İran parlamentinin komissiya sədri: Azərbaycanda 2017-ci ilinİslam Həmrəyliyi İlielan edilməsi müdrik qərardır

 

Yanvarın 30-da Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov İslam Şurası Məclisinin (parlamentin) xarici siyasət və təhlükəsizlik məsələləri komissiyasının sədri Əlaəddin Brucerdi ilə görüşüb.

Səfir diqqətə çatdırıb ki, son üç ildə Azərbaycan və İran prezidentləri yeddi dəfə görüşüb, ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsində siyasi iradə nümayiş etdiriblər.

Qeyd olunub ki, ötən il iki qonşudost dövlətin əlaqələrinin inkişafı davam edib. Dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərləri intensiv xarakter daşıyıb. Azərbaycan-İran hökumətlərarası müştərək iqtisadi komissiyanın iclasları keçirilib və birgə iqtisadi layihələrin həyata keçirilməsi müzakirə edilərək konkret nəticələr əldə olunub. Neftçalada avtomobil, Bakının Pirallahı qəsəbəsində isə dərman preparatları zavodlarının əsası qoyulub. Bu istehsal müəssisələrinin işə düşməsi hər iki ölkənin iqtisadi maraqlarına xidmət edəcək.

Vurğulanıb ki, ötən il Naxçıvan-Təbriz-Tehran-Məşhəd dəmir yolu xətti fəaliyyətə başlayıb və yaxın vaxtlarda Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu istifadəyə veriləcək. Bütün bunlar qarşılıqlı faydalı əməkdaşlığın bariz nümunələridir. İki ölkə arasında turizm sahəsində əməkdaşlıq inkişaf edir, bu cür əlaqələr hər iki ölkədə turizm sənayesinin inkişafına böyük təkan verir və xalqların bir-birini daha yaxından tanımasına şərait yaradır. Ötən il iki ölkə arasında ticarət dövriyyəsində 75 faizlik artım müşahidə edilib.

Səfir bildirib ki, Azərbaycanda tətbiqinə başlanılan “ASAN Vizasistemi ilə İran vətəndaşlarının Azərbaycana səfər etmələri asanlaşıb. Artıq İranın müxtəlif şəhərlərindən Azərbaycana getmək istəyən vətəndaşın viza almaq üçün Azərbaycanın İrandakı diplomatik nümayəndəliklərinə gəlib müraciət etməsinə ehtiyac yoxdur. Hər bir iranlı ölkənin istənilən bölgəsindən internet vasitəsilə viza alıb Bakıya və yaxud başqa şəhərlərə gedə bilər.

B.Hüseynov “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında OrdubadMarazad Su Elektrik stansiyalarının tikintisi və istismarı haqqında” və “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetikasu ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” sazişlərin İran İslam Şurası Məclisi tərəfindən təsdiq edildiyinə görə təşəkkürünü bildirib. Diqqətə çatdırılıb ki, hər iki Saziş üzrə əməli fəaliyyətə başlanılıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən səfir ermənilərin 1992-ci ilin fevralında Xocalıda törətdikləri soyqırımı aktına toxunub. Bildirilib ki, Xocalı soyqırımı ilə bağlı bir sıra ölkələrin parlamentlərində müzakirələr keçirilib, qərar və qətnamələr qəbul edilib. B.Hüseynov dostqonşu İran parlamentində də Xocalı soyqırımının müzakirəyə çıxarılmasını xahiş edib.

Diplomat 2017-ci ilin Azərbaycan Prezidentinin Sərəncamı ilə “İslam Həmrəyliyi İlielan olunmasını da diqqətə çatdırıb, bu gün İslam dünyasının vəhdətə və birliyə böyük ehtiyacının olduğunu qeyd edib.

B.Hüseynov cari ilin mayında Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini xatırladıb və Ə.Brucerdini bu Oyunlara baxmağa dəvət edib.

Ə.Brucerdi Azərbaycan Prezidentinin 2017-ci iliİslam Həmrəyliyi İlielan etməsini müdrik və uzaqgörən qərar adlandırıb. İki ölkənin qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafını müsbət qiymətləndirən komissiya sədri Azərbaycan xalqının və dövlətinin əldə etdiyi uğurların sevindirici olduğunu bildirib. Azərbaycan-İran parlamentlərarası işçi qrupunun fəaliyyətindən razı qaldığını deyən Ə.Brucerdi qarşılıqlı əlaqələrin bundan sonrakı inkişafına İran parlamentinin hər zaman töhfə verməyə hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2017.- 31 yanvar.- S. 9.