kənd sakinlərinin keçirdikləri
hədsiz sevinc hislərini dövlət başçısına ünvanlanan
minnətdarlıq məktublarında
da aydın görmək mümkündür.
Böyük qayıdışın
ilk müjdəsini verən
sərəncam
N.F.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin müəllim kollektivi adından Prezidentə minnətdarlıq məktubu
yazılıb. Əzizə
Abbasovanın kollektiv adından dövlət başçısına ünvanladığı
məktubda qeyd edilir ki, hələ
köçkün həyatı
yaşadıqları ilk illərdə
ümummilli lider Heydər Əliyevin rayonun sakinlərinə göstərdiyi qayğını,
məcburi köçkünlərlə
çoxsaylı görüşlərini,
hətta bir ailənin toy mərasimində
rəqs etməsini çox gözəl xatırlayırlar. Cocuq Mərcanlı
kənd tam orta məktəbinin pedaqoji kollektivi Vətənimizin müstəqilliyi, inkişafı
və onun daim çiçəklənməsi
üçün həmişə
ön sıralarda olub. Onlar dədə-baba torpaqlarından
ayrı düşsələr
də, kəndin orta məktəbinin fəaliyyətini davam etdirmiş, yetişməkdə
olan gənc nəslin milli ruhda tərbiyə olunması üçün
yorulmadan çalışmışlar.
Dövlət başçısının
Cocuq Mərcanlı kəndinin bərpası ilə əlaqədar imzaladığı sərəncam
işğal altındakı
torpaqlarımıza böyük
qayıdışın ilk müjdəsini
verdi və
eyni zamanda Azərbaycan Prezidentinin işğal atında olan torpaqlarımızı
geriyə qaytarmaq əzmini bir daha qəti şəkildə nümayiş
etdirdi.
“Biz inanırıq
ki, doğma Qarabağımız və
işğal altında
olan digər bölgələrimiz də
Sizin rəhbərliyiniz
ilə tezliklə düşmən tapdağından
azad olunacaq. Göstərdiyiniz qayğıya
və uzun illər həsrətlə
gözlədiyimiz bu sevinci bizə yaşatdığınıza görə
Sizə dərin təşəkkürümüzü bildirir, uzun ömür, möhkəm cansağlığı və
həyata keçirdiyiniz
müdrik siyasətinizdə
uğurlar arzulayırıq”,
- deyə Cocuq Mərcanlı kənd tam orta məktəbinin müəllim kollektivi dövlət başçısına
minnətdarlıq edir.
Bu sərəncam
aprel döyüşlərindəki
tarixi qələbənin
davamıdır
Cəbrayıl rayonu 3 saylı qəsəbə sakini, Prezident təqaüdçüsü Kamilxan
Rüstəmova və
başqaları adından
dövlət başçısına
ünvanlanan məktubda
isə qeyd edilir ki, Azərbaycan
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası ilə əlaqədar verdiyi sərəncam aprel ayındakı tarixi qələbənin davamıdır.
Bu sərəncam qəsəbə sakinlərini
həddən artıq
sevindirir və bütün Qarabağ torpaqlarının, eləcə
də Cəbrayıl rayonunun işğaldan azad olunmasına ümidlərini daha da artırır.
Məktubda deyilir:
“Cənab Prezident, Cəbrayılın azad olunmuş ilk kəndinə
göstərdiyiniz diqqətə
görə rayonumuzun ağsaqqalları və ağbirçəkləri adından
Sizə dərin minnətdarlığımızı bildiririk. Allah Sizi
qorusun”.
Cocuq Mərcanlının
bərpasını yenidən
qurulacaq Cəbrayılın
təməli kimi qiymətləndiririk
Cəbrayıl rayonu 7 saylı qəsəbənin
sakini Abış Səfərov və başqalarının adından
Prezidentə ünvanlanan
minnətdarlıq məktubunda
bildirilir ki, dünyada maliyyə-iqtisadi
böhranının dərinləşdiyi
bir vaxtda işğaldan azad olunmuş ərazilərimizin
bərpası üçün
dövlət tərəfindən
vəsait ayrılması
ölkəmizin qüdrətindən
xəbər verir. Sakinlər Cocuq Mərcanlı kəndinin bərpasını yenidən
qurulacaq Cəbrayılın
təməli kimi qiymətləndirirlər: “Sizin
Ali Baş Komandanlığınız
altında 2016-cı ilin
aprel ayında mənfur düşmənimizə
sarsıdıcı zərbə
vurulması nəticəsində
işğal edilmiş
əzəli torpaqlarımızın
bir hissəsinin azad olunmasına və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə əlaqədar imzaladığınız
sərəncama görə
minnətdarlığımızı bildirir, həyata keçirdiyiniz bütün
işləri alqışlayırıq”.
Prezidentə paytaxt sakinləri də minnətdarlıq məktubları ünvanlayırlar. Bakının
Nəsimi rayonunun sakini Fərid Əhmədlinin məktubunda
deyilir: “Hörmətli
cənab Prezident, işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər
haqqında imzaladığınız
sərəncama görə
Əhmədovlar ailəsi
adından Sizə dərin minnətdarlığımızı
bildiririk. Arzu edirik ki, tarixən burada yaşamış əhali
tez bir zamanda
öz doğma yurduna qayıtsın”.
Bütün bu fikirlər xalqımızın keçirdiyi
sevinc hislərinin təcəssümüdür. Cocuq Mərcanlı
kəndinin bərpasından
sonra insanların doğma torpaqlarına qayıdışı xalqımızda
dövlətinə və
rəhbərinə inam
hissini daha da gücləndirib. Prezident İlham Əliyevin bu sərəncamı da işğal olunmuş torpaqlara qayıdacağımız günün
uzaqda olmadığını
bir daha təsdiqləyir. Bu, böyük
yolun başlanğıcıdır!
Gün gələcək,
dövlət başçısı
Xankəndiyə, Xocalıya,
Şuşaya, Ağdama,
Kəlbəcərə, Laçına
qayıdışla bağlı
sərəncamlar imzalayacaq!
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-
2017.- 31 yanvar.- S. 1, 7.