Ata-baba yurdlarına qayıdacaqlarına əmindirlər

 

Kəlbəcərin işğalından 25 il keçir

 

Kəlbəcər qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Burada mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri bu yerlərdə yaradılıb.

Aparılan tədqiqatlar deməyə əsas verir ki, Kəlbəcər toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buradakı oronomik toponimlərin hamısı türk mənşəlidir və bir sıra qədim türk tayfalarının adı bu günbu toponimlərdə yaşayır. Aparılan arxeoloji qazıntılar zamanı ərazidə 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilmişdir. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Hətta Kəlbəcərdə “Türk qəbiristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıqlar da mövcuddur.

1936 kvadratkilometr ərazisi olan Kəlbəcər qədimliyi ilə yanaşı, həm də əsrarəngiz təbiət gözəlliyi ilə Azərbaycanın ən dilbər guşələrindən biri olmuşdur. Böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim abidələri ilə də seçilirdi. Lakin 1993-cü il aprel ayının 2-də ermənilər tərəfindən işğal edilərkən bu abidələrin əksəriyyəti məhv edildi. Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Həsən Camal kilsəsi, Qanlıkənd ərazisində Lök qalası, Qaracanlı kəndində Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində, Başlıbel, Otaqlı və Soyuqbulaq kəndlərindəki məscidlər, Tərtər çayı üzərindəki Tağlıdaş körpüsüsair abidələr yerlə-yeksan edildi.

Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərkən dinc əhaliyə divan tutulmaqla yanaşı, onları da öz ata-baba yurdlarından didərgin saldılar. 60 minədək əhali məcburi köçkünlük həyatı yaşamağa məruz qaldı. Qeyri-bərabər döyüşlər zamanı 511 nəfər kəlbəcərli şəhid oldu. 231 nəfər itkin düşdü, yüzlərlə insan şikəst qaldı. 130 yaşayış məntəqəsi, dünya şöhrətli “İstisu” sanatoriyası, 500-dən çox sənaye, tikinti, məişət, ticarət obyekti, 172 mədəniyyət obyekti, 96 ümumtəhsil məktəbi, 76 səhiyyə obyektibir muzey darmadağın edildi.

Baş vermiş həmin hadisələr o dövrdə respublikaya rəhbərlik edən AXCP-Müsavat cütlüyünün yarıtmaz rəhbərliyinin nəticəsi idi. Ölkədə mövcud olan xaosanarxiya, daxili çəkişmələr, vəzifə davası Kəlbəcərin də düşmən nəzarətinə keçməsinə səbəb oldu. Başı minbir müsibət çəkən kəlbəcərli məcburi köçkünlər respublikamızın müxtəlif şəhər və rayonlarına pənah gətirdilər. Əksəri heç bir məişət şəraiti olmayan binalarda məskunlaşdı. Onların məşəqqətli günləri ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələnə kimi davam etdi. Dahi rəhbər respublikaya rəhbərlik etdiyi ilk gündən qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün müxtəlif tədbirlər həyata keçirməyə başladı. Ulu öndərdən sonra Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirdi. İlk növbədə qaçqınlar və məcburi köçkünlər üçün yeni qəsəbələrin inşasına başlanıldı. Həmin qaçqın qəsəbələrindən biri Gəncədəki 1500 ailəlik şəhərcikdir.

Bu günlərdə şəhərciyə gedib qəlbi yurd həsrəti ilə döyünən kəlbəcərli ağsaqqallarla görüşdük. Hamının üzündə nikbinlik var idi. Kimi danışdırdıqsa, yaradılan həyat şəraitindən məmnunluqla söhbət açdı. Bu şəraiti onlara yaradan ölkə rəhbəri İlham Əliyevə minnətdarlıq etdilər. Kəlbəcər rayon Ağsaqqallar şurasının sədri Əli Qələndərov dedi: - Bəlkə də indiki nəslin 1990-cı illərdə respublikaya rəhbərlik edən səriştəsiz insanların əməllərindən xəbərləri yoxdur. Ancaq mən o müsibətləri öz gözlərimlə görmüşəm. Mühasirə şəraitində yaşayan kəlbəcərlilərin harayını ozamankı respublika rəhbərləri ya eşitmir, ya da eşitmək istəmirdilər. Müharibənin şiddətli vaxtında ölkə daxilində vəzifə davası gedirdi. Dövlətdən heç bir kömək görməyən dinc əhali könüllülərdən ibarət müdafiə batalyonu yaradaraq ana-bacılarımızı, körpə uşaqlarımızı qoruyurdular. Ancaq qeyri-bərabər döyüşlərdə bir-bir rayonlarımız işğal olunmağa başladı, o cümlədən Kəlbəcər. İnsanlar ancaq əyinlərindəki paltarla ev-eşiklərini qoyub, canlarını yağı düşməndən qurtardılar. Mənim ailəm də həmin dövrdə didərgin düşdü. Bir neçə il ağır günlər yaşadıq. Ulu öndər hakimiyyətə gəldikdən sonra güzəranımız qaydaya düşdü. İndi bu şəhərcikdə yaşayırıq. Sağ olsun ölkə rəhbəri. Bizə xüsusi diqqət və qayğı göstərir.

Kəlbəcərli el ağsaqqalı Elman Məmmədov da o ağır günləri heç vaxt unutmayacağını bildirərək dedi ki, getsin o günlər, gəlməsin. Ailə üzvlərimin qarşısında başı aşağı gəzirdim. Heç bir məişət şəraiti olmayan binada məskunlaşmışdıq. Gəncədəki qaçqın şəhərciyindən mənim də ailəmə 3 otaqlı mənzil verdilər. Şükürlər olsun ki, indi heç bir çətinliyimiz yoxdur.

Musa Əzizov Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Onun ailəsi qaçqın şəhərciyində mənzillə təmin edilib. Söhbət zamanı Musa Əzizov 1990-cı illərə qayıdaraq ürək sözlərini belə ifadə etdi:-Uzun illər müəllimliklə jurnalistliklə məşğul olmuşam. Bir oğlum, iki nəvəm var. Yeni salınan qəsəbədə mənə ikiotaqlı, oğluma üçotaqlı, həyat yoldaşı Kəlbəcərdə həlak olan bacıma birotaqlı mənzil veriblər.

1990-cı illərdə baş verən hadisələr hamımızın yaxşı yadındadır. Həmin illərdə ulu öndər Heydər Əliyev Moskvadan Azərbaycana gəldi. Lakin həmin dövrdə ölkəyə rəhbərlik edən AXCP-Müsavat cütlüyü ona Bakıda qalmağa imkan vermədi. Dahi rəhbər məcbur olub Naxçıvana getdi. Halbuki ölkəni düşdüyü bəladan ancaq o qurtara bilərdi. Kəlbəcərin ağır günləri idi. Rayonda işıq olmadığından respublikada baş verənlərdən məlumatsız idik. Bununla belə, xalq yeganə nicat yolunu Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdü. Çünki insanlar Heydər Əliyevin 1970-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə canı qədər sevdiyi xalqı üçün nələr etdiyini yaxşı bilirdi. Azərbaycan böyük uğurlara imza atmışdı. Xalqın güzəranı dəfələrlə yüksəlmişdi. Odur ki, bütün respublika əhalisi kimi kəlbəcərlilər onun respublikaya rəhbərliyini arzulayırdılar.

Musa Əzizov bir hadisəni yadına salıb dedi ki, 1993-cü il idi. Kəlbəcər işğal olunanda bir çox rayon sakini Gəncəyə pənah gətirmişdi. Burada da vəziyyət çox pis idi. Silahlı dəstələr müdafiə batalyonu adı altında insanları qarət etməklə məşğul idi. Hətta bir dəfə həmin dəstələrdən biri Qırmızıkənd deyilən yaşayış məntəqəsinə işləyən avtobusu gülləbaran etmişdi. Nəticədə bir qadın ayağından yaralanmışdı. İndi düşünürəm, yaxşı ki, Azərbaycan xalqının Heydər Əliyev kimi lideri olub. Yoxsa bu millətin axırı necə olacaqdı?!

Surxay Səlimov da Kəlbəcərin ziyalılarındandır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Gəncədə yaşadığı müddətdəQorxulu yollar”, “Dağlardan doğan günəşromanları, eləcə Dəlidağ dastanıpovesti işıq üzü görüb. Hazırda yenı əsərlər üzərində işləyən Surxay Səlimovun da ürəyində deməyə sözü çox idi. Bildirdi ki, Azərbaycan öz müstəqilliyini elan edəndə sevincimin həddi-hüdudu yox idi. Fikirləşirdim ki, artıq torpaqlarımızın sahibiyik. Lakin təəssüflər olsun ki, müstəqilliyimizin bərpasından sonrakı ilk illərində səriştəsiz insanlar hakimiyyətə gəldilər ölkəni fəlakətə sürüklədilər. Vəziyyət o yerə çatmışdı ki, Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Yaxşı ki, ulu öndər həmin dövrdə xalqın təkidli tələbi ilə hakimyyətə gəldi zəngin təcrübəsindən istifadə edərək bizi bəlalardan xilas etdi. Onun layiqli davamçısı İlham Əliyevin xidmətləri çox böyükdür. İstər əhalinin sosial-rifah halının yüksəlməsində, istər abadlıq quruculuq işlərinin görülməsində, istərsə iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətləri var. Təkcə paytaxtda deyil, regionların inkişafında da onun böyük əməyi var. Ən ucqar kəndlərdə yeni yollar çəkilir, infrastruktur yenilənir. Həyata keçirilən böyük layihələr nəticəsində yeni yerləri açılır, insanların məşğulluğu təmin edilir.

Axırda vurğuladı ki, 6 övladı var. Hamısı ali təhsillidir. Hazırda nəvələri ali təhsil alırlar. Tezliklə Kəlbəcərin işğaldan azad olunacağına o da ürəkdən inanır. Deyir ki, doğma yurdlarına qayıtmaqla öz ata-baba yurdlarına yeni hərarət gətirəcək, ulularının ruhunu şad edəcəklər.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2018.- 1 aprel.- S.9.