“The Baltic Course”
internet jurnalında azərbaycanlıların
soyqırımı haqqında
məqalə dərc edilib
“The Baltic Course” internet jurnalında AZƏRTAC-ın
xüsusi müxbiri Nigar Cəfərlinin 31
mart - Azərbaycanlıların Soyqırımı Günü
ilə bağlı məqaləsi dərc edilib.
Məqalədə qeyd edilir ki, martın
31-də Azərbaycan xalqı
yüz il
əvvəl, 1918-ci ildə
ermənilərin dinc azərbaycanlılara qarşı
törətdiyi soyqırımı
qurbanlarının xatirəsini
anır.
Müəllif diqqətə
çatdırır ki,
1918-ci ilin mart-aprel aylarında bolşeviklərdən
və şovinist erməni daşnaklarından
ibarət silahlı dəstələr Azərbaycanda
sovet hakimiyyəti qurmaq bəhanəsi ilə Bakı, Gəncə, Quba, Şamaxı, Xaçmaz, Lənkəran, Hacıqabul
və ölkənin onlarla digər yaşayış məntəqələrində
kütləvi qırğınlar
törədiblər. Bu qırğınlar nəticəsində
milli və dini mənsubiyyətinə
görə 50 mindən
çox insan qətlə yetirilib.
Məqalənin sonunda qeyd edilir ki,
Azərbaycan tərəfinin
bu tarixi fakta yanaşması birmənalıdır: bu cinayətlər bir daha təkrar olunmamalı, Azərbaycanda
olduğu kimi, hər bir ölkədə
etnik, mədəni və konfessional rəngarənglik milli sərvət hesab edilməli, multikulturalizm və tolerantlıq cəmiyyətin həyat tərzinə çevrilməlidir.
Azərbaycan.- 2018.-4 aprel.-
S.5.