Aprel şapalağı
Tərs şapalaq yaman şeydir!
Elə aprel şapalağı da ondan idi!
Əvvəla, tərs
şapalaq qəfildən
olur!
İkincisi, adamın
gözündən od çıxararaq qulaqlarını batırır!
Üçüncüsü, müvəqqəti
də olsa, ağlını başından
çıxarır!
Ən nəhayət,
vahiməyə salır,
qarabasmalar yaradır və insan başlayır
səy-səy danışmağa...
Ali Baş Komandan İlham Əliyevin 2016-cı ilin aprel ayında Ermənistan ordusuna və onun kriminal
başçılarına vurduğu
tərs şapalaq həmin effekti yaradıb!
Tərs şapalaq təkcə döyüş meydanında
vurulmur. Onun da müxtəlif növləri var. Məsələn,
Ermənistanın blokadaya
alınması cingiltisi
uzun müddət qulaqlardan çəkilməyən
şapalaqlardandır!
Dəfələrlə əli ilə üzünü tutub sahibinin yanına qaçsa da, bir köməyi
olmayıb!
Nə üzündən
qızartı çəkilib,
nə də qulağından səs!
Çünki şapalaq
xəstəlik deyil ki, dava-dərmanla müalicə edəsən!
Tutuzdurdun qurtardı
getdi!
İndi yalvarıb
yaxarırlar ki, heç olmasa elə edin ki,
növbəti şapalaq
gəlməsin! “Böyük
qardaş”la “böyük
bacı” “keçilərinin”
(Qoçu Nəcəfqulunun
keçisi nəzərdə
tutulmur) mühafizəsini
təmin etmək üçün qoruyucuların
(Avropada buna “müşahidəçilər” deyilir) sayını artırmaq barədə məsələ qaldırdılar
ki, bəlkə “rusca keçi” ürəklənə. Çünki
ermənini çıldağa
aparmaq da mümkün deyil ki, qorxuluğunu götürələr!
Amma o da alınmır. Əvvəla,
təmas xətti boyunca o qədər müşahidəçi düzmək
mümkün deyil ki, şapalaq salmağa mane ola
bilsinlər. İkincisi, indiki “krizis”
dövründə onların
maaşını da çatdırmaq çətindir.
Amma iqtisadi şapalaqlar dalbadal dəyməkdədir!
Bakı-Tbilisi-Ceyhan
Ermənistandan yan keçdi...
Bakı-Tbilisi-Ərzurum
Ermənistandan yan keçdi...
Bakı-Tbilisi-Qars
Ermənistandan yan keçdi...
Hələ bu harasıdır!
“Şərq-Qərb”
nəqliyyat dəhlizinə
Ermənistanın əli
çatmır!
“Şimal-Cənub”
nəqliyyat dəhlizinə
Ermənistanın əli
çatmır!
Üstəlik:
Azərbaycan-Türkiyə-Rusiya yeni əməkdaşlıq formatı
yaradıldı...
Azərbaycan-Rusiya-İran yeni əməkdaşlıq formatı
yaradıldı...
Rəşt-Astara və Astara-Astara dəmir yolu xətti çəkilməklə
İran-Ermənistan dəmir
yolunun çəkilməsi
niyyəti puça çıxdı.
Pul tapılmadığına
görə yox! Artıq əhəmiyyətsiz
göründüyü üçün!
Bu gün Azərbaycan beynəlxalq nəqliyyat qovşağına
çevrilir!
Amma bu qovşaqda Ermənistana yer yoxdur!
Çox çalışdılar
ki, bir təhər
Ermənistanı beynəlxalq
layihələrə soxuşdursunlar!
Alınmadı!
Azərbaycanda insan hüquqlarının “pozulması”,
mətbuat və söz azadlığının
boğulması barədə
haray-həşir qopardılar!
Sübut edə bilmədilər!
Ermənistandan keçməyən
layihələrin reallaşdırılması
üçün kreditlərin
verilməsinə mane oldular!
Xeyri olmadı!
Layihə gerçəyə
çevrildi də, işləyib tərəfdarlarının
sayını artırdı
da, Azərbaycanın Cənubi Qafqazda söz sahibi olduğunu bir daha təsdiqlədi də!
Ermənistan öz havadarları ilə kənardan baxa-baxa qaldı!
Nə “Surix protokolları” kara
gəldi, nə də “futbol diplomatiyası!”
Təzədən əvvəlki
taktikaya qayıtdılar:
Atəşkəsin və işğalın ömrünü
uzatmağa!
Hələ bəzilərinə
çatmayıb ki, Qarabağ cəbhəsində
atəşkəs yoxdur!
Əgər varsa, onda hər
gün yüz dəfədən çox
pozulan nədir?
O şey ki pozulur, ona
var demək olarmı?
Ermənilər tərəfindən öldürülən
azərbaycanlı mülki
əhalini, o cümlədən
uşaqları kimin ayağına, yaxud vicdanına yazaq?!
Məgər atəşkəs hərbçilər
üçündür, onun
mülki adamlara dəxli yoxdur?
Axı, əsgər
və zabitlərimiz də şəhid olur!
Erməni havadarları
vəziyyətdən çıxış
yolunu monitorinqlərdə
iştirak edən müşahidəçilərin sayını artırmaqda görürlər!
Guya müşahidəçi
çox olsa, atəşkəs pozulmayacaqdır!
Mənasız fikirdir!
Onda təmas xəttindəki hər əsgərə bir müşahidəçi
təhkim ediləcək?
Ermənistan tərəfindən bunu etmək asandır. Çünki
nə orduya çağırmağa adam tapırlar, nə posta qoymağa
əsgər!
Azərbaycan tərəfində isə
elə bir ordu yaradılıb ki, kənar müşahidəçilər ona nəzarət edə bilməzlər.
Silahlar yeni, texnologiya müasir, ordu qüdrətli...
Nə atəşkəs,
nə də müşahidəçi aprel
toqquşmasının qarşısını
ala bilmədi!
Böyük Qayıdışın
başlanğıcı sayılan
Cocuq Mərcanlı yarandı!
Daha sonra Tərtərin işğaldan
azad edilmiş ərazisində yeni yaşayış massivi salındı!
Bütün bunlar iki il bundan əvvəl vurulmuş şapalaqdan sonra baş verdi!
Şapalaq qorxusu az qala digər problemləri arxa plana atır:
* Ermənilər
sürətlə Ermənistanı
tərk edirlər;
* millətin
sayı artmır, prezidentləri nə qədər qərar qəbul edib sərəncam versə də, analar həvəsdən düşüblər,
doğmaq istəmirlər;
* Ermənistandakı
analar oğlanlarının
Dağlıq Qarabağda
əsgəri xidmət
keçməsinə razılıq
vermirlər, çünki
övladlarının özgə
torpağında ölməsini
istəmirlər;
* orduda
xidmət etmək üçün çağırışçı
çatışmır;
təmas xəttindəki
döyüş postlarında
növbə çəkməyə
əsgər yoxdur;
* korrupsiya
və rüşvətxorluq
tüğyan edir,
işsizlik, yoxsulluq,
dilənçilik dözülməz
həddə çatıb...
Bir deyil, beş deyil!
Hansını sayasan?!
Daha bir qəfil şapalaq isə YAP-ın VI qurultayından gəldi! Azərbaycan Prezidenti İlham Əliyev o qurultaydakı nitqində təkcə işğal olunmuş torpaqlara deyil, üstəlik, qədim Azərbaycan torpaqlarına - Yerevana və Zəngəzura da qayıdacağımızı
bəyan etdi!
Ali Baş Komandanın bu açıqlaması Ermənistanda
zəlzələ və
vəlvələ effekti
yaratdı!
Çünki ermənilər
yaxşı bilirlər
ki, Azərbaycanın dövlət başçısı
dediyini edəndir!
Həm də Cocuq Mərcanlıya qayıdış da bu sözlərin zarafat olmadığını
açıq-aydın göstərir!
Hamı yaxşı
bilir ki, şapalaqdan sonra təpik gəlir!
Təpik isə adamı durduğu yerdən çox-çox
uzaqlara atır!
Erməniləri qorumaq istəyənlər təpik
gələnə qədər
məsələni sülh
yolu ilə, Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində
həll etməlidirlər!
Sonra gec olacaq!
Həm də
Ali Baş Komandanımız
hər şeyin vaxtını-vədəsini hamıdan
gözəl bilir!
Aprel şapalağı kimi!..
Bəxtiyar SADIQOV
Azərbaycan.- 2018.-1 aprel.- S. 1.