Venesuela Azərbaycanbla əlaqələri genişləndirməkdə
maraqlıdı
Aprelin 5-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreasa
Monserratın başçılıq
etdiyi nümayəndə
heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Venesuela arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev Venesuela Prezidenti Nikolas Maduronun ölkəmizə səfərini və beynəlxalq təşkilatlar çərçivəsində keçirdikləri görüşləri xatırladaraq səmərəli müzakirələrin aparıldığını vurğuladı.
Dövlətimizin başçısı ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu bildirdi, ticarət və investisiya qoyuluşu sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın və Venesuelanın həm BMT-də, həm də Qoşulmama Hərəkatı çərçivəsində də uğurla əməkdaşlıq etdiklərini vurğuladı.
Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreasa Monserrat Prezident Nikolas Maduronun salamlarını dövlətimizin başçısına çatdırdı. O, Venesuelanın Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlı olduğunu deyərək ölkəsinin Azərbaycanda səfirliyinin açılmasının planlaşdırılmasını bu niyyətin göstəricisi kimi dəyərləndirdi.
Dövlətimizin
başçısı Prezident Nikolas Maduronun
salamlarına görə minnətdarlığını bildirdi, onun da salamını Venesuela
dövlətinin başçısına
çatdırmağı xahiş etdi.
Azərbaycan.- 2018.-6 aprel.- S.3.