Çevik və
modern islahatlar aparılması
yüksək nəticələr
verir
Azərbaycan ölkə
iqtisadiyyatının dünya
iqtisadiyyatına inteqrasiya
kursunu uğurla davam etdirir
Son 15 ildə Azərbaycan
şərəfli yol keçib. Ölkəmiz bütün sahələrdə
böyük uğurlara
imza atıb, beynəlxalq nüfuzu yüksəlib. Bu gün regionda aparıcı iqtisadi gücə çevrilən
Azərbaycanın təşəbbüskarı
olduğu, tərəfdaşları
ilə birgə həyata keçirdiyi bir sıra irimiqyaslı
layihələr nəinki
regionun, eləcə də qonşu bölgələrin inkişafına
mühüm töhfə
verir.
Bu layihələr
sırasında Bakı-Tbilisi-Ceyhan neft boru
kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru xətti, ötən il istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu, hazırda reallaşdırılan,
Avropanın enerji təhlükəsizliyini təmin
edəcək nəhəng
“Cənub qaz dəhlizi” layihəsi, o cümlədən Transanadolu
(TANAP) və Transadriatik
(TAP) boru kəmərlərinin
tikintisini, Cənubi Qafqaz boru kəmərinin
genişləndirilməsini, bundan başqa, Azərbaycanın “Şimal-Cənub”
Beynəlxalq Nəqliyyat
Dəhlizinin reallaşdırılması
üzrə gördüyü
işləri göstərmək
olar.
Bütün bunlarla yanaşı, ölkədə iqtisadi islahatlar davam edir, iqtisadiyyatın qeyri-neft sektoru, xüsusən aqrar sahə sürətlə inkişaf edir. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, inkişafa gedən yol dünya iqtisadiyyatına tam inteqrasiyadan
keçir. Bunu Çin, Cənubi Koreya, Yaponiya, Tayvan kimi ölkələrin
təcrübəsi də
sübut edib. Məhz bu səbəbdən Azərbaycan son 15 ildə ölkə iqtisadiyyatının
dünya iqtisadiyyatına
inteqrasiya kursunu seçdi və hazırda da bunu uğurla davam etdirir. Buna aid yüzlərlə misal çəkib, aparılan iqtisadi islahatlar nəticəsində
dünya iqtisadiyyatına
inteqrasiya istiqamətində
hər gün bir qədər də irəlilədiyimizi
isbat etmək mümkündür.
Bu gün
inamla deyə bilərik ki, Azərbaycan proqressiv ölkədir və bizim iqtisadi formulamız uğurludur. Bizim müasir
iqtisadiyyatımız var
və formalaşır.
Azərbaycan zənginləşir, düşmənimiz isə
yoxsullaşır, Ermənistan
zəif dövlətə
çevrilir.
Xüsusilə vurğulanmalıdır ki,
bütün dünyada
iqtisadi inkişaf, qüdrətli dövlət
yalnız ictimai-siyasi baxımdan sabit cəmiyyətlərdə mümkün
olur. Unutmayaq ki, bu sabitliyi Azərbaycan xalqına ulu öndər Heydər Əliyev bəxş edib.
Son illərdə
biz,
- ictimai-siyasi
sabitliyin;
- dövlət
quruculuğunun hər
gün möhkəmləndirilməsinin;
- sosial-iqtisadi
inkişafın;
- kənd
təsərrüfatı və
sənayenin inkişafının;
- əhalinin
sosial müdafiəsinin
gücləndirilməsinin;
- hərbi
quruculuğun və Azərbaycan Ordusunun ən müasir silahlarla təchizatının,
hərbi sənayenin əsasının qoyulmasının
və Azərbaycan mənşəli hərbi
texnikanın istehsalının;
- iqtisadi-struktur
islahatların, dünyada
sınanmış idarəetmə
strukturunun yaradılmasının
(təbii ki, bu idarəetmə strukturunun tam formalaşması
zaman tələb edən prosesdir);
- beynəlxalq
ixtisaslara yiyələnən,
xaricdə dövlət
hesabına təhsil alan, savadlı, sağlam gəncliyin formalaşmasının;
- yeni
modern, müasir səhiyyə,
təhsil ocaqlarının
yaranmasının;
- ərzaq
təhlükəsizliyinin təmin
olunması sahəsində
ciddi addımların atılmasının;
- vergi
və gömrük sahələrində yeniliklərin,
şəffaflığın, etibarlılığın, qarşılıqlı
inamın təmin olunmasının, cəmiyyətin,
dövlətin inkişafı
naminə atılan digər bir çox real addımların
şahidiyik.
Ölkə iqtisadiyyatında tərəqqi
heç şübhəsiz
ki, digər sahələrin də inkişafına təkan verir. Bunun bariz nümunəsi
kimi Azərbaycanın
son illərdə idman
sahəsində əldə
etdiyi nailiyyətləri
də göstərmək
olar. Belə ki, paytaxtımızda İlk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının son dərəcə
yüksək səviyyədə
təşkili, Azərbaycanda
mütəmadi olaraq bir sıra digər
idman yarışlarının
keçirilməsi, idmançılarımızın
dünya və Avropa çempionatları,
Olimpiya Oyunları kimi nüfuzlu yarışmalarda uğurla
çıxış etməsi,
medallar qazanması Azərbaycanın dinamik inkişaf edən idman ölkəsinə çevrildiyini nümayiş
etdirdi. 2020-ci ildə isə UEFA futbol üzrə Avropa çempionatı kimi milyonlarla azarkeşi olan tədbirin bir neçə oyunu Bakıda keçiriləcək.
Həmçinin Bakı
beynəlxalq konfranslar,
forumlar, simpoziumlar, festivallar və digər irimiqyaslı tədbirlərin ev
sahibinə çevrilib.
Azərbaycanda turizm sahəsi də yüksək templə inkişaf edir. Rusiya, İran kimi
yaxın qonşu ölkələrdən, ərəb
dövlətlərindən və müəyyən qədər Avropa İttifaqı ölkələrindən
Azərbaycana turist axını artır.
Xarici ölkələrdən insanlar
Azərbaycana gəlir,
buradakı gözəlliyə,
rahatlığa, sabitliyə,
təhlükəsizliyə, multikulturalizmə, tolerant mühitə
heyran olurlar. Təsadüfi deyil ki, 2018-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycana
dünyanın 139 ölkəsindən
352,5 min və ya ötən illin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz
çox əcnəbi
və vətəndaşlığı
olmayan şəxs gəlib.
Bir daha qeyd edək
ki, bütün bu uğurlar ümumilikdə ölkə
iqtisadiyyatının inkişafına
dəlalət edir. Dünyada
maliyyə-iqtisadi böhranın
hökm sürməsinə
baxmayaraq, Azərbaycan
2003-2018-ci illərdə bu
böhrandan ən az itkilərlə
çıxan, eyni zamanda inkişaf edən ölkə oldu. Belə ki, bu illərdə
ÜDM 3,2 dəfə, büdcə
gəlirləri - 13,5, strateji
valyuta ehtiyatları -
23, xarici ticarət dövriyyəsi - 4,6, ixrac
məhsulları 6 dəfə
artıb.
Ölkə regionlarının inkişaf
etdirilməsi də diqqətdən qaçmamalıdır. Prezident
İlham Əliyevin müvafiq sərəncamları
ilə regionların sosial-iqtisadi inkişafı
üzrə dövlət
proqramları qəbul
edildi, bu proqramların icrası sayəsində bölgələrimizdə
inkişaf sürətləndi,
infrastruktur kökündən
dəyişdi, yol çəkilişi, su, qaz, elektrik enerjisi
ilə təminat insanların rifahını,
rahat həyat şəraitini əhəmiyyətli
dərəcədə dəyişdi,
iqtisadiyyatın inkişafının
təkanverici amilinə
çevrildi.
Statistik rəqəmlər də bu ardıcıl, səlis islahatların eyni zamanda məşğulluğun
təmin olunması, əhalinin gəlirlərinin
artması ilə nəticələndiyini göstərir. Belə
ki, əhalinin nominal gəlirləri 8,6 dəfə,
minimum əməkhaqqı 12,9 dəfə artdı, daimi iş yerlərinin
sayı 1 436 200-ə çatdı,
işsizliyin səviyyəsi
9,2 faizdən 5 faizə,
yoxsulluğun səviyyəsi
44 faizdən 5,4 faizə
endi.
Regionlarda minlərlə yeni təhsil müəssisəsi
yenidən tikildi, əsaslı təmir edildi. Yüzlərlə səhiyyə ocağı,
diaqnostik mərkəzləri
əhalinin istifadəsinə
verildi. 3500 tələbə
dövlət hesabına
təhsil aldı, ali təhsil
alanların sayı 38
faiz artdı.
Son illərdə
ölkədə 11 min km yeni
yollar salınıb, 4,9 km metro xətti çəkilib. 50-yə yaxın Olimpiya İdman Kompleksi tikilib.
Bu nailiyyətlərin
nəticəsidir ki, ölkəmiz hazırda bütün beynəlxalq mötəbər qurumların
reytinqlərində qabaqcıl
yerlərdədir. Azərbaycan dünyada ərzaq
təhlükəsizliyi indeksində
57-ci yerə yüksəldi;
rəqabətlilik indeksində
35-ci yerdə qərarlaşdı;
innovasiya potensialına
görə dünyada
44-cü oldu.
İqtisadi sahədə inkişaf ölkənin valyuta ehtiyatları, eləcə
də idxal-ixrac əməliyyatlarında özünü
göstərdi. Belə ki, Azərbaycanın
valyuta ehtiyatları artıq 44 milyard dollara çatıb.
2007-ci ildə ölkədən
19 milyard 321 milyon manatlıq məhsul ixrac olunduğu halda, 2016-cı ildə bu göstərici 280 milyard 54 milyon manata yüksəldi.
Aqrar sahədə uğurlarımız da az deyil.
Son 10 ildə bitkiçilik
məhsulları 3,1 dəfə,
heyvandarlıq - 3,4, ət
istehsalı - 1,6, quş
əti istehsalı -
4,6, yumurta istehsalı
- 1,8, süd istehsalı
1,5 dəfə artıb.
Kənd təsərrüfatında 2007-ci ildə 2 918 600 ton məhsul
istehsal olunmuşdusa,
2016-cı ildə bu göstərici 5 632 400 tona
çatdı. 2017-ci ildə 150 min hektar torpaq əkin dövriyyəsinə cəlb
edildi.
Son illərdə
ərzaq və kənd təsərrüfatı
məhsullarının istehsalı
ilə yanaşı, texniki bitkilərin istehsalı və ixracı da artmaqda davam edir. Əhalinin məşğulluğu təmin olunur, ölkəmizə qeyri-neft
sektorundan valyuta axını artır.
Məsələn, 2015-ci ildə 35 min ton, 2016-cı
ildə 89 min ton, 2017-ci ildə
207 min ton pambıq yığılıb.
3 ildə artım təkcə bu sahədə 5,9 dəfə olub. Baramaçılıq üzrə 2015-ci ildə 236 kq, 2016-cı ildə 70 ton, 2017-ci ildə
isə 245 ton barama tədarük edilib. Yəni 3 ildə 1000 dəfədən
çox artım olub.
Sön dövrlərdə Prezident
İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq, çay, çəltik və sitrus meyvələri istehsalının
inkişafı məsələlərinə,
pambıqçılığın inkişafı məsələlərinə
dair respublika müşavirələri keçirilib. Müşavirələrdə dövlət başçısı
aqrar sahədə görüləcək işlərlə
bağlı müvafiq
tapşırıqlarını verib, istiqamətləri müəyyənləşdirib.
Bütün bunlar iqtisadi islahatların məntiqi nəticəsidir. Heç şübhəsiz ki, növbəti illərdə də Azərbaycan iqtisadiyyatının
artımı davam edəcək, bir çox sahələrdə
yeni nailiyyətlər
əldə olunacaq.
Xaliq MƏMMƏDOV,
iqtisad üzrə fəlsəfə doktoru
Azərbaycan.- 2018.- 4 aprel.-
S.5.