Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN Vizasistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN Vizasistemi haqqında Əsasnamə”ni “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 965-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 10, maddə 1641; 2017, ¹ 6, maddə 1098, ¹ 12 (I kitab), maddə 2273) ilə təsdiq edilmiş “ASAN Vizasistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2.1-ci yarımbənddə “elektron vizanın” sözləri “və 90 günədək müəyyən edən çoxdəfəlik elektron vizaların” sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 7.4.8-1-ci yarımbənd əlavə edilsin:

“7.4.8-1. girişlərin sayı;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 aprel 2018-ci il

 

Azərbaycan.- 2018.-6 aprel.- S.3.