İslam mühitində həmrəylik çox vacibdir

 

Rusiyada tanınmış ictimai xadim və müsəlman din xadimi, Moskva şəhəri və “Moskovskiy Muftıyat” Mərkəzi Regionu müsəlmanlarının Ruhani İdarəsinin müftisi Albir Krqanov AZƏRTAC-ın müxbirinə müsahibəsində müasir dünyada İslam Həmrəyliyi konsepsiyasını inkişaf etdirməyin vacibliyini vurğulayıb.

A.Krqanov deyib: “Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edib. Hesab edirəm ki, bu, günümüzün aktual çağırışlarına müvafiqdir. Mən dəfələrlə Azərbaycanda olmuşambu dövlətin cəmiyyətdə konfessiyalararası, dinlərarası münasibətlərə böyük diqqət yetirməsini görmüşəm. Bu, çox mühüm mövzudur, çünki bu gün dünyada müxtəlif təsir qrupları din amilindən öz məqsədləri üçün istifadə etməyə, bu məkanı zəiflətməyə, müsəlman cəmiyyətini parçalamağa çalışırlar. Dövlətin bu istiqamətdə düzgün siyasət yeritməsi, əlbəttə, öz səmərəsini verir. Fikrimcə, Azərbaycanda bu siyasət keyfiyyət baxımından yüksək səviyyədə qurulub”.

Postsovet məkanı müsəlmanlarının birləşməsində Qafqaz Müsəlmanları İdarəsinin və şeyxülislam Allahşükür Paşazadənin rolunu xüsusi qeyd edən müfti sonda deyib: “Azərbaycan qədim mədəniyyətə malik qədim ölkədir. Orada biliklərin və mədəniyyətin zəngin xəzinəsi var. Azərbaycan əhalisinin əksəriyyəti İslam dininə etiqad edir, sizin ölkənizin mədəniyyəti və incəsənəti İslamla sıx bağlıdır. İslami dəyərlər sizin xalqınızın mənəvi həyatının mühüm tərkib hissəsidir. İslam mühitində həmrəylik çox vacibdir. Ona görə ki, əgər müsəlmanlar həm dini birlik daxilində, həm də yaşadıqları ərazidə həmrəy olsalar, hakimiyyət təsisatları ilə, ənənəvi dinlərlə düzgün münasibət qursalar, bu, həm ölkənizin, həm də bütövlükdə müsəlmanların yalnız xeyrinə olacaq”.

 

Azərbaycan.- 2017.- 31 yanvar.- S. 9.