Nepalın xarici işlər naziri Pradip Kumar Qyavali: "Prezident İlham Əliyevin nitqinin böyük maraqla qarşılandım"

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Nepal Federativ Demokratik Respublikasının xarici işlər naziri Pradip Kumar Qyavalinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, xarici işlər naziri Pradip Kumar Qyavali Nepal Prezidenti xanım Bidhya Devi BhandarininBaş nazir Kxadqa Prasad Şarma Olinin salamlarını dövlətimizin başçısına çatdırdı. Qoşulmama Hərəkatının nazirlər konfransının yüksək səviyyədə təşkili və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Nepalın xarici işlər naziri konfransın açılış mərasimində Prezident İlham Əliyevin nitqinin böyük maraqla qarşılandığını dedi. Əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğunu vurğulayan Nepalın xarici işlər naziri turizm, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin qurulmasının əhəmiyyətini qeyd etdi.

İkitərəfli əlaqələrin məmnunluq doğurduğunu, iqtisadi, turizm və digər sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması üçün imkanların mövcudluğunu qeyd edən Prezident İlham Əliyev bildirdi ki, ölkələrimiz BMT çərçivəsində də uğurlu əməkdaşlıq edirlər. Dövlətimizin başçısı Qoşulmama Hərəkatında həmrəyliyin daha da gücləndirilməsinin əhəmiyyətini vurğuladı.

Prezident İlham Əliyev Nepal PrezidentiBaş nazirinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Nepalın dövlət və hökumət başçılarına çatdırmağı xahiş etdi.

 

Azərbaycan.- 2018.-6 aprel.- S.3.