Xalq Artisti Arif Babayevin 80 illik yubileyi qeyd edilib

 

Heydər Əliyev Sarayında görkəmli muğam ifaçısı, Xalq Artisti Arif Babayevin 80 illik yubileyi qeyd edilib.

AZƏRTAC xəbər verir ki, tədbir xanəndənin həyat yaradıcılığını əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

Yubiley gecəsində mədəniyyət turizm naziri Əbülfəs Qarayev çıxış edərək görkəmli muğam ifaçısı Arif Babayevin ömür yolundan, muğam sənətinin inkişafındakı xidmətlərindən özünəməxsus ifaçılıq üslubundan danışıb. Son illər muğamın ölkəmizin hüdudlarından kənarda da şöhrət tapdığını deyən nazir muğam sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti olduğunu vurğulayıb.

Qeyd edilib ki, yüksək səhnə mədəniyyətinə malik Arif Babayev dünyanın çox ölkəsində qastrol səfərində olub, muğamlarımızın, milli musiqimizin təbliğində, sevilməsində böyük xidmətlər göstərib. Sənətkarın Opera Balet Teatrının solisti muğam ifaçısı kimi səmərəli xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. O, 1978-ci ildə Əməkdar Artisti, 1989-cu ildə Xalq Artisti fəxri adlarına layiq görülüb, ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildəŞöhrətordeni ilə təltif olunub. 2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan Arif Babayev dövlətimizin başçısı İlham Əliyevin 2008-ci il 15 fevral tarixli Sərəncamı ilə Azərbaycan muğam sənətinin inkişafındakı böyük xidmətlərinə görəİstiqlal”, bu il isəŞərəfordeni ilə təltif edilib.

Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyevanın təbriklərini yubilyara çatdıran nazir ona "Şərəf" ordenini təqdim edib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli muğam sənətinin müasir dövrdə inkişafından söz açaraq bildirib ki, bu gün bütün qarabağlıların bir nisgili - Şuşa, Qarabağ nisgili var. “İnanırıq ki, tezliklə Şuşada Arifin sehrli səsini, ifasını eşidəcəyik”, - deyə Fərhad Bədəlbəyli vurğulayıb.

Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azərpaşa Nemətov yubilyara təmsil etdiyi təşkilatınSənətkarmedalını təqdim edib.

Azərbaycan Dövlət Opera Balet Teatrının adından Arif Babayevi Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev təbrik edib. O, xanəndənin opera səhnəsindəki fəaliyyətindən söz açıb rəhbərliyin təbriklərini ünvanlayıb.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti Siyavuş Kərimi, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq Artisti Murad Hüseynov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu yubilyarı təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.

Çıxışlarda qeyd edilib ki, 1964-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olan gənc müğənni 1966-cı ildə Xalq Artisti Əfrasiyab Bədəlbəylinin dəvəti ilə Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında fəaliyyətə başlayıb. 2006-cı ilədək bu teatrda çalışan Arif Babayev müxtəlif illərdəLeyli Məcnun”, “Əsli Kərəmoperalarında Məcnun, Kərəm, “Aşıq Qərib”də Qərib, “Şah İsmayıl”da Şah İsmayıl, “Gəlin qayası”nda Camal rollarının ən mahir ifaçılarından olub. Onun iştirakı iləLeyli Məcnun”, “Əsli Kərəm s. operaları bu gün musiqimizin qızıl fondunda qorunub saxlanılır. Qeyd edilib ki, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən olan Arif Babayev mahir muğam ifaçısı kimi təkcə Azərbaycanda deyil, bütün Şərqdə türk dünyasında şöhrət qazanıb. Onun ifa etdiyiŞur”, “Rast”, “Bayatı-Şiraz”, “Çahargah”, “Mirzə Hüseyn segahı”, “Zabul segah”, “Segahmuğamları, xalq mahnıları, təsniflər, bəstəkar mahnıları musiqi mədəniyyətimizin xəzinəsinə daxil olub.

Diqqətə çatdırılıb ki, Azərbaycan muğam ifaçıları arasında ilk dəfə professor elmi dərəcəsinə layiq görülən müğənni məhz Arif Babayevdir. O, hazırda Azərbaycan Milli Konservatoriyasında muğam kafedrasının müdiridir. Yetirmələrinin əksəriyyəti respublikamızın tanınmış, adlı-sanlı xanəndələridir.

Vurğulanıb ki, çağdaş mədəniyyətimizin görkəmli nümayəndəsi, milli musiqimizin, xalq mahnı muğamlarımızın mahir ifaçısı, ustad sənətkar, professor Arif Babayev ecazkar səsi, pedaqoji təcrübəsi ilə milli mədəniyyətimizin inkişafı təbliği istiqamətində önəmli fəaliyyətini bu gün davam etdirir.

Yubiley gecəsində muğam sənətinin inkişafında, milli musiqimizin təbliğində böyük rolu töhfələri olan sənətkarın tanınmış xanəndələrin ifasında xalq mahnıları, təsniflər muğamlar səsləndirilib.

Tədbirin sonunda Xalq Artisti Arif Babayev sənətinə göstərilən diqqət qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Yubiley mərasimi böyük sənətkarın yetirmələri ilə birgə məharətlə ifa etdiyi "Qarabağ şikəstəsi" ilə başa çatıb.

 

Azərbaycan.- 2018.- 5 aprel.- S. 4.