Azərbaycan hər zaman Fələstin Dövlətinin və xalqının yanındadır

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Fələstin Dövlətinin xarici işlər naziri Riad Malkini qəbul edib.

AZƏRTAC xəbər verir ki, nazir Riad Malki Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Riad Malki İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında Azərbaycan Prezidentinin iştirakının çox əhəmiyyətli olduğunu qeyd etdibu tədbirdə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Qonaq Bakıda keçirilən Qoşulmama Hərəkatı nazirlər konfransının önəmini vurğuladı və bu tədbirdə iştirakından məmnunluğunu ifadə etdi.

Dövlətimizin başçısı Fələstinin xarici işlər naziri Riad Malkinin Bakıda keçirilən tədbirdə iştirakının önəmini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın hər zaman Fələstin Dövlətinin və Fələstin xalqının yanında olduğunu vurğuladı, İstanbulda keçirilən Zirvə toplantısında ölkəmizin iştirakını bu həmrəyliyin nümayişi kimi dəyərləndirdi.

Prezident İlham Əliyev Mahmud Abbasın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Fələstin Prezidentinə çatdırmağı xahiş etdi.

 

Azərbaycan- 2018.- 5 aprel.- S.1.