“Azərbaycanda dövlət-din münasibətləri: tarixi baxış və müasirlik” kitabı nəşr edilib

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz QurbanlınınAzərbaycanda dövlət-din münasibətləri: tarixi baxış müasirlikadlı kitabı nəşr edilib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, ön sözün müəllifi Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev olan nəşrə Azərbaycanda dini sahə ilə bağlı müxtəlif mövzuları əks etdirən məlumatlar müəllifin dövri mətbuatda çap olunan məqalələri daxil edilib. Kitabda Azərbaycanda ənənəvi dinlərin tarixindən, müstəqilliyimizin bərpasından sonra respublikada dövlət səviyyəsində milli-mənəvi dəyərlərimizin qorunması, din siyasətinin həyata keçirilməsi, dövlət-din münasibətlərinin formalaşması və inkişafı istiqamətində görülən işlər, mövcud dini durum barədə ətraflı izahlar verilib. Azərbaycanda həyata keçirilən din siyasəti, ölkədə dini durumun nizama salınması sahəsində atılan addımlar, multikulturaltolerant dəyərlərimizlə bağlı məsələlər kitabda geniş təhlil edilib.

Nəşrdə, eyni zamanda, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İlielan edilməsinə xüsusi diqqət ayrılıb, onun tarixi-ictimai, ideoloji və beynəlxalq əhəmiyyəti şərh edilib. Mühüm siyasi addım və qlobal humanizm aktı olan həmrəylik çağırışı istiqamətində geniş fəaliyyətə başlanılmasının nəinki respublikamız və bütün müsəlman ölkələri, bütövlükdə dünya üçün müstəsna əhəmiyyət daşıdığı vurğulanıb.

 

Azərbaycan.- 2018.- 5 aprel.- S.5.