Ramiz Mehdiyev:" Bu
seçkilər tarixdə mühüm
hadisə kimi qalacaq"
Aprelin 11-də prezident seçkilərinin
başlandığı səhər saatlarından
Bakının 29 saylı Səbail seçki dairəsinin 7
saylı seçki məntəqəsində xüsusi canlanma
müşahidə olunurdu.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev həmin məntəqədə səs verib.
Məntəqədə səsvermənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyirdilər.
Jurnalistlərin suallarını cavablandıran akademik Ramiz Mehdiyev seçicilərin fəallığını yüksək dəyərləndirib. Prezident Administrasiyasının rəhbəri saat 17-dək ölkə üzrə artıq 70 faiz seçicinin səs verdiyini, heç bir insidentin baş vermədiyini bildirib.
Akademik Ramiz Mehdiyev seçicilərin sərbəst şəkildə istədikləri namizədə səs verdiklərini vurğulayaraq deyib: “İnanıram ki, bu seçkilər doğrudan da tarixdə mühüm bir hadisə kimi qalacaq. Çünki Azərbaycan 15 ildə çox irəli gedib, böyük nailiyyətlər əldə edib, dünyada tanınır, öz yerini tutub, iqtisadiyyat sahəsində, sosial məsələlərin həllində çox işlər görülüb. Ona görə də seçicilərin seçkilərdə yüksək səviyyədə iştirakı təbiidir”.
Jurnalistlərin bəzi
şəxslərin xaricdən Azərbaycana qarayaxma
ilə məşğul olmalarına dair
sualına cavabında Prezident
Administrasiyasının rəhbəri bunu çox pis qiymətləndirdiyini
vurğulayaraq deyib: “Mən
hesab edirəm ki, normal insan bu
yola düşməməlidir. Çünki biri var daxildə müxalifət, biri
də var gedib xaricdə
Azərbaycana qara yaxmaq,
onu hörmətdən salmaq.
Bu, yaxşı hal deyil. Təəssüflər olsun
ki, bəzi insanlar burada böyük cinayətlər
törədib və sonra da
qaçıb xaricə gediblər. Xaricdə də
başlayıblar Azərbaycanı pisləməyə. Bu, əlbəttə ki,
yaxşı hal deyil.
Hər halda bu, Azərbaycan
xalqına xas olan bir xüsusiyyət deyil. Görünür ki, mədəniyyətləri,
tərbiyələri yerində olmadığına görə
belə əməllərə əl atırlar”.
Azərbaycan.-
2018.- 12 aprel.- S.4.