K.Q.Nəzərova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında avtomobil sənayesinin inkişafında xidmətlərinə görə Kamran Qılman oğlu Nəzərova “Əməkdar mühəndis” fəxri adı verilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 aprel 2018-ci il

 

Azərbaycan.- 2018.- 4 aprel.- S.2.