Məqsədimiz Azərbaycanı gücləndirmək,
müstəqilliyi möhkəmləndirmək, dayanıqlı
inkişafa nail
olmaqdır
Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramının icrasına həsr
olunan XIV konfransda Prezident İlham Əliyev
bəyan etdi:
“Cocuq Mərcanlı kəndinin yenidən
qurulması çox böyük
rəmzi məna daşıyır. Bu, tarixi hadisədir. Biz işğaldan azad edilmiş kəndə sakinləri
qaytarırıq”
* 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir və bütün əsas vəzifələr icra olunmuşdur. İqtisadiyyatın əsas göstəriciləri müsbətdir. Kənd təsərrüfatı 2,6 faiz, ölkəmizin qeyri-neft sənayesi isə 5 dəfə artmışdır. Dünyada neftin qiymətinin üç-dörd dəfə aşağı düşməsinə baxmayaraq, əvvəlki illərdə görülmüş işlər və keçən il apardığımız dərin islahatlar nəticəsində biz bu inkişafı təmin edə bilmişik.
* On dörd ildir ki, biz hər ilin əvvəlində görülən işlərə qiymət veririk, nöqsanları aşkar edirik və gələcək üçün fəaliyyət planımızı tuturuq. Proqramların məqsədi məhz ondan ibarətdir ki, bütün mövcud problemlər, insanları narahat edən sosial məsələlər öz həllini tapsın. Bizim proqramlarımız çox konkretdir.
* Regionların
inkişafı, ölkə iqtisadiyyatının şaxələndirilməsi
istiqamətində atılan bu addımlar,
infrastruktur ilə bağlı olan layihələr, bax, bugünkü reallığı yaratmışdır.
Əgər o vaxt biz proqramı mənim təşəbbüsümlə
qəbul etməsəydik, bu gün, əlbəttə ki,
regionlarda bugünkü uğurları əldə edə bilməzdik.
Bizim bütün
bölgələrimiz, bütün şəhərlərimiz
abadlaşıb, gözəlləşib. Bizim
bütün şəhərlərimizdə
abadlıq-quruculuq işləri aparılmışdır, böyük infrastruktur
layihələri icra edilmişdir.
Bu, imkan verir ki,
bu gün Azərbaycan dinamik inkişaf etsin.
* “Cənub qaz
dəhlizi” bu gün ancaq Azərbaycanın liderliyi hesabına icra edilir. Bu layihə
uzunmüddətli maraqlarımızı
təmin edəcək.
Bu layihənin icrasından sonra həm maliyyə imkanlarımız böyük
dərəcədə artacaq,
eyni zamanda Azərbaycan regional əməkdaşlıq,
enerji təhlükəsizliyi
baxımından indikindən
daha çox, daha böyük önəm daşıyan ölkə olacaq.
* Artıq dünya Azərbaycanı daha yaxşı tanıyır.
Görürlər ki, bu, müstəqil dövlətdir,
ləyaqətli dövlətdir.
Azərbaycan xalqı qürurlu
xalqdır, heç vaxt imkan verə
bilməz ki, kimsə bizə nəyisə diktə etsin. Biz öz
ləyaqətimizi həmişə
saxlamışıq və
saxlayırıq. Ölkəmizi bundan sonra da
inamla qabağa aparmaq üçün biz
lazım olan bütün məsələləri
həll etməliyik.
Onların içində, əlbəttə
ki, regional inkişaf proqramı xüsusi yer tutur.
* Son illər ərzində məcburi köçkünlər
üçün 100-ə yaxın
qəsəbə inşa
edilmişdir. 200 mindən çox məcburi köçkün
o binalara yerləşdirilmişdir.
Bütövlükdə isə son illərdə
məcburi köçkünlərin
yaşayış səviyyəsinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması məqsədlərinə
5 milyard manatdan çox vəsait ayrılıb. Bu il yeni binalar
tikilməlidir. Eyni zamanda,
mövcud qəsəbələrdə
yeni fərdi evlərin tikintisi də nəzərdə tutulur. tapşırıq
verilmişdir ki, Bakıda yataqxanalarda məskunlaşan köçkünlərin
köçürülməsi prosesi də bu il başlasın.
* Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı müvafiq Sərəncam imzalanmışdır. Bu layihənin icra edilməsi çox böyük rəmzi məna daşıyır. Bu, tarixi hadisədir. Biz işğaldan azad edilmiş kəndə sakinləri qaytarırıq. Mən çox şadam ki, Cocuq Mərcanlı kəndinin sakinləri buna çox böyük həvəslə, böyük maraqla yanaşırlar, o günü səbirsizliklə gözləyirlər. Əminəm ki, biz Cocuq Mərcanlı kəndini qısa müddət ərzində yenidən quracağıq. İndi orada təmizlik və minalardan təmizləmə işləri aparılır. orada yaşayacaq insanlar üçün iş yerləri də açılmalıdır. Həm əkin sahələri, digər iş yerlərinin yaradılması üçün tədbirlər görüləcək və beləliklə, biz vətəndaşlarımızı uzun fasilədən sonra öz doğma ata-baba torpağına qaytaracağıq.
* Bu işləri görərkən biz bir neçə məqsədi güdürük. Ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı məhsullarının ixracını artırmaq. Hesab edirəm ki, biz kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artıra bilərik. Bu, real hədəfdir, biz buna nail olmağa çalışmalıyıq. Beləliklə, ölkəmizə daha çox valyuta gələcək, manat öz sabitliyini qoruyacaq, neftdən asılılıq azalacaq və iş yerləri yaradılacaq, sahibkarlıq inkişaf edəcək. Bax, budur, bizim əsas inkişaf konsepsiyamız.
* Biz artıq postneft dövründə yaşayırıq. dövlət qurumları daha neft amilinə bel bağlamasınlar. Ancaq bu, o demək deyil ki, bizim neftimiz tükənir. Yox, bizim neftimiz hələ onilliklər ərzində xalqımıza xidmət edəcək. Azərbaycan qazı iki ildən sonra dünya bazarlarına daha da böyük həcmdə çıxacaq və öz əhatə dairəsini genişləndirəcək. Yəni, bu amil daim var və bu, bizə həmişə güclü bir dəstək kimi kömək edəcək.
* Dəfələrlə demişəm,
bu gün də deyirəm,
bunu hər kəs bilsin,
eşitsin və nəticə
çıxarsın. Məmurlar xalq üçün yaşayırlar, əksinə
deyil. Məmur xalqın xidmətçisidir,
vətəndaşa xidmət, kömək göstərməlidir,
yekəxanalıq etməməlidir. Hansısa qanunsuz
tələb irəli sürməməlidir. Özünü
təvazökar aparmalıdır. Özü
və ailə üzvləri nümunə olmalıdır.
Rüşvətxorluqla, soyğunçuluqla
məşğul olmamalıdır. Məmur, bax,
belə olmalıdır, dediyim kimi. Mən hər bir dövlət məmurunu ya
icra başçısı, ya başqa vəzifəyə
təyin edəndə göstəriş verirəm ki, get insanlara
qulluq et, xidmət
göstər, dövlətə xidmət et,
təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə
çıxarmırlar. Onların da
cəzası verilir və veriləcək.
hər şey məmurlardan
asılıdır. Onlar dediyim
kimi işləməlidirlər.
Azərbaycan.-
2017.- 31 yanvar.- S.1.