Ağsu, İsmayıllı,
Qobustan və Şamaxı rayonlarında
təhsil infrastrukturunun
inkişafı ilə
əlaqədar tədbirlər
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq Azərbaycan Respublikasında
təhsil infrastrukturunun
yenidən qurulması
məqsədi ilə qərara alıram:
1. Ağsu, İsmayıllı, Qobustan
və Şamaxı rayonlarında cəmi 776 şagird yerlik modul tipli 14 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi
ilə Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasının
2018-ci il dövlət
büdcəsində dövlət
əsaslı vəsait
qoyuluşu (investisiya xərcləri) üçün
nəzərdə tutulan
vəsaitin bölgüsü”nün
1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin
4 392 000 (dörd milyon
üç yüz doxsan iki min) manatı Azərbaycan Respublikasının Təhsil
Nazirliyinə ayrılsın.
2. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
3. Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyi bu sərəncamın 1-ci hissəsində
göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
2 aprel 2018-ci il
Azərbaycan.- 2018.- 3 aprel.- S.2.