Azərbaycanda son illər
turizm sürətlə
inkişaf edir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev aprelin 4-də Dünya Turizm Təşkilatının
baş katibi Zurab Pololikaşvilini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Zurab Pololikaşvilini Dünya Turizm Təşkilatının baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi və ona işində uğurlar arzuladı. Dövlətimizin başçısı Azərbaycanın Dünya Turizm Təşkilatı ilə ənənəvi uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq Zurab Pololikaşvilinin ölkəmizə səfərinin əlaqələrin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.
Azərbaycan Prezidenti ilə görüşündən qürur hissi keçirdiyini deyən Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili rəhbərlik etdiyi qurumun və özünün fəaliyyətinə Azərbaycanın verdiyi dəstəyə görə minnətdarlığını bildirdi.
Söhbət
zamanı Azərbaycanda son illər turizmin sürətlə inkişaf
etdiyi, ölkəmizə gələn xarici qonaqların sayının durmadan artdığı məmnunluqla qeyd olundu, Bakıda və regionlarda turizmin
inkişafı üçün yüksək
səviyyədə infrastrukturun
yaradılması istiqamətində genişmiqyaslı işlərin
həyata keçirildiyi
vurğulandı, əməkdaşlığın perspektivləri
ətrafında fikir mübadiləsi
aparıldı.
Azərbaycan.- 2018.- 5 aprel.- S.2.